pnevmoniya nədir profilaktikası

Pnevmoniya

201
Müəllif: Terapevt Tural Qənbərli

Paylaşıldı: 11.07.2018
Aysmed

Pnevmoniya nədir?

Pnevmoniya – aşağı tənəffüs yollarının müxtəlif etiologiyalı iltihabı olub, alveoldaxili ekssudasiyası ilə yanaşı inkişaf edir və xarakterik kliniko-rengenoloji əlamətlərlə müşayiət edilir. Kəskin pnevmoniya 1000 nəfərdən 10-14-də, 50 yaşdan yuxarı adamların 1000-dən 17-də rast gəlinir. Yeni antimikrob preparatların tətbiqinə baxmayaraq, kəskin pnevmoniya və onun naticəsində yaranan ağırlaşmalar, hətta ölüm halları aktual olaraq qalır.  

Pnevmoniya ölüm hallarına səbəb olan xəstəliklər arasında ürək-damar, xərçəng xəstəlikləri, travmatizm və zəhərlənmələrdən sonra dördüncü yeri tutur. Pnevmoniya ürək çatışmazlığı, onkoloji xəstəliklər, beyin qan dövranı pozuntuları ilə yanaşı inkişaf edərək bu xəstəliklərin gedişatını ağırlaşdıra bilər. AİDS xəstəliyi olan pasiyentlərdə pnevmoniya ölüm hallarına səbəb olan əsas səbəblərdən biridir.    

Pnevmoniyanın yaranma səbəbləri

Pnevmoniya səbəbləri arasında birinci yeri bakterial infeksiyalar tutur.

Pnevmoniyaların törədiciləri, əsasən, aşağıdakılardır:

  • Qrammüsbət orqanizmlər:Pnevmokokklar (40-60 %), stafilokokklar (2-5%), streptokokklar (2,5 %);
  • Qrammənfi mikroorqanizmlər;Fridlender çöpü (3-8%), hemofil çöp (7%), enterobakteriyalar (6%), bağırsaq çöpü, legionella və s. (1,5 – 4,5 %);
  • Mikoplazmalar(6%);
  • Virus infeksiyaları (herpes virusları, qrip və paraqrip, adenoviruslar və s.)
  • Göbələk infeksiyaları.

Pnevmoniya, həmçinin, infeksional faktorların nəticəsində  inkişaf edə bilər: döş qəfəsi travmaları, ionlaşmış şüalanma, toksiki maddələr, allegik agentlər.  

Pnevmoniyanın diaqnostikası

Pnevmoniaynın diaqnostikası zamanı paralel olaraq bir neçə məqama aydınlıq gətirilir: iltihabın digər ağciyər prosesləri ilə differinsial diaqnostikası, etiologiyanın və ağırlıq dərəcəsinin (ağırlaşmaların) müəyyənləşdirilməsi.

Pnevmoniyadan simtomatik əlamətlər əsasında şübhələnmək lazımdır. Buraya aiddir: qızdırmanın sürətlə qalxması, intoksikasiya və öskürək.

Fizikal müayinə zamanı ağciyər toxumasının bərkiməsi müəyyənləşdirilir.

Plevral səthin exokardioqrafiya və USM-i ilə bəzən plevraya mayenin yığılma dərəcəsini müəyyənləşdirirlər. 

Bir qayda olaraq, pnevmoniya diaqnozu ağciyərlərin rentgenoqrafiyasından sonra təsdiqlənir. Pnevmoniyaların bütün növlərində proses ağciyərin aşağı nahiyələrini əhatə edir.       

Pnevmoniyanın müalicəsi

Pnevmoniyadan əziyyət çəkən pasiyenrləri bir qayda olaraq, ümumi terapevtik və ya pulmonologiya şöbəsinə yerləşdirilər. Qızdırma və intoksikasiya dövründə yataq rejimi təyin edilir, çoxlu miqdarda ilıq maye içmək, yüksək kaloririli, vitaminlərlə zəngin qidalanma tövsiyə olunur. Tənəffüs çatımazlığının ifadə olunmuş hallarında oksigen inqalyasiyası təyin edilir.

Pnevmoniyanın müalicəsində əsas yeri antibakterial terapiya tutur. Bu halda antibiotiklləri mümkün olan qədər erkən, törədici aşkara çıxarılmamış, təyin etmək lazımdır. Antibiotik seçimini həkim etməlidir. Özünümüalicə qəti yolverilməzdir!

Pnevmoniyalarda dezintoksikasiya terapiyası, immunostimulyasiya, hərarət salan, bəlgəmgətirici, mukolitik, antihistamin vasitələr təyin olunur.

Pnevmoniya terapiyası pasiyentin tam sağalmasınadək aparılır.              

Pnevmoniyanın profilaktikası

Pnevmoniyanın inkişafının qarşısını almaq üçün bu tədirlər həaya keçirilir: orqanizmin möhkəmləndirilməsi, immunitetin dəstəklənməsi, soyuqdəymə faktorunun istisna olunması, pis vərdişlərin tərgidilməsi. Zəifləmiş pasiyentlər üçün profilaktika məqsədilə nəfəs və müalicə gimnastikası, massaj və s. məqsədəuyğundur. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az