psoriazın müalicəsi

Psoriaz

4009
Müəllif: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29

Paylaşıldı: 20.09.2020
Şövgü Salahov

Psoriaz nədir?

Psoriaz T-limfositlə əlaqəli immun sistemində bas verən dəyişiklik sonrası ortaya çıxan müxtəlif kliniki  formalarda özünü göstərən xroniki gedişli dəri xəstəliyidir. İltihablı dəri xəstəlikləri arasında ən geniş yayılmış xəstəlik olub dünya əhalisin 2-3% ni əhatə edir.Qadın və kişilər bərabər sayda xəstəliklə qarşılaşır və bütün irqlərdə rast gəlinir.Bütün yaş qruplarında rast gələ bilər amma daha çox 15-40 yaş arası başlayır.         

Psoriazın etiologiyası

Etiologiyasında müxtəlif səbəblər rol oynayır.  Genetik meyillik olan xəstələrdə travmalar(cərrahi müdaxilə,həşarat dişləməsi, inyeksiyalar), stress, infeksiyalar (streptokoklar, HİV), hipokalsemiya, hamiləlik, alkoqolizm və dərman qəbulu (qsiəp, antimalyariya pr, lityum və s.) və başqa qıcıqlandırıcı səbəblər xəstəliyin əməl gəlməsini asanlaşdırır. Xəstəlik alovlanmalarla və sakitləşmə dövrləri ilə illər boyu davam edə bilər. Psoriazın genetik keçməci hələlik  tam aydınlaşmasa da 6-cı  xromosomun HLA bölgəsindəki  PSORS1 olduğu düşünülməkdir. Ata və anadan birində psoriaz olduqda uşaqda xəstəliyin rast gəlməsi 10-20%,yox əgər hər iki valideyində psoriaz varsa uşaqda 50% və daha çox xəstəlik əmələ gələ bilər.        

Psoriazın əlamətləri

Dərinin istənilən bölgəsində və dırnaqlardan başlaya bilər.Xəstəlik nə qədər erkən yaşlarda başlayarsa və şiddətli gedişli olan xəstələrdə metobolik sindrom daha tez yaranır ki bu da gələcəkdə miokard infarktına və insulta gətirib çıxara bilər.      

Psoriazın növləri         

Rsoriazın bir birindən fərqlənən bir neçə növü vardır. Vulqar psoriaz demək olar ki psoriaz xəstələrinin ən çox rast gəlinən formasıdır. Daha çox rast gəlinməsinə baxmayaraq bu tip psoriaz daha yüngül gedişli və müalicəyə daha tez tabe olan bir formasıdır. Əsasən bədənin müxtəlif sahələrində və daha çox dizlərdə,dirsəklərdə, başın tüklü hissəsində ,qarın bölgəsində yayılmış, üzəri ağ və gümüşü rənglərdə qabıqla örtülü olan, qızarıqlıq fonunda yaranan səpgilərdir. Səpgiləri küt bir alətlə qaşıdıqda (mum ləkəsi) kəpək kimi ovxalanıb tökülür və altında nöqtəvari qansızma(Auspitz sindromu) müşahidə olunur. Yerli müalicəyə tez tabe olaraq qızarıqlıq, qabıqlanma çəkilə bilir. Guttat psoriaz daha çox streptokok mənşəli faringitlərdən sonra üzə çıxır və çox xırda ölçülü və bədənin hər yerində səpələnmiş səpgilərlə özünü göstərir. İrinli psoriaz çox zaman psoriazın klassik səpgiləri ilə özünü göstərmir. Birdən birə alovlanmağa meyilli olan bu formada bədənin şox hissəsi tutula bilir və yerli müalicəyə asan tabe olmadan daxilə təyin olunan sistemik müalicələrə ehtiyac olur. Eritrodermik psoriaz dah çox uzun illər psoriazdan əziyyət çəkən insanlarda vaxtlı vaxtında müalicə almadığına və yaxud steroid preparatların daxilə düzgün təyin olunmaması nəticəsində bədənin böyük hissəsinin səpgilərə tutulması ilə olur. Bu zaman stasionar yatış və kompleks müalicələr başlanır. Artropatik psoriaz ilk başlanğıclarda və ya uzun illər xəstəliyin davam etməsi nəticəsində oynaqları zədələməklə başlayır ki bu başqa revmatoloji xəstəlilərlə qarışdırıla bilər.     

