kobud çapıqların götürülməsi

Kobud çapıqların götürülməsi

13200
Müəllif: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77

Paylaşıldı: 02.07.2018
Günel Bayramlı

Çapıqlar haqqında umumi məlumat

İnsanların zahiri görünüşündə yaranmış çapıqlar əlbəttə ki, böyük narahtçılığa və kompleksə səbəb olur. Bu problemin aradan qaldırılması üçün ən effektiv metod plastik cərrahiyyədir.

Çapıqlar görünməz dərəcədən bşalayaraq,  çox pis görkəmli formada ola bilər. Pis görkəmli çapıqların enli, batıq, qırmızı rəngli, qabarıq, avazımız olması mümkündür. 

Onlar bir-birindən rənginə və ya ətrafda yerləşən sağlam toxumaların teksturası ilə fərqlənir, görünmə dərəcəsi isə ölçüsünə, forma və ya yerləşmə nahiyəsinə görə dəyişir.

Çapıqların zahiri görkəminə aşağıdakı faktorlar təsir göstərir:

  • Yaranın dərinliyi və ölçüsü;
  • Nahiyədə olan qan dövranı;
  • Dərinin qalınlığı və dərinin rəngi;
  • Çapığın istiqaməti;
  • Yaş həddi;
  • Genlər;
  • Cins.

Çapıqlar elastik deyildir, tər və piy vəziləri yoxdur. Müalicə olunmadıqda qan damarları ilə 3 aydan sonra təchiz olunur. Çapıq formalışdıqdan sonra dəri üzərində həmişəlik qalır.     

Tipindən və dərəcəsindən asılı olaraq, çapıqların müalicə variantları özündə aşağıdakıları birləşdirir:

  • Konservativ yerli müalicə;
  • Minimal invaziv prosedurlar;
  • Cərrahi müdaxilə.

Əməliyyatdan əvvəlki mənzərə

Cərrah çapığı öyrənir, müalicə strategiyasını müəyyənləşdirir və pasiyenti gözlənilən nəticələrdən xəbərdar edir.

Çapıqlar çox fərdi olduğundan maksimal nəticə almaq məqsədilə birdən çox metdoddan istifadə edilə bilər.

Çapıqların konservativ metodlarla müalicəsi

Bəzi pasiyentlər üçün konsrevativ terapiya metodları daha effektiv ola bilər.

Steroid inyeksiyaları keloid və hipertrofik çapıqlar üçün tətbiq edilir. Hormonlar çapığın daxilinə yeridilir, bu da kollagen ifrazını azaldır. Kollagenin və ya doldurucuların qialuron turşusu əsasında daxil edilməsi bəzi tip çapıqlarda effektli ola bilər. Bu prosedur daimi nəticə vermir və hər 4-12 aydan bir təkrar olunmalıdır.  

Okklyuzion terapiya zamanı çapıqların yumşaldılması üçün qel və hermetik sarğılardan istifadə oluna bilər. Plastr və sarğılar dərinin təzyiq və temperaturunu qaldırır, onu nəmləndirir. Effekt özünü tədricən göstərir. Bu, adətən bir neçə həftədən bir neçə ayadək davam edə bilər.

Çapıqların cərrahi metodla aradan qaldırılması

Əksər çapıqların xarici görünüşünü korreksiya etmək üçün çapıq toxumasının aradan qaldırılması və yaranın yenidən qapadılması kifayət edir. Əgər çapıq ətrafında kifayət qədər dəri varsa, cərrahi kəsik vasitəsilə çapıq toxuması kənarlaşdırılır, daha sonra dəri səliqə ilə tikilir. Nəticədə çapığın az nəzərə çarpan izi qalır.    

Z-plastika

Z-plastika çapığın istiqamətini dəyişmək üçün istifadə olunan cərrahi metoddur. Bu zaman çapığın istiqaməti dərinin təbii qatları arasında elə gizlədilir ki, o demək olar ki, görünmür.

Bundan başqa, cərrahi metodların W-plastika, dəri transplantasiyası növləri var ki, onların hər biri fərdi qaydada tətbiq olunur.

Əməliyyatdan sonrakı mənzərə

Hər bir əməliyyatda olduğu kimi çapıqların götürülməsi əməliyyatından sonra da pasiyent müəyyən narahatçılıqlar keçirə bilər. Buraya şişkinliklər, qızrtılar, dərialtı qanaxmalar və s. aiddir. Əsas odur ki, həkimin göstərişlərinə əməl edəsiniz. Belə olan təqdirdə, əməliyyatdan sonrakı ağırlaşmalar minimuma enər.

Əməliyyatdan sonra həkim adətən, aktivliyi azaltmağı tövsiyə edir. Pasiyent uzanılı vəziyyətdə olarsa, başını dik tutmalıdır. Şişkinliyi azltmaq üçün soyuq kompreslərdən istifadə etmək olar.  

Paiyent nəzərində saxlamalıdır ki, çapığı bütünlüklə aradan qaldırmaq mümkün deyil, lakin onun pis görkəmini əhəmiyyətli dərəcədə azaldıb, simanızın yaraşığını xeyli bərpa etmək olar. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az