mədəaltı vəzinin iltihabı

Mədəaltı vəzinin iltihabı və dözülməz ağrılar

53390
Müəllif: İlhamə Əmiraslanova

Paylaşıldı: 16.02.2018
İlhamə Əmiraslanova

Pankreatit mədəaltı vəzinin iltihabı deməkdir.

Son 30 ildə dünyada kəskin və xroniki pankreatitdən əziyyət çəkənlərin sayı iki - üç dəfə artıb, xüsusilə cavan və orta yaşlı insanlar arasında. Buda çox vaxtı düzənsiz qida rejiminə və alkoqolun istifadəsinə bağlı olur. Kişilər  arasında pankreatit daha geniş yayılıb. Kişilərdə çox vaxt səbəb alkoqolun suyi istifadəsi, qadınlarda isə xroniki xolesistit, öd yolların diskineziyası, öd daşı xəstəliyi və s.

Səbəblər:

 – Alkoqol (kişilərdə daha çox);
 – Düzənsiz qida rejimi, yağlı yeməklər;
 – Siqaret çəkmə;
 – Müəyyən dərman qəbulu(sidik qovucular, immunosupressorlar,tetrasiklin və s.);
 – Qanda kalsinin yüksək səviyyəsi;
 – Xroniki böyrək çatmamazlığı;
 – İrsi meyillik;
 – Xroniki xolesistit, öd yolların diskineziyası, öd daşı xəstəliyi;
 – Triqlisiridlərin yüksəlməsi;
 – 12 barmaq bağırsağın xorası, duodenit.

Simptomlar:

 – Kəskin ağrılar mədə və sol qabırğa altı nahiyyələrdə, kəmərvari ağrılar. Heç bir bədən pozası rahatlıq qətirmir və hədda arxası üstə uzananda ağrılar daha da güclənir. Nəyinki qida  bir qurtum su belə ağrını kəskinləşdirir;
 – Güclü ürək bulanma, qusma;
 – Ağrı zamanı gəyirmələr, dayanmadan hıçkırma;
 – Köpmə, ishal, nəcisdə yağlılıq;
 – Hərarətin yüksəlməsi, halsızlıq, ürək döyünmələrinbsayının artması, arterial təziyin enməsi.

Diaqnostika:

 – Laborator müayinələr – qanda amilaza, lipaza, fosfolipaza A2, alfa-antitripsinin təyini; nəcisin ümumi müayinəsi, nəcisdə pankreatik elastazanın təyini;
 – Ultrasəs müayinəsi;
 – Kompyuter tomoqrafiyası, MRT;
 – Endoskopik retroqrad xolanqiopankreatoqrafiya.

MÜALİCƏ stasionarda keçirilməlidir.

İlkin yardım:

 – Ağrı nahiyyəsinə buzun qoyulması;
 – Su və qida qəbulunun dayandırılması;
 – Təcili tibbi yardımın çağırılması.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.