Onurğanin fəqərə arası disk yırtıqları

Onurğanin fəqərə arası disk yırtıqları

1724
Müəllif: Osteopat Müşfiq Məmmədov , (+994) 51 953-60-06

Paylaşıldı: 03.07.2020
Məmmədov Müşfiq

Daha çox onurğanın Bel-oma nahiyyəsində rast gəlinir. Bel-oma yırtığı  beldəki fəqərələr arasındakı yerləşən bir növ amartizator kimi funksiyalarını yerinə yetirən diskin degenerativ dəyişikliyi sonrasi əmələ gəlir. Diskin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumşaq bir sahə, bunun ətrafındakı daha sərt bir fibroz həlqə fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə hailin lövhələr adlandırılan qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin tamlığının pozulması nəticəsində içəridəki yumşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilir.

Yırtığın yaranma səbəbləri: 

İnsanın fizioloji olaraq yaşlanması, artıq çəki, ağır yük qaldırılması, oturaq həyat tərzi, həmçinin genetik faktor və birləşdirici toxumanın anadangəlmə zəifliyi yırtığın əmələ gəlməsinə səbəb ola bilər.

Bel yırtığları 4 mərhələdə formalaşır: 

Bulbing(qabarma), protuziya, ekstruziya və sekvestr yırtıqlaşan yeni xaricə doğru axan disk daşma dərəcəsinə görə onurğa beyninin müvafiq sinirlərini sıxır.

Əlamətləri və simptomları: bu simptomlar yırtığın yerləşməsindən və hansı yumşaq toxumaların prosesə qoşulmasından asılıdır. Bel oma nahiyyəsində ağrı, ayaqda keyimə hərəkətin məhdudlaşması, sidik ifrazının çətinləşməsi, işias tipli ağrılar, bir ətrafa elektrik cərəyani kimi vuran şiddətli ağrılar.

Yırtığın diaqnostikası:

Anamnez və müayinə

Laborator müayinələr

Instrumental müayinələr: MRT(maqnit rezonans tomoqrafiya) KT (kompyuter tomoqrafiya)

Yırtığın müalicəsi:

-Əsas səbəbi aradan qaldırmaq

-Osteopatiya

-Homeosiniatriya (akupunktur nöqtələrə xüsusi biotənzimləyici preparatların vurulmasıdır)

-Fizioterapiya və reabilitasiya

-Traksiya (dartma)

Yırtığın profilaktikası:

-Aktiv həyat terzi keçirmək

-Bədən çəkisinə nəzarət etmək

-Idman və gimnastika ilə məşğul olmaq
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az