lipolitik nədir

Lipolitik nədir ?

23320
Müəllif: Dr. Dermatoloq - Kosmetoloq Vüsalə Aşirova (Dr. OFF Tibb Mərkəzi)

Paylaşıldı: 30.10.2019
Dr. OFF Tibb Mərkəzi

Lipolitik - nədir?

Təsirinə görə iki növ lipolitiklər var :

• Birbaşa yağ hüceyrələrini məhv edən
Bu növ prepartların tərkibində bu maddələr daxildir :
- Natrium dezoksixolat - yağ hüceyrəsinin membranını məhv edir
- Fosfatidilxolin - yağ hüceyrəsinin tərkibini məhv edir
Yəni yağ sözün həqiqi mənasında “əriyir” və parçalanan məhsullar bədəndən təbii olaraq çıxır.
• Yağ parçalama prosesinə təsir göstərən.
Bu preparatlar yağ hüceyrələrini məhv etmədən yağ yanma prosesinə təsir göstərir. Maddələr mübadiləsini sürətləndirir, mikrosirkulyasiyanı yaxşılaşdırır, limfa drenajını təmin edir. Belə lipolitiklər ən çox üz təbəqəsinə və yağ qatının həcminin az olduğu yerlərə vurulur. Onların nəticəsi təbii kilo itkisinə bənzəyir.

Lipolitiklərin əsas üstünlükləri:
• Sürətli təsir (qan dövranı normallaşdırılması, maddələr mübadiləsinin və lipid metabolizmasının bərpası ) • Kiçik sahələrdə istifadə etmək (buxar nayihəsi) • Selülitin müaliçəsində istifadə etmək ( bədən yağını 5-6 sm azaldır, dərinin vəziyyətini yaxşılaşdırır). • Lipolitiklərin köməyi ilə qarın həcmini azaltmaq, qalife nahiyəsini çıxarmaq və bel xəttini çəkmək olar. • Minimum reabilitasiya müddəti
Göstərişlər:
• ikinci çənə ( buxar) • boyun və çiyinlərdə artıq yağ ; • çox böyük yanaqlar; • qarın, kalçada artıq yağ;

Əks göstərişlər:

• 18 yaşa qədər;
• hamiləlik və laktasiya;
• onkologiya;
• böyrəklərin və qaraciyərin patologiyası;
• epilepsiya;
• endokrin və bir sıra autoimmun xəstəliklər;
• Qan laxtalanma qabiliyyətinin pozulması;
• ruhi xəstəliklər.

Prosedur necə aparılır:
Xüsusi təlim və xəstəxanaya yerləşdirmə tələb olunmur. Prosedurdan əvvəl kosmetoloq,
xəstənin sağlamlıq vəziyyətini qiymətləndirir, hər prosedurun effektivliyini izləmək üçün
bədən həcmlərini ölçür. Bundan sonra dərman və dozası seçilir, və problemli bölgələrdə
dəri altına ( yağ qatına) nazik bir iynə vasitəsiylə vurulur. Dərinlik lipolitikanın
xüsusiyyətlərindən və lokalizasiyadan asılıdır.

Nəticə nədən aslı olur:
Prosedururn effektivliyini qiymətləndirilməsi ilk prosedurdan sonra həyata keçirilə bilər. Ancaq
ən böyük nəticə kursdan sonra nəzərə çarpacaqdır. Prosedurların sayı dərmana bağlıdır və 7-14
gün ara verməklə 4-8 prosedurdan dəyişir.
Nəticədə həcmlər nəzərəçarpacaq dərəcədə azalır, inyeksiya zonasında dəri hamarlaşır, selülit
azalır , lokalizasiyadan aslı olaraq yağ təbəqəsi 5-6 sm azalır, qırışlar aradan qalxır və konturlar
yaxşılaşır.

Prosedurdan sonra rabilitasiya :
Prosedurdan sonra ilk dərialtı qansızmalar ola bilər, şişkinlik qala bilər, yerli bədən istiliyi
yüksələ bilər. Bərpa müddəti 2-3 gün davam edir.
Prosedurdan sonra :
• hər gün 2-2,5 litr su içmək lazımdır ( bədəndəki su balansı normallaşdərmaq üçün).
• İlk 2-3 gündə spirtli içki olmaz.
• Şişkinliyi azaltmaq üçün quru -soyuq kompreslər.
• İlk gün egər üz nahiyəsində prosedur keçirilibsə dekorativ kosmetikadan istifadə etmək tövsiyə
olunmur.