Keramik diş

Keramik diş

9453
Müəllif: Stomatoloq Rauf Məmmədov , Əlaqə:050 255 88 50

Paylaşıldı: 17.11.2019
Rauf Məmmədov

DİŞİN BƏRPA NÖVLƏRİ:

Əgər plomb ilə kökü sağlam olan dişi bərpa etmək mümkün deilsə dişi çəkdirməyə ehtiyyac yoxdur. Keramik qapaq ilə dişin əvvəlki funksiyasını qaytarmaq mümkündür. Keramik qapaqlar bir çox növdə olur. 

METAL KERAMİKA NƏDİR?

Stomatologiyada  istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsidir. 
Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması çoxalıbdır.

METALSIZ KERAMİKA NƏDİR?

Metalsız keramik qapaqlar – içərisində metal olmayan keramik qapaqlardır. Müasir texnologiyalar içərisində metal olmasa da kifayət qədər möhkəmliyə malik keramik konstruksiyaların yaradılmasına imkan verir. Hal-hazırda hazırlanan metalsız keramik qapaqlar 20-30 il əvvəl hazırlanan metalsız keramik qapaqlardan möhkəmliyinə görə qat-qat üstündür.

ZİRKONİUM KERAMİKA NƏDİR?

Bildiyimiz kimi müasir dövrdə, hər sahə mükəmməlləşir. Stomatologiya sahəsidə ən sürətlə və keyfiyyətlə mükəmməlləşən bir sahədir. İncələyəcəyimiz mövzu sırf olaraq müasir dövrün mövzusudur.  Zirkon diş –XVII əsrdə kəşf edilən zirkonium metalından hazırlanan diş növüdür. İstiliyə və korroziyaya davamlıdır. Allergiyası olan insanlar belə rahatlıqla istifadə edə bilərlər. Yüksək estetik keyfiyyətlərə malikdir. Parlaqlıq, görünüş, rəng, şəffaflıq baxımından təbii dişə ən çox oxşarlığı olan bərpa növüdür. Qeyd etdiyimiz xüsusiyyətlərinə görə bu gün ən çox tələb olunan diş növlərindən biridir və getdikcə daha da populyarlıq qazanır.

ZİRKONİUM KERAMİKANIN MÜSBƏT TƏRƏFLƏRİ:

• İnsan orqanizminə qətiyyən ziyansızdır.
• Allergik reaksiyalar törətmir.
• Diş ətini qıcıqlandırmır.
• Hazırlanmasında ən son texnologiyalardan istifadə olunur.
• Çəkisi yüngül oldugundan uyğunlaşma prosesi tez çəkir. 
• Estetik baxımdan təbii dişdən seçilmir.