piqment ləkələrinin lazerlə müalicəsi

Piqment ləkələrinin lazerlə müalicəsi

178
Müəllif: Həkim-Kosmetoloq Sevinc Fətəliyeva 070 500-15-60

Paylaşıldı: 04.11.2019
Sevinc Fətəliyeva

Piqment ləkəlıri dəridə melanin piqmentinin artıq miqdarda toplanması nəticəsində əmələ gəlir. Piqment ləkələrinin ən çox  rast gəlinən səbəbləri dərinin yaşlanması, günəş şüalarının uzun müddət təsiri, solyaridə qaralma, hamiləlik, orqanizmin hormonal dəyişiklikləri, maddələr mübadiləsi pozgunluqları, müxtəlif xəstəliklər və s. 

Lazer ağardıcı prosedurlarına göstərişlır:

  • Piqmentləşmiş çapıqlar
  • Çillər
  • Yaşlılıqla əlaqədar piqment ləkələri 
  • Seboreyalı keratoz
  • Epidermal xallar
  • Günəş ləkələri
  • Travmatik piqmentasiya

Piqment ləkələrindən azad olmanın bir sıra yolları vardır ku, bunlara da müxtəlif ağardıcı vasitələrin krem, losyin, maska şəklində istifadə olunması, kimyəvi pilinqlər, inyeksion üsullardan plazmaterapiya, mezoterapiya, mexaniki üsullardan dermobraziya, aparat kosmetologiyası üsullarından ultrasəs dalğalarının və ya ionafarez vasitəsilə ağardıcı maddələrin dərin qatlarına yeridilməsidir. Bu günkü gün üçün müxtəlif səbəbləri olan, müxtəlif dərinlikdə və ağırlıqda olan, müxtəlif ölçüdə olan piqment ləkələri ilə mübarizədə ən effektiv və üsul Fotona lazer texnologiyasıdır. Fotona Star Walker Sloveniyanın cihazıdır. Dünyada ilk dəfə olaraq bu aparatda pikosaniyə lazer nanosaniyə lazerin rekord eneryji impulsu ilə qibrid olunmuşdur və bu patent texnologiyadır.İlk dəfə olaraq bir aparatda piko-,nano-,mikro-və millisaniyə  diapazinlar istifadə olunmuşdur ki, bu da lazer şüasının toxumalara təsir edərək müxtəlif effektlərin alınması üçün vacibdir. Fotona Star Walker lazer piqment ağarması proseduru tez başa gələn, komfortlu, təhlükəsiz, effektiv üsul olub bütün digər müalicə üsullarından öndə durur. 

Prosedurdan 1həftə sonra artıq piqment ləkəsinin rənginin açılmasını görürük.Hər bir pasient üçün müalucə proqramı individual seçilir. Fotona lazer piqment ləkəkərinin ağarması proseduru zamanı lazer şüası melanin hissəciklərinə təsir edərək , onları hər qatda növbə ilə parçalayır. Lazer şüasının təsirindən sonra dəridə yeni cavan hüceyrəkır yaranır ki, bunlar da lazımı miqdarda melanin toplayır və nıticədə müalucə olunmuş hissə daha açıq rənglə əvəz olunur. Prosedura anesteziya olunmadan aparılır və mənfi təsirləri yoxdur. 2həftə sonra müalicə olunmuş piqment xaric olur. Müalicə kursu individualdlr. Seans sayı adətən 3dən çox olur. Kurs müalicə 3-4həftəlik intervalla aparıllr.