mikoplazma və ureaplazma nədir

Mikoplazma və ureaplazma

33611
Müəllif: Mama-ginekoloq Aidə Hüseynova

Paylaşıldı: 18.06.2018
HekimTap Pro

Mikoplazma və ureaplazma nədir?

Mikoplazma və ureaplazma insanda müxtəlif iltihabi xəstəliklər yarada biləcək bakteriyalardır.

Bu bakteriyaların cəmi 17 növü var, lakin onlardan cəmi 5-i insan üçün daha təhlükəlidir.

Bunlar aşağıdakılardır:

  • Mycoplasma pneumoniae (ağciyərlər iltihabı yaradır)
  • Mycoplasma hominis
  • Mycoplasma genitalium
  • Ureaplasma urealyticum 
  • Ureaplasma parvum

Ureaplazmanın hər iki növü (urealitikum və parvus) eyni preparatlarla müalicə olunduğundan, həkimlər adətən urealazmanın məhz hansı növünün aşkar olunduğuna diqqət yetirmirlər. Bununla əlaqədar olaraq, analizlərin nəticəsində bu iki ureaplazma növünü birləşdirib, «Ureaplasma spp» yazırlar.  

Mikoplazma və ureaplazmaya yoluxma

Mikoplazma və ya ureaplazmaya cinsi əlaqə və ya hamiləlik zamanı anadan uşağa keçmə vasitəsilə yoluxmaq olar.

Mikoplazma və ya ureaplazmanın ginekoloji manipulyasiyalar zamanı yoluxması sübut olunmayıb.

Mikoplazma və ureaplazma insana heyvanlardan keçə bilməz.

Mikoplazma və ureaplazma zöhrəvi xəstəliklərdirmi?

Mikoplazma və ureaplazma infeksiyasının heç də bütün mütəxəssislər zöhrəvi xəstəliklərə aid etmirlər.

Məsələ ondadır ki, bu bakteriyalar sağlam qadın və kişilərdə də aşkara çıxa bilər. Məsələn, ureaplazma 40-80% seksual aktiv və sağlam qadınların uşaqlıq yolu və uşaqlığında aşkar olunmuşdur.

Mikoplazma isə müntəzəm intim həyatı olan 21-53% qadında qeydə alınmıdır.  

Beləliklə, əgər sizdə mikoplazma və ureaplazma infeksiya üzə çıxmışdırsa, bu hələ sizin xəstə olmağınız demək deyil. 

Əgər infeksiya uretranın, uşaqlıq yolunun, uşaqlıq boynunun iltihabına səbəb olmuşsa, belə hallarda xəstəlikdən söhbət gedə bilər.

Mikoplazma və ureaplazmanın əlamətləri

İnfeksiyanın ilk əlamətləri yoluxmadan 2-3 həftə sonra üzə çıxa bilər. Lakin bəzi qadınlarda xəstəlik simtomsuz gedişata malik olub, xroniki formaya keçir.

Mikoplazma və ureaplazma özünü aşağıdakı əlamətlərlə büruzə verir:
 – Sidik ifrazı zamanı yanma və göynəmə hissləri;
 – Sidik ifarzının tez-tez baş verməsi;
 – Cinsiyyət orqanlarında göynəmə və diskomfort.
 – Sarı, yaşıl və ya başqa rəngdə ifrazat;
 – Cinsi yaxınlıq zamanı ağrılar;
 – Cinsi yaxınlıq zamanı və ya ondan sonra uşqlıqdan qanlı axıntı;
 – Qarının aşağı nahiyəsində ağrılar;
 – Bakterial vaginoz simptomları:uşaqlıq yolundan xoşagəlməz balıq qoxusu verən sarı-yaşıl ifrazat, uşaqlıq yolunda diskomfort və quruluq;
 – Ağır gedişat zamanı temperaturun qalxması, ürəkbulanma, qusma, baş ağrıları, ümumi əhvalın pisləşməsi müşahidə edilə bilər.

Mikoplazma və ureaplazmanın müalicəsi

Mikoplazma və ureaplazmanın müalicəsində antibiotiklər istifadə olunur.

Bu xəstəliklərin effektiv müalicəsi üçün bir neçə antibiotik tətbiq edilir:
 – Tetrasikilin
 – Doksisiklin
 – Klaritromisin
 – Eritromisin
 – Azitromisin
 – Roksitromisin
 – Cozamisin

Preparat seçimi, dozası və müalicənin  müddəti həkim tərəfindən təyin edilir.


Mövzu ilə bağlı video:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az