Miqrenin müalicəsi

Miqrenin müalicəsi

1639
Müəllif: Nevroloq Elladaq Qurbanova, Əlaqə: 050 392-54-92

Paylaşıldı: 17.11.2019
Ellada Qurbanova

Miqren nədir?

Miqren başın bir hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir.Miqren digər xəstəliklərlə(arterial təzyiqlə,beyin şişi, kəllədaxili təzyiqin artması, qlaukoma ilə və s)əlaqədar deyil.Miqren 1-cili baş ağrılarının ən geniş yayılmış növüdür.Yayılmasına göre 10% kişilərdə,22%qadınlarda rast gəlinir.Miqren  yunan dilində hemikrania yəni başın yarısı sözündən götürülmüşdür.
Miqrenin simptomları:

Miqren tez-tez rast gəlinən ürək bulanması,qusma ilə müşayiət olunan ,işığın və səsin təsirindən güclənən, uzunmüddətli 4saatdan-72 saatadək davam edən baş ağrısıdır.Miqren zamanı pulsasiyaedici ağrıların olması xarakterikdir.Miqren zamanı baş ağrı o qədər şiddətli olur ki əmək qabiliyyəti itirilir.Fiziki iş ağrını artırır.

Miqrenin səbəbləri:

Miqrenin səbəbi sadə bir qıcıq ola bilər.Müxtəlif qoxular ,parlaq işıq, səs-küy, isti və soyuq ,fiziki gərginlik,tütünçəkmə, xroniki stress ,yuxu pozğunluğu, qeyri requlyar qidalanma, cinsi yetişkənlik dövrü ,menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik, qida məhsulları miqrenin başlamasına səbəb ola bilər.

Miqrenin diaqnostikası:

Miqren zamanı bütün müayinələr norma həddində olur.Heç bir patologiya aşkar olunmur.

Miqrenin müalicəsi:

Triptanlar tutma zamanı təyin olunur. Miqren zamanı ən yaxşı müalicə fizioterapiya usüllarından nevral terapiya, akupunktura və nevral terapiyadır.Bu zaman ağrıların şiddətinin tam keçməsi və remissiya  mümkündür.Bu terapiyaları keçirməklə pasienti tam ağrıdan azad edirik.
Miqrenin  profilaktikası:

Miqrenin profilaktikası qıcıqların aradan qaldırılması,zərərli adətlərin ləğvi,sağlam həyat tərzi,qidalanma və yuxu rejimi yanaşı olaraq müalicə.