mastopayitanın əlamətləri və müalicəsi

Mastopatiya

7561
Müəllif: Mama-ginekoloq Aidə Hüseynova

Paylaşıldı: 07.07.2018
HekimTap Pro

Mastopatiya – ümumi məlumat

Mastopatiya (və ya fibroz-kistoz xəstəlik) – süd vəzisində baş verən, dishormonal patoloji psoseslərlə xarakterizə olunan xoşxassəli şiş xəstəliyidir. “Dishormonal” termini o deməkdir ki, mastopatiya süd vəzilərinin qadın orqanizminin hormonal pozuntularına reaksiyası nəticəsində yaranır.

Mastopatiyanı XXI əsrin xəstəliyi andlandırırlar. Statistikaya görə, bu xəstəliyə fertillik dövrünə çatmış qadınların 30-60%-də rast gəlinir. 40 yaşdan sonra isə hər ikinci qadın bu xəstəlikdən əziyyət çəkir. Sübut olunub ki, mastopatiya xəstələrində süd vəzisinin xərçənginə 3-5 dəfə çox rast gəlinir.           

Mastopatiya həmişə xərçənglə nəticələnmir,amma xərçəng həmişə mastopatiyadan başlayır.

Mastopatiya – əlamətləri

Mastopatiya zamanı süd vəzisinin strukturunda patoloji dəyişikliklər baş verir və aşağıdakı əlamətlər özünü büruzə verir.               

  • Alveollar, süd axarları və birləşdirici toxumalar aktiv şəkildə artır;
  • Süd vəzisinin toxumalarında fibroz və kistoz komponentlərin artıqlığı müşahidə edilir;
  • Düyünlü və diffuz bərkimələr əmələ gəlir.

Mastopatiyanın yaranma səbələri

Mastopatiyanın inkişafında qadın cinsi hormonları – estrogenlərin metabolizminin pozuntusu vacib rol oynayır. İş orasındadır ki, qadın orqanizmindəki estrogenlər fermentlərin təsiri altında dəyişərək “yaxşı”, “pis”və ya “təhlükəli” olurlar. “Pis” estrogenlər onkogen potensiala malik olub, xoşxassəli şişin inkişafına səbəb ola bilər. “Təhlükəli” estrogenlər isə birbaşa DNT hüceyrələrini zədələyir və bu da xərcəngin yaranması ilə nəticələnir.          

Sağlam qadının orqanizmi estrogenlərin düzgün metabolizmini müstəqil dəstəkləməlidir. Lakin qeyri-düzgün qidalanma, artıq çəki, siqaret çəkmək, hormonal kontraseptivlərin nəzarətsiz qəbulu, stress, ekoloji əlverişsiz mühit estrogen mübadiləsinin pozulmasına səbəb olur.

Mastopatiyanın inkişafına təsir göstərən fatorlar

  • Erkən menarxe (12 yaşadək);
  • Gecikmiş menopauza (50-52 yaşdan sonra);
  • Hamiləliyin süni dayandırılması;
  • Gecikmiş ilk hamiləlik və doğuş (30 yaşdan sonra), həmçinin, doğuşun olmaması;
  • Süd verilməsinin olmaması və ya qısamüddətli olması;
  • 40-dan yuxarı yaş;
  •  İonlaşmış şüalanma (radiasiya, yüksək eloktromaqnit şüalanması);
  • Uzunmüddətli psixoloji stress;
  • Piylənmə;
  • Xroniki hepatit;
  • Qalxanvari vəzinin xəstəlikləri;
  • Qadın cinsiyyət orqanlarının xəstəlikləri;
  • Süd vəzi xəstəlikləri;
  • İrsi meyillilik.

Mastopatiyanın əlamətləri

  • Süd vəzilərində və ya qoltuq nahiyəsində xoşagəlməz ağrılar;
  • Süd vəzilərində ağırlıq hissi (şişkinlik,sürtünmə);
  • Süd vəzilərində “düyünlər”;
  • Qoltuq nahiyələrində limfatik düyünlərin böyüməsi;
  • Döş gilələrindən şirə axıntısı (şəffaf, bozumtul, bəzən qanlı);
  • Gilələrin dəri örtüyündə dəyişikliklər (çatlar, dartılmalar).

Mastopatiyanın müalicəsi

Diffuz mastopatiyanın müalicəsi xəstəliyin əsas səbəbinin, yəni hipofiz və yumurtalıq funksiyalarının  pozuntusunu aradan qaldırılmasına yönəldilir. Əksər hallarda müalicəyə ginekoloji xəstəliklərin müalicəsindən, qaraciyər və əsəb sistemi funksiyalarının normallaşdırılmasından başlayırlar.

Düyünlü mastopatiyalarda, əsasən, cərrahi müalicətətbiq olunur.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az