Maqnit Rezonans Tomoqrafiya (MRT)

Maqnit Rezonans Tomoqrafiya (MRT)

5462
Müəllif: Radioloq Çimnaz Şeyxova

Paylaşıldı: 25.08.2020
Çimnaz Şeyxova

Maqnit Rezonans Tomoqrafiya (MRT) nədir?

Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT müayinəsi),  tibdə Maqnit Rezonans Tomoqrafiya cihazı vasitəsi ilə yüksək tezlikli maqnit sahəsi və radio dalğalar istifadə etməklə insanların müxtəlif nahiyyələrinin (baş, boyun, qarın boşluğu, diz və s.) əks etmə mexanizması ilə görüntüləmə metodudut.  MRT cihazlarında istifadə olunan maqnit sahəsi bilavasitə cihazda yaranır və 0,2 Testla (0,2T) ilə 3 Tesla (3T) arası maqnit dalğası tezliyindən istifadə olunur. Lakin son dövrlərdə 4Tesla (4T) və 7Tesla (7T) maqnit dalğa tezliyi istifadə edən (yarada bilən) cihazlar da istifadəyə verilmişdir: (Məsələn, Siemens firmasının 7Tesla gücündə MAGNETOM Terra modeli).  

Lakin tibbi diaqnostikada heç bir instrumental və ya labarator müayinə tək başına hər hası bir xəstəliyin 100% diaqnozunu qoya bilmir. Buna görədə həkimlər bir xəstəliyə dəqiq diaqnoz qoymaq üçün bir neçə müayinə metodundan eyni vaxtda istifadə edə bilər. Yəni bəzi hallarda bir xəstəliyin diaqnozunda həm Ultra Səs müayinəsindən (USM), həm Kompyuter Tomoqrafiya müayinəsindən (KT), həm də Maqnit Rezonans Tomoqrafiya müayinəsindən (MRT) istifadə edilə bilər. 


Maqnit Rezonans Tomoqrafiya müayinəsinin (MRT) üstünlükləri.

a)Kontrast həssaslığı və duyarlığı ən yüksək olan müayinə metodudur. Yəni ən kiçik  dəyişiklikləri göstərmək qabiliyyətinə malikdir.

b)Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) yumşaq toxumaları biri-birindən

diferensasiya etmək (fərqləndirmək) qabiliyyəti ən yüksək olan müayinə metodudur. Yəni, bir-birinə söykənmiş fərqli orqan və toxumaları çox dəqiqliklər göstərə bilir.

c)Patoloji toxumaları ən yaxşı təyin edən müayinə metodudur. Məsələn hər hansı bir

rqandakı şiş toxumasını çox dəqiqliklə və həssaslıqla göstərmək xüsusiyyəti var.

d)Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) qeyri invaziv müayinə metodudur.

Yəni, bu müayinəni aparmaq üçün insan orqanizminə (insan bədəninə) hər hansı bir şəkildə zədə vurmağa, müdaxilə etməyə ehtiyyac yoxdur. (Sadəcə kontrastlı müayinələrdə pasientin venasına müəyyən miqdarda kontrast maddə adlı maye vurulur.)

e)Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) çox keyfiyyətli və çox surətli

görüntülər almağa imkan verir. Ən uzun müayinələr 20-30dəqiqə çəkir.


Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT müayinəsi) hansı xəstəliklərin diaqnostikasında tətbiq olunur?

Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT müayinəsi) tibdə yüzlərlə xəstəliyin diaqnos-tikasında ya qərar verici ya da köməkçi müayinə metodu kimi tətbiq olunur. Lakin qruplaşdırmaq istəsək aşağıdakı xəstəliklərin diaqnostikasında tətbiq olunur deyə bilərik.

a)Baş beyin xəstəlikləri

Baş beynin serebrovaskulyar  xəstəlikləri:

  • Işemik insultlar
  • Hemorragik insultlar
  1. Parenxima daxili hemorragiyalar(hematomalar)
  2. Subaraxnoidal hemorragiyalar
  3. Epidural hematomalar
  4. Subdural hematomalar
  5. Intraventrikulyar hemorragiyalar
  • Anevrizmalar
  • Vaskulyar malformasiyalar

Baş beynin iltihabi xəstəlikləri

Ensefalitlər

  • Meningitlər
  • Vaskulitlər
  • Abseslər

Parazitar xəstəliklər

Baş beynin demielinizan xəstəlikləri

  • Demensiyalar
  • Dağınıq skleroz (Multipl skleroz)
  • Optik nevrit
  • Transvers mielit
  • və digər demielinizan xəstəliklər

Baş beyn törəmələri

  • Astrositomalar
  • Ependimomalar
  • Meningiomalar
  • Digər törəmələr
  • Kistlər


Baş beynin travmatik xəstəlikləri

  • Posttravmatik hemorragiyalar və digər patologiyalar


Baş beynin anadangəlmə qüsurları

  • Anensefaliya
  • Mikroensefaliya
  • Holoprosensefaliya
  • Makrogriyalar
  • Mikrogriyalar
  • Agriya
  • Paxigriya
  • Lizensafaliya
  • Polimikrogriyalar
  • Malformasiyalar
  • Trisomiyalar

 

Tibbdə Kompyuter Tomoqrafiya(KT) müayinəsi də xəstəliklərin diaqnostikası üçün geniş tətbiq olunub, Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) ilə oxşar və fərqli xüsusiyyətlərə malikdir. Əsas fərlər:

  • Kompyuter Tomoqrafiya(KT) müayinəsində Rentgen şüalarından istifadə olunur.
  • Kompyuter Tomoqrafiya(KT) müayinəsi yumşaq toxumalara nisbətən az həssasdır.
  • Kompyuter Tomoqrafiya(KT) müayinəsi ağciyər və sümük toxumalara daha həssasdır.
  • Kompyuter Tomoqrafiya(KT) müayinəsi hamiləlikdə və hamiləlik şübhəsi olanlarda tətbiq oluna bilməz
  • Kompyuter Tomoqrafiya(KT) müayinəsi pediatriyada, yəni uşaqlarda  (əsasən yeni doğulmuşlarda və 7yaşına qədər uşaqlarda) ciddi göstəriş olmadığı müddətdə aparılmır.
  • Kompyuter Tomoqrafiya(KT) müayinəsi Maqnit Rezonans Tomoqrafiya müayinəsin-dən (MRT) fərqli olaraq daha sürətli müayinədir.

 
Maqnit Rezonans Tomoqrafiya müayinəsinin (MRT) xüsusi tətbiq sahələrindən biri Fetal MRT müayinəsidir.
Bu hamiləliyin 21-ci həftəsindən sonra ana bətnindəki uşaqda (yəni döldə, fetusda) patologiyaların diaqnostikası üçün Maqnit Rezonans Tomoqrafiya müayinəsinin (MRT) xüsusi tətbiqidir.

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az