hamilələrdə dəmir defisitli anemiya

Hamilələrdə dəmir defisitli anemiya

3738
Müəllif: Mama-ginekoloq Aygün Ağayeva

Paylaşıldı: 28.08.2018
HekimTap Pro

Hamilələrdə dəmir defisitli anemiya nədir – ümumi məlumat

Dəmir defisitli anemiya gələcək analar arasında kifayət qədər yayılmış xəstəlikdir. Bu defisitin hamilə qadınlar arasında rastgəlmə tezliyi 15-80% arasında dəyişir. Özü də hamiləliyin sonuna yaxın bu patologiya demək olar ki, bütün qadınlarda müşahidə olunur. Anemiyanın xüsusiyyəti onun gizli gedişata malik olmasıdır.

Hamiləlik dövründə orqanizmin dəmirə olan tələbatı artır. Dəmir oksigeni bütün orqanizmə daşıyan hemoqlobinin yaranması üçün zəruri bir elementdir. Hamilə qadının orqanizmində qanın miqdarı təqribən 50% artır və buna görə də artıq qan üçün əlavə dəmir tələb olunur. Bundan başqa, əlavə dəmir böyüyən uşaq və cift üçün zəruridir.

 Təəssüf ki, qadınlar orqanizmin dəmirə aran tələbatını nəzərə almayıb, hamilə qalır, bu isə artıq ikinci trimestrdən etibarən özünü büruzə verir. Qadınlar, əsasən, məhz bu dövrdən başlayaraq, əzgin olamağa başlayırlar ki, bu da onların orqanizmində lazımi miqadarda hemoqlobin yaratmaq üçün dəmirin çatışmazlığından xəbər verir.

Hamilələrdə dəmir defisitli anemiyanın yaranma səbəbləri

  • Qadında tez-tez qusmaya səbəb olan, erkən, ciddi taksikozun yaranması;
  • Hamiləliklər arasında müddətin qısa olması;
  • Hamiləliyin çoxdöllü olması;
  • Gələcək ananın qidası dəmir tərkibli qidalarla zəngin olmaması;
  • Hamiləliyə qədər qadının ağrılı menstruasiyalardan əziyyət çəkməsi.

Məhz bu səbəblərdən sutkalıq tələb olunan dəmirin miqdarı 18 mq-dan 27 mq-dək qalxır. Dəmiri belə çox miqdarda yalnız qida vasitəsilə almaq çətin olduğundan mama-ginekoloqlar hamilələrdə dəmir defisiti zamanı günə 30 mq dəmir tərkibli qida əlavələrdən istifadə etməyi məsləhət görürlər. Hamilələr üçün nəzərdə tutulmuş bir çox vitaminlərin tərkibində kifayət qədər dəmir var və əgər siz belə vitaminlər qəbul edirsinizsə, qida əlavələrinə ehtiyac yoxdur.

Hamilələrdə dəmir defisitli anemiyanın diaqnostikası

Perenetal müəssisəyə ilk müraciətiniz zamanı sizə mütləq qan analizi təyin edəcəklər. Həkim bunun sayəsində dəmir defisitinin olub-olmadığını müəyyənləşdirəcək. Analizin göstəricilərindən biri qan plazmasında eritrositlərin faizi haqda bilgi verir. Daha bir göstərici əsasında qanda hemoqlobinin miqdarı (qramla) ölçülür.

Hamiləliyin əvvəlində anemiya aşkar olunmasa belə, bu, hamiləliyin irəliləməsi dövründə inkişaf edə bilər, ona görə də siz ikinci trimestrin əvvəlində daha bir qan analizi verməli olacaqsınız. Normada hamiləliyin ikinci yarısında hemoqlobin və eretrositlərin səviyyəsi bir qədər aşağı düşür, lakin qəfil və yüksək dərəcədə enmə müşahidə olunarsa, bu, təhlükədən xəbər verir.

Hamilələrdə dəmir defisitli anemiyanın əlamətləri

Əksər hallarda dəmir defisitli anemiya özünü aşağıdakı əlamətlərlə büruzə verir:

  • Yorğunluq və ümumi zəiflik hissi;
  • Dəri örtüyünün avazıması, xüsusən də dodaq və aşağı göz qapaqlarının, həmçinin dırnaqların rəngsizləşməsi;
  • Ürək döyünməsinin artması, təngənəfəslik;
  • Baş ağrısı, başgicəllənməsi;
  • Qıcıqlılıq, diqqət pozuntusu.

Bundan başqa, bəzi tədqiqatların nəticəsində məlum olub ki, dəmir defisitli anemiya yaşayan hamilə qadınlar qeyri-ərzaq məhsullarına, məsələn, buz, kağız və ya gil yeməyə meyilli olurlar. Belə hallar müşahidə edilərsə, dərhal həkimə müraciət edin.

Hamilələrdə dəmir defisitli anemiyanın müalicəsi

Əgər qan analizi dəmir defisitli anemiya aşkara çıxararsa, mama-ginekoloq sizə dəmir preparatları təyin edəcək. Doza anemiyanın ağırlıq dərəcəsindən asılı olub, gündəlik miqdarı, çox güman ki, 60-120 mq arasında dəyişəcək. Həkimin göstərişlərinə əməl edin və heç vaxt normadan artıq dəmir qəbul etməyin.

Preparatlardan maksimum dəmir almaq üçün onları səhər saatlarında acqarına qəbul etməyi tövsiyə edirlər. Dərmanlar su və ya portağal şirəsi ilə qəbul olunur (C vitamini dəmirin orqanizmə sovrulmasına kömək edir). Dərman qəbulu üçün kofe və ya çaydan istifadə etmək məsləhət deyil.  

Müalicə başlandıqdan bir həftə sonra pasiyentin orqanizmində yeni eretrositlərin əmələ gəlməsi başlayır (çox miqdarda) və hemoqlobinin səviyyəsi qalxır. Adətən, anemiyanın müalicəsi cəmi bir neçə ay davam edir, amma ola bilər ki, həkiminiz bu müddəti bir qədər uzatsın (orqanizmin dəmirlə tam təchiz olunması üçün).


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az