Immunitet və osteopatiya

Immunitet və osteopatiya

3579
Müəllif: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56

Paylaşıldı: 18.03.2020
Elfanə Süleymanova

İmnuniteti gücləndirmək üçün osteopatiya

Zəifləmiş immunitet- bir çox xəstəliklərin  yaranma səbəbidir. İmmunitet zəifdirsə orqanizm bakteriyalarla mübarizə apara bilmir, kiçik travma və ya stressə tab gətirə bilmir, toxumaların xroniki iltihabı tez-tez kəskinləşir. 

Zəifləmiş immun sisteminin əlamətləri

-xroniki yorğunluq,
-tez haldan düşmə,
-yuxululuq və ya əskinə yuxusuzluq,
-baş ağrıları,
-müxtəlif nahiyələrdə herpesin çıxması,
-tez-tez infeksion xəstəliklərə yoluxma,
-əzələ və oynaqlarda ağrılar,
-çoxsaylı xroniki xəstəliklər və onların ağırlaşması ola bilər.

Biz hamımız anadangəlmə  və  qazanılma  immunitetə  sahibik,  immuniteti  gücləndirmək  isə bizim öz əlimizdədir.
  
Bəs immuniteti gücləndirmək  üçün nə etməliyik?

-Vitamin və minerallar -A, B5, C, D,F,PP, Se, Zn,Mg, Ca, Fe,J
-Qidalanma - asan həzm olunan karbohidrat, şəkər və trans yağlardan azad, bitki və proteinlə zəngin qidalanma
-Bol maye qəbulu
-Probiotiklərin qəbulu
-Aktiv həyat tərzi
-Kontrast duş qəbulu

İmmuniteti gücləndirmək üçün xüsusi dieta, vitamin qəbulu, daimi fiziki aktivlik məsləhət görülsə də, bu məsləhətlər bəzən  kömək etmir. Orqanizmin daxilində olan somatik disfunksiyaları müalicə etmədikcə, bu tədbirlər yetərli olmaya bilər.   Bu işdə sizə osteopat həkimin müalicə taktikası kömək edə bilər.

Düzgün osteopatiyadan sonra orqanizmin daxili bərpa mexanizmləri heç bir dərmansız aktivləşir və orqanizmin müqaviməti artır.

Osteopat həkim immuniteti gücləndirməkdə sizə necə kömək edə bilər?

-orqanizmdə gərginlikləri aradan qaldırmaqla (hər bir gərgin, spazmlı və ağrılı toxuma qan dövranı pozulur, arteriyal qan xeyrli maddələri toxumaya çatdıra bilmir, ziyanlı iltihab mediatorları və toksiki maddələr isə toxumada toplanıb qalır, nəticədə yerli immunitet pozulur)

-Limfa dövranı aktivləşdiyi üçün immun hüceyrələri orqanizmin bütün nahiyələrinə rahatlıqla ötürülə bilir;

-Stress vəziyyətindən xilas etməklə - stress vəziyyətində olan insanlarda osteopatiyadan sonra  immun sisteminin göstəriciləri artır.

 İmmun sisteminin gücünü göstəricisi İgA -dır.

Orqanizmin vacib antitellərindən olan İgA selikli qişalarda yerləşir və orqanizmi zərərli bakteriyalar, virus və mikroblardan qoruyur. Müasir tədqiqatlar İg A nın stress vəziyyətində azaldığını sübut etmişdir.

Osteopatiya immun sistemini necə aktivləşdirir

İmmun sisteminin gücləndirmək üçün osteopat həkimin arsenalında yüzlərlə texnika vardır. Bu osteopatiya proseduralardan  lifodrenaj texnikaları immun sisteminin gücləndirilməsində çox effektlidir. Bunun üçün pasientə cəmi 40 dəqiqə vaxt lazımdır, 40 dəqiqədən sonra pasientdə yorğunluq və halsızlıq azalmış, əzələ və oynaq ağrıları keçmiş olacaq, özünü gümrah və enerji dolu hiss edəcəkdir. Həftədə bir dəfə təkraralanan osteopatiya proseduruası ilə sizi güclü immunitetinizi təmin edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az