miqrenin müalicəsi varmı

Miqrenin müalicəsi

25345
Müəllif: Nevroloq Sevinc Həmidova (055) 307-07-76

Paylaşıldı: 21.09.2017
Sevinc Həmidova

Gözəlləşmək üçün deyil, sağalmaq üçün...

Miqren Nədir?
Başağrısı əhali arasında ən çox rast gəlinən xəstəliklərdən biridir. Nevroloqa müraciət edən hər 3-4 xəstədən birinin şikayəti başağrısıdır. Hardasa hər bir kəs həyatları boyu ən az bir dəfə başağrısı ilə rastlaşıb. Bu səbəbdən başağrısı hərkəsi maraqlandıran bir problemdir.

Başağrılarının 200-dən çox növü bilinməkdədir. Başağrıları birincili (primer) və ikincili (sekonder) olmaqla iki böyük qrupa ayrılır. Birincili başağrılardan ən çox miqren, gərginlik tipli başağrısı və klaster  başağrıları daha çox rast gəlinir və əhali arasında tanınır.

Ən çox həyat keyfiyyətimizi aşağı salan başağrısı miqrendir. Miqren orta və ağır dərəcəli, birtərəfli, pulsasiyaedici başağrıları olub fiziki aktivlik pisləşir və ürəkbulanma, qusma, fotofobiya və fonofobiya kimi vegetativ simptomlarla müşayiət olunur. Ağrı həmləsi adətən 4-72saat davam edir və diaqnozun qoyulması üçün heç olmasa 5 attak olmalıdır. Təxminən, kişilərin  6-8%-i, qadınların isə 12-14%-i miqrendən əziyyət çəkirlər. Uşaqlarda miqren həmlələri qısa ola bilir (1-2saat)  və qarın ağrıları kimi simptomlarla müşayiət edilə bilir. Əksər insanlar aurasız miqrendən əziyyət çəkirlər.

Miqrenin müalicəsi varmı?

Bildiyimiz kimi miqren insanların həyat keyfiyyətini və gündəlik fəaliyyətlərini önəmli şəkildə əngəlləyə bilən bir xəstəlikdir. Miqren başağrılarına görə işə gedə bilməyən, universiteti donduran xəstələr gözardı edilə bilməz. İllərdən bəri miqren xəstələri ağrı həmləsi əsnasında və ya ağrının yaranmasının qarşısını almağa yönələn müxtəlif dərmanlar istifadə edirlər. Lakin son illərdə miqrenin müalicəsində botoksun ( BoNT) tətbiqi miqren xəstələrinə ümid olmuşdur.

Miqren botoksunun təsir mexanizmi nədir?

İlk olaraq botoksun miqren xəstələrində effektivliyi təsadufən kəşf edilmişdir. Bildiyimiz kimi botoks daha çox kosmetologiyada qırışaçma kimi məşhurlaşmışdır. Lakin tibbdə uzun zamandır bir çox xəstəliklərdə: blefarospazm, əyri boyunluluq, spastik ifliclər, həddindən artıq tərləmə, sidik qaçırmaları və.s geniş istifadə edilir. Kosmetik məqsədlə edilən botoks zamanı baxmışlar ki xəstələrdə miqren ağrıları azalmış. Bununla da botoks miqrenin müalicəsində də tətbiq edilməyə başlamış. Bugunə kimi botoksun miqren müalicəsində təsir mexanizmi sinirləri sıxan əzələlərin boşaldılmasına, sıxılan sinirin rahatlamasına əsaslanırdı. Lakin son dövrlərdə miqrenin patogenezində CGRP (Kalsitonin Gen Peptidinin) rolunun öyrənilməsi yeni təcrübələr aparılmasına səbəb oldu. Və təcrübələr sonucunda məlum oldu ki, miqrenli xəstələrdə həmin peptidin səviyyəsi yüksək olur. Botoks olunan xəstlərdə isə CGRP- nin səviyyəsi enir. Və bununla aydın olur ki botoks miqrenin patogenezinə təsir edir. Gələcəkdə miqrenin profilaktikası üçün peyvəndlər hazırlanması planlaşdırılır.

Miqren botoksu necə tətbiq edilir?

Kiçik iyələr ilə ağrı nöqtələrinə, alın, gicgah, ənsə və boyun nahiyyəsinə tətbiq edilir. Burada əsas önəmli olan təcrübəli mütəxəssis tərəfindən edilməsi və ağrı nöqtələrinin xəstəyə uyğun tapılması və düzgün dozalanmasıdır.

2013-cü ildəndir botoksun miqrenin müalicəsi ölkımizdə mənim tərəfimdən edilmişdir və bunun üçün müxtəlif maarifləndirmə işləri görülmüşdür. Təssüf ki botoksun miqrenin müalicəsində effektivliyini eşidən bir çox kosmetoloqlar onların etdiyinin dı miqren müalicəsi olduğunu deyərək xəstələri yanıldırlar. Lakin tamamən yalnış fikirdir. Bu müalicə bir həkim tərəfindən, başağrı mütəxəssisi tərəfindən edilməlidir.

Ağrıkəsicilərin qəbulu miqren ağrılarımızı pisləşdirir!

Bir çox ölkələrdə olduğu kimi bizimdə əhali arasında həkim məsləhəti olmadan ağrıkəsicilərin istifadəsi kifayət qədərdir. Lakin bilməliyik ki öncələri ağrımızı kəsməsi üçün qəbul etdiyimiz ağrıkısicilər həftədə 3 dəfədən artıq qəbul etdikdə dözülməz və qarşısıalınmaz ağrılar şəklində bizə geri dönürlər. Ağrı kəsici dərmanlar orqanizmdə ağrı aparıcı yolları pozaraq ağrının xronikiləşməsinə, dərmanın həaddindən çox istifadəsinə bağlı başağrılarına gətirib çıxarır.

Amerika Qida və Dərman Admistrasiyası (FDA) botoksun miqrenin müalicəsində effektivliyini təsdiq etmişdir. Botoks miqren xəstələri üçün digər dərman müalicələri ilə müqayisədə ən az yan təsiri olan  və ən effektiv üsullardan biridir.

Mövzu ilə bağlı videolar:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.