uşaqlarda febril qıcolmalar

Uşaqlarda febril qıcolmalar

5250
Müəllif: Uşaq nevroloqu

Paylaşıldı: 27.06.2018
Nevroloq HT

Febril qıcolmalar nədir?

Febril qıcolmalar Mərkəzi sinir sisteminin infeksiyası olmadan digər qızdırmalı xəstəliklərdə ortaya çıxan tutmalardır.Uşaqlarda ən çox rast gəlinən qıcolmalardandır.

Hansı xəstəliklər fonunda meydana gəlir?

Yuxarı tənəffüs yollarının,orta qulagın  iltihabı,Roseola(Məxmərək) infension xəstəliyi zamanı və s. xəstəliklərdə.

Uşaqlarda nə zaman görülür?

Uşaqlarda 9 ay- 5 yaş arası görülə bilər.Daha çox isə 14-18 ay arası ortaya çıxır.

Hansı növləri vardır?

Sadə və mürəkkəb növü var.Sadə növ temperatur 38 dərəcəni kecdiyi zaman meydana çıxır,özündən sonra nevroloji defisit qoymur,tutmanın davametmə müddəti bir neçə saniyədən 10 dəqiqəyə qədər davam edir.

Mürəkkəb tip tutmalar daha çox 9 aydan kiçik 5 yaşdan böyük uşaqlarda ortaya çıxır,özündən sonra nevroloji defisit qoyur,tutmanın davam etmə müddəti 15 dəqiqədən çox olur.

Febril qıcolmaların Diaqnostikası

Diaqnostikası Elektroensefaloqrafiya və klinikaya əsasan qoyulur.

Febril qıcolmaların Müalicəsi 

Febril qıcolmaların müalicəsi var.Son zamanlar sadə tutmalarda intermintant müalicə tədbiq olunur.Yəni qizdirmalı xəstəlik fonunda antikonvulsant təyin olunur.Sagalma baş verdikdən sonra dərman istifadəsi kəsilir.

Lakin mürəkkəb tutmalarda epilepsiya əmələ gəlmə riski 5-20% oldugu üçün arakəsilmədən dərman terapiyası verilir.


Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az