Dilaltı qədəh

Dilaltı qədəh

7747
Müəllif: Loqoped Aydan Mehdiyeva, Əlaqə: 055 365-10-20

Paylaşıldı: 16.04.2020
İnci Psixoloji Reabilitasiya Mərkəzi

DİLALTI QƏDƏH (PƏRDƏ)

Uşaqlarda görülən xəstəliklərdən biri də dilaltı qədəh (pərdə) problemidir. Dilaltı qədəh çox qısa olan körpələr dillərini ağız içərisində çox rahat çevirə bilməz, əmməkdə çətinlik yaşaya bilərlər. Dillərini rahatca çölə çıxara bilməzlər. Böyüyəndə danışarkən hərfləri fərqli tələffüz edə bilərlər. Dil pərdəsi çox qısa olan körpələrdə şübhəsiz uşaq cərrahının fikri alınmalıdır. Lazımlı görülsə, cərrahi müdaxilə ilə dilaltı pərdənin qısalığı düzəldilməlidir. Problem, damaq ilə dil arasında olan bağın qalın və ya qısa olmasından qaynaqlanır. Problemlə bağlı olaraq dil hərəkətləri məhdudlaşdırılır. Bu hal problemi yaşayan uşağın danışmasına və qidalanmasına mənfi təsir edir. Lakin bu problem ümumiyyətlə ciddi bir problemə gətirib çıxarmaz. Uşaqların bir hissəsinə cərrahi müdaxilə lazım ola bilər.

Uşaqda dilaltı qədəh olub-olmadığı necə aydın olar?

Bunu bilməyin ən asan yolu dil pərdəsinin alt dodaq xəttini keçib keçmədiyinə baxmaqdır. Uşağınıza dondurma və ya lollipop növü şəkəri yalatmağa çalışın. Uşağın dili ağzının içərisində kifayət qədər hərəkətli deyilsə yeməklərin artıqları tam olaraq təmizlənməz, bu səbəbdən dişləri də qoruya bilməz. Ayrıca ağız qoxusuna və diş çürüməsinə səbəb ola bilər.

Dilaltı qədəh olan uşaq nə vaxt əməliyyat olunmalıdır?

Uşaqda dilaltı pərdə çox qısadırsa cərrahı olaraq müdaxilə edilməlidir. Əmmə funksiyasında bir problem yoxdursa iki yaşa qədər gözlənilməlidir.Körpənin bəslənməsində problem yoxdursa iki yaş ətrafında çıxış funksiyası qiymətləndirilməlidir. Danışmasına təsir edəcək dərəcədə problem varsa, hərfləri çıxarmaqda çətinlik çəkirsə dil pərdəsi kəsilir. Dilaltı qədəh cərrahiyyəsi, lokal anesteziya ilə edilən asan bir əməliyyatdır. Uşaq daha böyükdürsə ümumi anesteziya ilə etmək daha yaxşı olar. Bu mövzuda mütəxəssislərin ailələrə tövsiyəsi budur:

Uşağınızda nitq pozulması varsa əvvəlcə eşitmə funksiyası qiymətləndirilməlidir. Yaxşı eşitmirsə yaxşı danışa bilməz. Çox ailə dilaltı qədəh kəsildikdən sonra danışmayan uşağın danışmağa başlayacağını düşünür. Bu səhv fikirdir. Çünki dilaltı qədəh yalnız bəzi hərflərin düzgün çıxmasını mane olar. Nitq pozğunluğunun səbəbi başqa nələrsə ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az