Göbək yırtığı
Göbək yırtığı qarın əzələlərinin və birləşdirici toxumanın qüsurdur ki, bunlar ya anadan gəlmə göbək ətrafında düzgün şəkildə birləşmirlər yada sonradan siqaret çəkilməsi , öskürək, qəbizlik, mütamadi ağırlıq qaldırma, piylənmə, qarın boşluğunda çox miqdarda sərbəst maye olması( qaraciyər sirrozu xəstələrində), hamiləlik kimi səbəblərlə qarın boşluğu daxili təyziqin artması nəticəsində qazanılmış ola bilər. Bu zaman göbək nahiyyəsində şişlik müşahidə edilir. Şişkinliyin ölçüsü xəstə uzandıqda kiçilir, ayağa alxdıqda (uşaqlar ağladıqda) böyüyür. Əllə toxunduqda bəzən içində maye, bəzən qaz curultusu, bəzən yumşaq, bəzəndə çox sərt olduğu hiss edillə bilər. Şişkinliyin səbəbi əzələ və birləşdirici toxumada olan qüsurun böyüyərək dəlik şəklini alması və bu dəlikdən piy və bağırsaqların keçərək dəri altında kisə formasını almasındadır. Yırtıq ilkin dövrlərdə üzərin təyziq edilərkən geriyə qayıdır, və kiçilir. Bu mərhələdə xəstələrin şikayyəti sadəcə şişkinlikdən olur. Əgər xəstə əməliyyat olunmazsa zaman keçdikcə şişkinlik nahiyyəsində ağrılar olur. Bu ağrılar yırtıq kisəsi ilə yıtıq möhtəviyatı arasında iltihabi proses nəticəsində meydana gələn bitişmələrlə əlaqədardır. Əməliyyat olunmayan xəstələrdə proses daha da dərinləşərək yırtığın boğulmasına səbəb olur. Yırtığın boğulması zamanı yırtıq möhtəviyyatı bağırsaq olarsa, bir müddət sonra boğulmuş bağırsaq qanqrena olaraq deşilir və irinləməyə səbəb olur. Bu mərhələdə də əməliyyat olmayan xəstə ölümə məhkum edildi.
Bəs göbək yırtığı olduqda nə etməli?
Göbək yıtığı və digər yırtıqlar həkim tərəfindən müayinə olunaraq yırtığın hansı mərhələdə olduğu təyin edilməlidir. Uşaqlarda bitişmə və boğulma yoxdursa 5 yaşına qədər yırtıq defekti öz özünə sağala bilər. 5 yaşına qədər düzəlməyən yırtıqların müaslicəsi cərrahi üsulla edilir. Yetkin xəstələrdə şikayət verməyən çox kiçik yırtıqlar mütamadi izlənilir, əgər yırtığın ölçüsü artar və ağrı meydana gələrsə bu yırtıq mütləq cərrahi olaraq bərpa ediməlidir. Cərrahi bərpa açıq və qapalı üsulla edilə bilər. Yırtığın bərpası üçün nəzərdə tutulan xüsusi yamaq materiallları var. Bu tor şəklinədə olub xüsusi materialdan hazırlanır. Süni və ya heyvan toxumasından hazırlanan yamaq materialları olur. Yamaq materiallarının istifadəsi yırtığın təkrarlanmasının qarşısını alır. Bütün bunları nəzərə alaraq yırtıq xəstələrinə mütləq həkim nəzarətində olmaqları tövsiyyə edilir. Sağlam olun Opr. Dr. Bəhruz Səlimov