karpal tunel sindromu

Karpal tunel sindromu

3334
Müəllif: Fizioterapevt Aynurə Haşımova

Paylaşıldı: 23.05.2018
Aynurə Haşımova

Karpal tunel sindromu nədir?

Əlimizin hissiyyatı və əzələlərinin işi 3 ədəd sinir tərəfindən təmin olunur. Bu sinirlərin ən böyuk olanı  Median sinirdir. Median sinirin əl biləyindəki karpal tuneldən keçərkən sıxılmasına Karpal Tunel Sindromu deyilir. Sinirin sıxılmasına səbəb tunel içərisindəki təzyiqin artması və ya tunelin daralmasıdır.

Karpal Tunel sindromu kimlərdə rast gəlinir?

1. Uzun müddətli klaviatura istifadə edənlər;
2. Pianino və gitara çalan musiqiçilərdə;
3. Şəkərli diabet, revmatoidli artrit, hipotireodit, həddən artıq bədən çəkisi olan insanlarda.
4. Hamilə qadınlarda;
5. Yaşa bağlı olaraq kirəclənmə;
6. Qadınlarda kişilərə nisbətən 3 dəfə çox rast gəlinir.

Karpal Tunel sindromunun əlamətləri

  • Gücsüzlük
  • Tez yorulma
  • Xüsusilə ilk 3 barmaqda keyləşmə
  • Barmaqlarda yanma hissi
  • Biləkdən qola yayılan ani və kəskin ağrı
  • Daha çox səhərlər müşahidə edilən şişlik
  • Ağrı və keyləşmə, xüsusilə gecələr daha da şiddətli olur.

Karpal Tunel Sindromunun diaqnostikası

Bu xəstəliyin araşdırılması və diaqnozunun qoyulması nevropatoloq və neyrocərrahlar tərəfindən xəstənin kliniki müayinəsi əsasında aparılır. Karpal Tunel sindromunun diaqnozunun qoyulmasi üçün bilək nahiyyəsinin  aşağıdakı müayinə üsullarından istifadə olunur:

1. EMG
2. MRT
3. USM

Karpal Tunel Sindromunun müalicəsi

Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq, dərman müalicəsi: 

1. fizioterapiya
2. Dərman müalicəsi
3. Cərrahi müalicə icra olunur.
4. Proloterapiya

Müalicə zamanı xəstəyə ağrıları azaldacaq dərmanlar təyin edilir, steroid inyeksiyalar  vurulur. Başlangıç dönəmində əl biləyi hərəkətlərinin məhdudlaşdırılması və bilək ortezi istifadə etmək tövsiyə olunur. 

Müalicədə istifadə olunan fizioterapevtik üsullar bunlardır:
1. Ultrasəs
2. Tens
3. Maqnitoterapiya
4. Termo-tekar
5. Karpal Tunel Sindromunun profilaktikası

Karpal tunel sindromunun profilaktikası üçün, Masaüstü kompyüter istifadə edənlər rahat bir klaviatura seçməlidirlər. Biləklər üçün müxtəlif  biləkaltı dəstəkləyici məhsullar istifadə etmək lazımdır.Burada önəmli olan qolun dirsəyə qədər olan qisminin dəstəklənməsidir.  Əllər vasitəsilə qısa amplitudalı sürətli təkrari hərəkətlər edildiyi zaman müəyyən müddətdən bir fasilə etmək lazımdır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.