Kəskin xolesistit

Kəskin xolesistit

6266
Müəllif: Ümumi cərrah Adil İsayev

Paylaşıldı: 05.11.2019
Adil İsayev

Kəskin xolesistit nədir? 

Xolesistit, yəni öd kisəsinin kəskin iltihabı ,öd daşı xəstəliyinin ən çox rast gəlinən fəsadlarındandır. Etiologiyasında öd daşlarının öd kisəsinin boynunda pərçim olunması mühim yer alır. 

Kəskin xolesistitin simptomları:

Xəstədə ürək bulanması, sağ qabırğaaltı nahiyyədə ağrıların olması, bədən hərarətinin artması kimi simptomlar baş verir. Ağrılar xüsusən yağlı yeməkdən sonra baş verir. Xəstəliyə daha çox qadınlar meyllidirlər, xüsusən hamiləlikdən sonra, bədən çəkisi artığı olan insanlarda.

Kəskin xolesistitin diaqnostikası:
Diaqnostikasında laborator müayinələr, USM, sarılığı olarsa MRT xolangioqrafiya mühim yer alır.

Kəskin xolesistitin müalicəsi:

Konservativ müalicə əsasən infeksiyaya qarşı yönəldilir.spazmolitiklər və antibiotiklər təyin olunur. Ümumiyyətlə kəslin kalkulyoz xolesistit zamanı müalicə konservativ üsullar ilə başlanılır.Bu zaman həm müalicə, həm də diaqnostik müayinələr aparılır.Öd kisəsinin iltihabının səbəbləri kalkulyoz olarsa, xəstəyə cərrahi əməliyyat təklif olunur.
Əməliyyatlar həm təcili (peritoneal simptomları olarsa və ya konservativ müalicənin effekti olmazsa) həm də planlı şəkildə həyata keçirilir.
Şəkərli diabet hallarında xəstəyə əməliyyatönü hazırlıqdan sonra, təxirəsalınmaz əməliyyat göstərişdir.

Cərrahi əməliyyatlar:

Müasir dövrdə kəskin kalkulyoz xolesistit zamanı Laparoskopik Xolesistektomiya əməliyyatı aparılır. Yəni öd kisəsi endoskopik üsul ilə xaric olunur.Laparoskopik xolesistektomiya əks göstəriş varsa- qarın boşluğunda bitişmələr, IV dərəcə piylənmə və  yanaşı gedən bir sıra xəstəliklər ( ÜİX, Keçirilmiş insultlar), mexaniki sarılıq- o zaman açıq üsul ilə xolesistektomiya icra edilir.

Laparoskopik xolesistektomiyanın üstünlükləri:

Əməliyyatın az travmatik olması, əməliyyat müddətinin 30-40 dəqiqə olması, kəsiklərin olmaması və buna görə əməliyyatdan sonrakı yırtıq əmələ gəlməməsi ehtimalı və xəstənin qısa müddətdə əmək qabiliyyətinin bərpa olunması.(3-4 saat sonra xəstə gəzir, səhəri gün evə yazılır və 4-5 gün sonra əmək fəaliyyətini dəvam edə bilər.)

Öd daşı xəstəliyinin profilaktikası:


Qeyd olunduğu kimi qadınlar kalkulyoz xolesistitə daha meyllidirlər, bu da əksər hallarda hamiləlik zamanı və sonra baş verir. Hamiləlik zamanı öd durğunluğu baş verir və bu da daşların əmələ gəlməsində mühim əhəmiyyət kəsb edir.Bunu nəzərə alaraq öd qovucular məsləhət olunur.( Bu şərtlə ki, USM zamanı öd kisəsində daşlar inkar olunmuş olsa). USM zamanı kalkulyoz təsdiq olunsa, öd qovucuların qəbulu əks göstərişdir.