Diz oynağında ağrılar
Diz oynağı insan orqanizmində olan ən böyük oynaqdır. Formaca blokvari olub quruluşca mürəkkəb oynaqdır. Bu oynaqda bükmə/açma və rotasion(fırlanma) hərəkətləri mümkündür .Diz oynağı hər gün çoxsaylı yüklənmələrə məruz qalır. Bu yüklənmələr zaman keçdikcə diz oynağının aşılanmasına, yeyilməsinə-tibbi dildə degenerativ dəyişikliyə gətirib çıxarır. Həmçinin diz oynağının travmalara çox həssas olmasını nəzərə alsaq, bu oynaqda ağrıların tez-tez olması təəccüblü deyil.
Diz oynağında olan ağrıların səbəbləri:
Diz oynağında olan ağrıların səbəbləri çoxsaylıdır. Bununla belə, bu səbələri iki əsas qrupa ayırmaq olar-posttravmatik ağrılar və degenerativ dəyişikliklər nəticəsində yaranan ağrılar
Diz oynağının travması çox vaxt fiziki aktiv cavan şəxslərdə, əsasən idman məşqləri zamanı əmələ gəlir. Menisk zədələnmələri, ön çarpaz bağ zədələnmələri, diz oynağını əmələ gətirən qığırdaqların zədələnməsi postravmatik ağrıların əsas səbəbləridir
Degenerativ dəyişikliklər yaşlı və ahıl şəxslər üçün xarakterikdir. Lakin cavan insanlarda anandangəlmə inkişaf anomaliyaları olduğu kimi yaşlı şəxslərdə də yumşaq toxuma strukturlarının travmatik zədələnmələri baş verə bilər.
İltihabi proseslər Diz oyağının sümük-qığırdaq və yumşaq toxuma strukturlarının septiki və aseptik iltihabı nəticsində yaranan patoloji halların əmələ gətirdiyi ağrılar. Müxtəlif etiologiyalı artritlər, bursit, tendinin, sinovit, osteomielit diz oynağında ağrılara səbəb olan patoloji vəziyyətlərdir.
Diz oynağında olan ağrıların növləri:
Diz oynağında ağrı kəskin başlaya və ya xronik xarakter ala bilər:
Ağrıların lokalizasiyası:
Diaqnostika:
Diaqnozun qoyulması üçün xəstə vaxtında mütəxəssis həkimə müraciət etməlidir. İlkin etapda həkim tərəfindən klinik müayinə aparılırdir. Ətraflı anamnez toplanılır, fiziki müayinədən keçirir, lazımi müayinələr təyin ounur. İnstrumental müayinələrdən rentgenoqrafiya, ultrasəs müayinəsi, diz oynağının MRT müayinəsi mühüm diaqnostik əhəmiyyət kəsb edir. Laborator müayinələr diz oynağında əksər xəstəliklərin dəqiqləşmiş diaqnozunun qoyulmasında yardımçı olur
Diz oynağı ağrılarının müalicəsi:
Diz oynağının ağrılarının müalicə taktikası ağrının səbəindən asılıdır. Müalicə konservati və ya operativ olmaqla aparılır. Konservativ müalicə metodlarına aiddir:
Konservativ müalicənin effektiv olmadığı hallarda cərrahi müalicə tətbiq edilir. Müasir ortopedik cərrahiyyədə diz oynağının əksər əməliyyatları artroskopik olaraq həyata keçirilir.
Minimal invaziv metod olan artroskopiyanın tətbiqi ənənəvi açıq əməliyyatlardan fərqli olaraq əməliyyatdan sonrakı reabilitasiya prosesini sürətləndirir, ağırlaşma faizini nəzərə çarpan dərəcədə aşağı salır, kosmetik olaraq daha az travmatik hesab olunur. Ağır və böyük dərəcəli artrozlarda vacib və əvəzedilməz cərrahiyə metodu oynag artroplastikasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az