Kolpit
Kolpit müstəsna olaraq, qadınlarda rast gəlinən və geniş yayılmış cinsiyyət orqanları xəstəliyidir. O, intim nahiyəni, daha dəqiq desək, uşaqlıq yolunu zədələyir. Statistikaya görə, qadınların 60%-i bu və ya digər formada kolpit xəstəliyindən (ginekologiyada digər adı “vaginit”dir) əziyyət çəkib. Beləliklə, kolpiti ginekoloji xəstəliklər arasında ən geniş yayılmışı saymaq olar.
Əslində hər şey çox sadədir. Uşaqlıq yolunun daxili səthi kifayət qədər dərin və nəmişdir, ətraf mühitdən heç nə ilə təcrid olumayıb. Beləliklə, uşaqlıq yolu xəstəlik törədən mikroorqanizmlər üçün ideal mühitdir.
Kolpiti aşağıdakı bakteriyalar törədir:
Bəzən kolpit virus infeksiyasından da yarana bilir. Əksər hallarda virus kolpitlərini herpes virusu yaradır. Nadir hallarda selikli qişanı sitomeqalovirus və ya pappiloma virusu zədələyir.
Uşaqlıq yolunda faydalı mikroflora sayının azalması onun mövcudluğu üçün əlverişli mühitin pozulması ilə əlaqədardır. Bu pozuntular bir çox faktorların təsirindən yarana bilər:
Xəstəliyin əsas əlamətləri uşaqlıq yolundan anomal axıntıların gəlməsi, göynəmə və yanma hissidir. Vaginit zamanı ağrılara nadir hallarda rast gəlinir. Cinsiyyət orqanları nahiyəsində xoşagəlməz hisslər menstruasiya, sidik ifrazı, fiziki aktivlik, cinsi akt zamanı arta bilər. Atrofik kolpit göynəmə və yanma hissi quruluqla müşayiət edilə bilər.
Kolpitin diaqnostikası üçün müxtəlif vasitələr tətbiq olunur. Onlardan ən başlıcası uşaqlıq yolundan yaxmanın götürülməsidir. Onun əsasında bakterialoji analiz aparılır ki, bunun da sayəsində toxumaların zdələnmə xarakteri müəyyənləşdirilir (adətən, atrofik variantda tətbiq edilir).
Bundan başqa, xüsusi güzgülərlə ginekoli müayinə aparıla bilər. Əgər adi ginekoloji müayinə kifayət etməzsə, kolposkopiya (uşaqlıq yolunun xüsusi optik ləvazimatlarla – kolposkoplarla müayinəsi) aparılır.
Həmçinin, qanın və sidiyin ümumi, biokimyəvi analizləri, qanın hormonal analizi də vacibdir.
Kolpitin müalicəsi, əsasən, medikamentoz yolla aparılır. Onların tərkibində antibakterial və göbələk əleyhinə preparatlar vardır ki, xəstəlik törədicilərini məhv edir. Bu preparatlar həm tablet, həm də yerli formada tətbiq oluna bilər. Həmçinin, dərman məhlulunda isladılmış tamponlardan da yararlanmaq olar. Uşaqlıq yolunun yuyulması üçün xlorqesidin məhlullarından istifadə edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az