miokarditlər nədir və müalicə

Miokardit

2282
Müəllif: Terapevt Tural Qənbərli

Paylaşıldı: 16.07.2018
HekimTap Pro

Miokardit – ümumi məlumat

Ürək-damar xəstəlikləri insan sağlamlığı və həyatı üçün daha çox risk daşıyan patologiyalardır. Onlardan bəziləri miokrard infarktı və insulta səbəb ola bilər. Belə patologiyalardan xüsusi yerlərdən birini miokardit tutur.

Miokardit ürək əzələ toxumalarının iltihabi xəstəliyidir. Bu zaman ürək əzələsinin döyüntüləri, impuls keçiriciliyi və s. pozulur.

Miokardit bütün ürək-damar xəstəliklərinin demək olar ki, 10%-də inkişaf edir. Bəzi hallarda xəstəlik simtomsuz gedişata malik ola bilər.

Miokarditin yaranma səbəbləri

Miokarditin yaranma səbəblərinə aşağıdakılar daxildir:

  • İnfeksion və ya kimyəvi faktorlar fonunda immun sisteminin zəifləməsi;
  • Virus və ya bakteriya mənşəli infeksion xəstəliklər;
  • Göbələk patologiyaları;
  • Parazitar invaziyalar;
  • Kardioskleroz;
  • Arterial hipertenziya;
  • Bəzi hallarda miokardit cərrahi müdaxlə zəminində yarana bilər;
  • Autoimmun xəstəliklər.

Uşaqlarda miokarditin yaranmasına adətən dərman preparatlarının qəbulu, ionlaşmış şüalanma səbəb olur. Böyükyaşlı insanlarda isə bu xəstəlik daha çox siqaret çəkmə, çirklənmiş atmosfer, spirtli içkilərin qəbulu zəminində yaranır. 

Səbəbi məlum olmayan miokardit – ideopatik adlanır. 

Miokarditin əlamətləri

Xəstəlik kəskin və ya xroniki formada inkişaf edə bilər.

Patologiyanın əsas simptomları bunlardır:

  • Güclü təngənəfəsliyin yaranması;
  • Dərinin göyərməsi (sianoz);
  • Ayaqlarda şişlərin yaranması;
  • Damarların şişməsi;
  • Ürək nahiyəsində kəskin ağrılar;
  • Qeyri-müntəzəm ürək döyüntüləri.

Virus miokarditi zamanı prodromal pereod aydın təzahür olunur.

Xəstəliyin allergik forması özünü rinit, səpgilər və digər formalarda büruzə verir. Revmatik formada əzələlərin güclü ağrıları da müşahidə edilir. 

Miokarditin müalicəsi

Miokarditin müalicəsi xəstəliyin forma və ağırlıq dərəcəsindən asılıdır. Ağır gedişatda hospitallaşdırma göstərişdir.

Xəstələrə aşağıdakılar tövsiyə olunur:

  • Pis vərdişlərdən imtina etməklə qidalanmanın korreksiya edilməsi və hərəki aktivliyin artırılması;
  • Fitoterapiya;
  • Fizioterapiya;
  • İltihabəleyhinə və bakteriyaəleyhinə terapiya;
  • Kardioskleroz zamanı cərrahi müdaxilə göstərişdir.

Hazırda miokarditin spesifik müalicəsi mövcud deyil, lakin xəstəliyin qarşısını almaq üçün aşağıdakı tədbirlər tövsiyə olunur:

  • Karies və tonzillitin vaxtlı-vaxtında müalicəsi;
  • İmmunitetin stimullaşdırılması;
  • Virus və bakeriya xəstələrilə kontakta girməmək;
  • Düzgün qidalanma;
  • Hərəki aktivliyi artırmaq. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az