qış və qidalanma

Qış və bəslənmə

6951
Müəllif: Arzu Həsənova

Paylaşıldı: 01.12.2017
Arzu Hasanova

Qış mövsümü yaşadığımız bu günlərdə immun sistemimizi gücləndirməmizin ən təsirli yollarından biri ’Yetərli ve Balanslı’ bəslənmədir.

Xüsusilə infeksiyalara qarşı daha həsas olan uşaqlar, hamilələr və  yaşlılar üçün bəslənmə bu mövsümdə ayrı bir önəm daşımaqdadır.

Hər mövsümdə olması gərəkən kimi, karbonhidrat, protein ve yağları günlük bəslənməmiz içərisində balanslı bir şəkilde almalı, bunlara əlavə olaraq qış aylarının ən çox görünən xəstəliklərindən olan qribə qarşı yetərli vitamin almaya diqqət göstərməliyik. Xüsusilə, A və C vitaminindən zəngin turunçgillər, kök, brokoli, qabaq, kələm, yaşıl bibər, mandalin, cəfəri və digər mövsüm tərəvəzləri və meyvələri süfrələrimizdən əksik etməməliyik.

Həftədə 2 günü keçməyəcək şəkildə qırmızı ət, digər günlərdə bəyaz ət və ya balıq əti seçim edilməlidir. Payız və soyuq qış günlərində balıq, tərkibindəki  Omega-3 yağ asitinə görə immun sisteminin qüvvətlənməsinə  dəstək verər.

Qış aylarında süfrədən əksik olmaması gərəkən qidalardan biri də quru paxlalılardır. Xüsusən quru fasülyə, noxud həftədə ən az bir gün alınmalıdır. Quru fasülyə, noxud, yaşıl mərcimək kimi lifdən zəngin quru paxlagillər qış mövsümündə hərəkətsizliklə bərabər gələn qəbizlik şikayətləri üçün də həll ola bilər. Ayrıca kəpəkli taxılların (qara çörək, bulqur, kəpəkli makaron / düyü / ərişdə / un) və xüsusilə C vitaminindən zəngin tərəvəz və meyvələrin alımına və gündə 10 - 14 stəkan su içilməsinə ağırlıq verilməsi qəbizliyin qarşısına keçməyə  yardım edəcəkdir. Hava soyumasıyla birlikdə bədənin  temperaturu azalır və bazal metabolizma surəti düşür.

Bədənimiz normal temperatura gəlmək üçün enerjiyə ehtiyac duyur. Bu vəziyyət yemək yemə istəyimizin artmasına səbəb olur, xüsusən yüksək enerji verən karbonhidratlı qidalar qəbul edilir. Bu tərz bəslənməni vərdiş halına gətirmək bu dövürdə surətlə  kilo artımına səbəb ola bilər. Qışda alınan kiloların digər bir səbəbi də fiziki aktivliyimizə məhdudiyyət qoyan hava şərtləridir.

Hərəkətsizliklə birlikdə günlük qidalarla aldığımız enerjinin, sərf etdiyimiz enerjidən daha artıq olması kilo artışına səbəb olmaqdadır. Gün içində hər qida qrupundan yetərli miqdarda almaq, yəni ehtiyacımız olan protein, karbonhidrat, yağ, vitamin və minerallar, xüsusilə, qış aylarında bədənin özünü müdafiə sistemini sağlamlaşdırması adına olduqca önəmlidir. Xüsusən  bu dövrdə metabolizmamızı surətləndirməyin ən yaxşı yolu yenə balanslı və sıx aralıqlarla bəslənməkdir.

Bəslənmənin sıx aralıqlarla olması, məsələn, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi və aralara əlavə ediləcək ara yeməklər ilə həm qan şəkəri səviyyəsinin sabit qalmasını, həm də ana yeməklərdə çox acıb həddindən artıq qida qəbulunu əngəlləyəcəkdir. Burada diqqət ediləcək şey, günlük alınması gərəkən qidaların balanslı olaraq öğünlərə paylaşdırılmasıdır. Bir öğündə aşırı, digər öğündə az qida alımı həm qan şəkərinin qaydaya salınmasında, həm də kilo artışında sıxıntı yaşanmasına səbəb olmaqdadır. Bu səbəblə mümkün olduqca öğünləri miqdar olaraq balanslı dağıtmağa diqqət etməli. Bunun üçün də xüsusilə bir Bəslənmə və Diyet uzmanı kontrolunda sizə özəl bəslənmə planının qurulmasında fayda vardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.