Psoriazın diaqnozu

Xəstəyə baxış zamanı klassik psoriaz səpgilərini görmək (eritemalı fonda üzəri ağ və ya gümüşü rəngdə, dəridən biraz qabarıq, sağlam dəridən kəskin sərhədlə seçilən səpgilər) yetərli ola bilir. Amma bəzi formalarda bu əlmətlər olmadığından və başqa xəstəliklərlə differensasiya etmək lazım olduğundan səpgilərdən biopsiya edilərk bir hissə götürülür və histopatoloji olaraq yoxlanılır və psoriaza xas olan (parakeratoz,hipoqranuloz, Munro mikroabsesləri, akantoz və s başqa) görüntüyə əsasən diaqnoz dəqiqləşdirilir. Psoriaz xəstələrində laborator göstəricilər diaqnozun dəqiqləşdiriləməsində çox da vacib olmasada müalicənin təyini və gedişatı boyunca çox zəruruidir, hansıki başqa orqanlarda baş verən prosessləri görmək və onları zədələməmək lazımdır.      

Psoriazın müalicəsi         

Xəstəliyin müalicəsində yaş faktoru, psoriazın kliniki tipi,səpgilərin yayılması və yerləşməsi eləcədə əvvəllər aldığı müalicələr çox önəmlidir. Xəstələrin hardasa 75% ə qədəri ilk öncədən və uzun illər yerli müalicə (kremlər, məlhəmlər, lasyonlar, nəmlənfdiricilər) olunur hansıki  əlavə və yan təsirləri çox azdır və daha rahat müalicə üsuludur. Bəzi növlərdə isə  yerli müalicəyə müsbət reaksiya azdır daxilə sistemik müalicələr təyin olunur. Bu zaman mütləq başqa orqan və orqan sistemlərində yanaşı davam edən bir xəstəlik varsa diqqət yetirilməli və müalicə olunmalıdır. Sonra psoriazın növünə uygun müalicə secilir (immunsupressor preparatlar, TNF ingibitorlar, A vitamini sintetik analoqları və s.) və vaxtaşırı müayinlər aparmaqla müalicə edilir. Dünyanın istənilən ölkəsində müalicə sxemi protokola uygun aparilir və düzgün təyinatdan sonra uzun illər remissiya (sakitləşmə) əldə edirik.         

Psoriazın profilaktikası         

Psoriaz xəstəliyində xəstələrin düzgün qidalanmaya (hansıki çox yağlı qidalar, bağırsaqların işini pozacaq qıcıqlandırıcı yeməklər və fastfoodlar, spirtli içkilər, allergik meyvə və qidalar, şirniyyatlar, çox duzlu və ya çox acılı qida və ədviyyatlar olmaz) diqqət etməsi vacibdir. Bundan başqa fəsillə və hava şəraiti ilə əlaqədar kəskinləşəm psoriazlar özlərinə uygun hava şəraiti və ya mühiti seçməlidir. Eləcədə həkim nəzarəti olmadan yaxud da başqa bir xəstəliyə görə aparılan müalicə psoriazı alovlandıra bilər bu üzdən psoriaz xəstələri istənilən bir dərman preparatını qəbul etməzdən öncə həkiminə danışmalıdır. Dərini çox qurutmaq psoriaz xəstələrinin əlehinədir hansıki çox duş almaq və ya çox quruducu sabunlardan istifadə etmək eləcədə dərinin normal  tənəffüsünə imkan verməyən və dərini qıcıqlandırıcı geyimlərdən istifadə etmək olmaz.

Mövzu ilə bağlı video:



 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az