Kətan toxumu nədir?
Funksional qidalar, orqanizmin təməl qida maddələri ehtiyacını qarşılamaqdan əlavə insan fiziologiyası və metabolik funksiyaları üzərində də əlavə faydalar təmin edən, xəstəliklərdən qorunmağa və daha sağlam həyat yaşamağa kömək olan qidalar və ya qida komponentləridir. Kətan toxumu da bu funksional qidalalar qrupundandır.
Kətan toxumu ümumi olaraq üyüdülməmiş toxum, üyüdülmüş toxum və kətan toxumu yağı şəklində olur və qida dəyəri olan və olmayan komponentlərdən ibarətdir. Bu komponentlərin, istifadə edilən doz, zaman və sıxlığından asılı olaraq həm faydalı, həm də zərərli təsirləri görülə bilər.
Kətan toxumunda təxminən 20-24 % zülal, 40-45 % yağ, 4,8-9 % karbohidrat var. Tərkibində yüksək miqdarda lif var və yaxşı bir zülal qaynağıdır. Tərkibindəki həm lif, həm də zülal məzmunu sayəsində də uzun müddət tox tutur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Tərkibi:
- Kətan toxumu yağı, omeqa 3 (n-3) yağ turşularından α-linolenik turşusunun (ALA) ən zəngin qaynaqlarından biridir. Kətan toxumu, α- linolenik turşu və yaxşı keyfiyyətli zülal baxımından zəngin olması ilə bərabər, flavonoid, lignan və fenolik turşular kimi fitokimyasalların da təbii qaynağıdır.
- Kətan toxumu C, E və K vitaminləri və kalsium, mis, dəmirdən də zəngindir. Tam maqnezium yatağıdır.
- Kətan yağı, yaxşı bir lif qaynağıdır, 100 qramında təxminən 28 qram lif var.
- Bundan başqa, omega 3 yağlarından da çox zəngindir. Bu səbəbdən kətan yağı, əsasən çəki itirmək istəyən və vegetarian insanlar tərəfindən istifadə olunan qidalardan biridir.
Faydaları nədən ibarətdir:
1. Tərkibindəki yağ turşuları (omeqa 3-6-9) bədən istiliyinin qorunması, toxumaların qorunması və enerji istehsalı üçün həyati əhəmiyyət daşıyır.
2. Kətan toxumu yağı, xroniki qəbizliyə qarşı da istifadə edilir. Lif olaraq kətan toxumunun istifadə edildiyi bir çalışmada gündəlik 50 qr kətan toxumu istifadəsi ilə bağırsaq hərəkətlərinin 30 % artdığı görülmüşdür.
3. Kətan toxumu ekstraktları dəri xərçənginə qarşı qoruyucudur. Buna əlavətən xolesterindən öd turşusunun meydana gəlməsində rol oynayan fermentin inhibisyonunu da təmin edərək kolestrol homeostatına təsir etməkdə və bu sayədə də kolon xərçəngi riskini azaltmaqdadır.
4. Edilən bir araşdırmada ürək-damar xəstəliyinin güclü göstərici olan lipoprotein (a) konsentrasiyasının kətan toxumu tətbiqi ilə diqqətə çarpan dərəcədə azaldığı görülmüşdür və kətan toxumu istifadəsinin təzyiqi salmaqda təsirli olduğunu göstərilmiş.
5. Araşdırmalara görə dietlə 5% kətan toxumu tətbiqinin məməli canlılarda bədxassəli şiş meydana gəlməsinə səbəb olan dimetilbenzantirasin miqdarını azaltdığı müəyyən edilmişdir.
Güclü bir antioksidant və fərqli xəstəliklərə qarşı immunitet sistemini gücləndirici bir maddədir lakin gündəlik tövsiyə edilən miqdarın aşılması və nəzarətsiz olaraq yeyilməsi zamanı hər şeyin olduğu kimi kətan toxumunun da zərərləri görülə bilər.
Yüksək miqdarda kətan toxumu istifadəsi oksidativ stresi artıra bilər və antioksidan birləşmələrin azalmasına səbəb ola bilər. Bundan başqa diyetlə çox miqdarda alınması B6 vitamininin azalmasına və nəticədə da homosistein və böyrək çatmazlığının artmasına səbəb olmaqdadır.
Tiroit narahatlığı olanların yüksək miqdarda kətan toxumu istifadə etmələri tövsiyə edilmir.
Kətan toxumunu ev şəraitində çörək, tort və peçenyelərə də əlavə edə bilərsiniz. Qatıq və balla qarışdırıb yeyə bilərsiniz. Səhərlər sıyıq və yulaf əzməsinə əlavə edə bilərsiniz. Salatlara da səpmək olar.
Kətan toxumunun tövsiyə edilən istifadə miqdarı 1 gündə 50 qramı (5 yemək qaşığı) aşmamaqdır. Unutmamalıyıq ki, 1 yemək qaşığı kətan toxumu 68 kaloridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.