qadın cinsi hormonları

Qadın cinsi hormonları

33740
Müəllif: Laborant Sevinc Şirinova

Paylaşıldı: 27.03.2018
HekimTap Pro

Hormonlar haqqında ümumi məlumat

Hormonlar bioloji aktiv maddə olub, daxili sekresiya vəziləri tərəfindən ifaz olunur. Hormonların miqdarı qanda az olsa da, onların disbalansı orqanizmə cox böyuk təsir edir. Hormonal fonun qiymətləndirilməsinin vaxtında aparılması müəyyən xəstəliklərin erkən aşkarlanmasına şərait yaradır.

Qadınların müayinəsində hormonların rolu

Qadınların sağlamlığının yoxlanılmasında əsas laborator müayinələrdən biri də qadın cinsi hormonlarının yoxlanılmasıdır. Bildiyimiz kimi, hormonal fon cinsi inkişafla yanaşı, orqanizmin bir çox sistemlərinə, maddələr mübadiləsinə, psixoemosianal fona təsir edir. Əsas etibarilə qadınlar cinsi hormonların laborator müayinəsinə aybaşıda baş vermiş hər hansı pozğunluq və ya hamiləliyin planlaşdırılması və yaxud yarımçıq hamiləliklər  müşahidə edildikdə müraciət edirlər.

Hormonal disbalansın əlamətləri

Hormonal disbalans özünü bir çox əlamətlərlə büruzə verə bilər. Bunlara dəridə səpgilərin artması, saçların tez yağlanması, tökülməsi, tüklənmə, ödemlər, şişkinlik, dəridə quruluq, çəkinin artması, baş ağrıları, yorğunluq və s. göstərmək olar.

Cinsi hormonlar menstrual tsiklin dövrünə görə 2 qrupa bölünur:
1. Folikulyar faza hormonları
2. Lüteal faza hormonları

Qadınlarda əsas hormonal fonu estrogenlər, progesteron, lh, fsh, prolaktin, testesteron, DHEAS hormonları təşkil edir. Bu hormonların verilməsi menstrual tsiklin fazasından asılıdır.

Analizin nəticəsində yanlışlığa yol verməmək üçün analizin verilmə qaydasına düzgün əməl etmək lazımdır. Bildiyimiz kimi, analizlər səhər, acqarına verilməlidir. Bu zaman, həmçinin, sutka ərzində spirtli içki içmək, siqaret çəkmək, cinsi əlaqədə olmaq məsləhət görülmür.

Bundan başqa, fiziki yük və hər hansı dərman preparatının qəbulu yolverilməzdir. Xəstədən qan sakit vəziyyətdə gotürülməlidir.

Cinsi hormonların müayinəsi zamanı qan verdikdə xəstə aybaşı tsiklinin gününü, hamiləlik varsa, həftəsini, menopauzadadırsa onun baş vermə tarixini və hətta, hansısa hormonal dərman və ya antibiotik qəbul edirsə,  bildirməlidir.

Yuxarıda dediyimz kimi, hormonlar aybaşı tsiklinin müəyyən vaxtı verilməlidir. Məsələn, FSH LH PRL aybaşının 3-5-ci günü verilir. Ovulyasiyanı izləmək ucun LH hormonu tsikl ərzində  bir neçə dəfə verilməsi tövsiyə olunur. Testr DHEAS 8-10-cu gün, progesteron 21-22-ci gün verilməlidir. Əgər aybaşı pozğunluğu varsa, o zaman E2 və progesteron tsikl ərzində bir neçə dəfə verilir.

Hormonal balansa təsir göstərən digər faktorlar

Dərialtı piy qatı cinsi hormonların balansında mühüm rol oynayır. Piy toxumasında estrogenlər sintez olunur və piy toxuması həddindən artıq inkişaf etdikdə piylənmə zamanı qanda estrogenlər artır, hormonal balans pozulur və aybaşı pozğunluğu meydana gəlir. Ona görə də piylənmədən əziyyət çəkən şəxslərdə klimaks dövründə qanaxma çox olur .

Klimaks - qadınlarda fizioloji proses olub, hormonal yerdəyişmənin baş verməsi ilə müşayiət olunur. Bu dövrdə xəstənin hormonal vəziyyətini qiymətləndirmək üçün estrogenlər FSH LH  analizləri müayinə olunmalıdır. FSH menopauza dərəcəsini müəyyən etmək üçün vacib olan müayinə hesab edilir.

Hormonların düzgün müayinəsi xəstəliyin diaqnostikasında və müalicənin təyin edilməsində əsas rol oynayır.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.