Psixo-motor inkişafın ləngiməsi

Psixo-motor inkişafın ləngiməsi

3566
Müəllif: Osteopat Natəvan Əliyeva , (+994) 50 620-13-20

Paylaşıldı: 31.08.2020
Natəvan Əliyeva

PMİL  iki mühüm səviyyəni əhatə edir: psixi və hərəki. Müxtəlif xəstəliklər və vəziyyətlər baş beynin disfunksiyasına və ya üzvi zədələnməsinə səbəb ola bilər. Bu zədələr müxtəlif dövrlərdə baş verə bilər: hamiləlik dövründə, doğuşdan dərhal sonra və ya uşağın həyatının ilk aylarında.

 

       PMİL -in səbəbləri

I. Tibbi - bioloji:

  • baş beynin minimal zədəsi
  • genetika
  • travma
  • mərkəzi sinir sisteminin funksional yetişməməsi
  • tormozlanma və oyanıqlıq proseslərinin zəifliyi

II. Sosial-psixoloji:

  • həyat tərzi (depressiya, uşağın rədd edilməsi, alkoqolizm, narkomaniya)
  • tərbiyə (tək valideynli ailə, valideynlərin aşağı təhsil səviyyəsi, yanlış tərbiyə tərzi)
     

            Simptomlar

     PMİL normal və psixoloji variant arasında aralıq mövqe tutur və asanlıqla birindən digərinə keçə bilər.
 

PMİL - i işarə edən əlamətlər:

  • 4 aya qədər olan uşaq valideynlərin nitqinə əhəmiyyət vermir, jestlərə diqqət etmir, gülümsəmir;
  • 9 aylığında qığıldamır;
  • 1 yaşında səslər çıxarmır, oyuncaqlar ilə ləng oynayır, çox sakit davranır;
  • 1,5 yaşa qədər sadə sözləri tələffüz edə bilmir, özünə qarşı münasibəti dərk etmir;
  • 2 yaşında kiçik söz ehtiyatı var, yeni sözlər öyrənməyə çalışmır;

  PMİL-də tez-tez ağız suyunun axması, hiperaktivlik, narahatlıq, zəif yaddaş, aqressivlik və tez yorulma kimi simptomlar olur.

 

Diaqnostika

  Yalnız hərtərəfli müayinə apardıqdan sonra həkim PMİL diaqnozu qoya bilər:

  • elektroensefaloqrafiya;
  • genetik xəstəliyə görə qan testi;
  • neyrosonoqrafiya (beynin ultrasəs müayinəsi);
  • beynin MRT;
  • neyropsixoloji test.
     

       Müalicə

PMİL-in müalicəsi simptomatikdir: psixo-korreksiya məşğələləri, neyropsixoloq və defektoloqlarla məşğələ.

 

  Həkim - Osteopat

Osteopatiya -  psixomotor və nitq inkişafının ləngiməsi kimi ciddi diaqnozu olan uşaqlara effektiv şəkildə kömək edir.

Həkim - osteopat  ləngimə aşkarlandığı zaman onun xüsusiyyətini tam aydınlaşdıracaq. Uşağın həyatının ilk ilində təyin olunan demək olar ki, bütün diaqnozlar uğurla müalicə olunur. Buna görə valideynlərin vəzifəsi - vaxt itirməməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az