demodekoz

Demodekoz

1948
Müəllif: Dr. Dermatoloq - Kosmetoloq Vüsalə Aşirova

Paylaşıldı: 10.11.2019
Dr. OFF Tibb Mərkəzi

Birinci dəfə  150 ​​il əvvəl izah edilmiş Demodex gənələri təbiətdə geniş yayıldığı üçün həkimlər üçün hələ də maraq doğurur.
Demodex spp. gənələri  üzün dərisində və saç follikullarında yaşayan parazitlərdir. Hal-hazırda, Demodex gənələri  143 növ təsvir edilmişdir, hansılar ki həm insanlarda həm də heyvanlarda  geniş yayılır. 

İnsanlarda gənələrin 2 əsas növü olur:

✓ uzadılmış növ   - Demodex folliculorum longus (Demodex folliculorum)
saç follikullarında, kirpiklər və qaşlar da daxil olmaqla yaşayırlar
✓ qısaldılmış növ - Demodex follikulorum brevis (Demodex brevis) əsasən dərinin yağ vezlərin kanallarında yaşayırlar.

- Bu mikroskopik gənələr  sağlam insanların  dərisində tez-tez aşkar edilir, buna görə də onlar insan saprofitlərinə aiddilər.
- Demodex spp.  yaşdan aslı olmayraq bütün insanlarda aşkar olunur 
və D.brevisin yaş artıqca daha tez-tez  aşkarlanması artır , amma D.folliculorum sayı, demək olar ki dəyişməz qalır. Uşaqlarda daha az dərəcədə aşkar edilmərsi, onlarda dəri piyinn  istehsalının xeyli az olması ilə əlaqədardır.

ŞİKAYƏTLƏR VƏ KLINİKA

- üz dərisində və qaş nayəsində qaşınma hissi
- genişlənmiş məsamələr və iltihablı elementləri
- dərinin yağlanması artımı
- dərinin soyulması və qızarması 

Demodex gənələr dəridə hər hansı bir iltihabı prosesin  gedişatını ağırlaşdırır və ikinci floranın fəaliyyətini artırır.

Aşağıdakı dəri xəstəliklərdə Demodekoz müşayyət olur:
✓ Sızanaqlar və Rozasea
✓ Demodekoz follikulit
 ✓Seboreyalı dermatit  və perioral dermatit

Müalicə

Bu xəstəliklərin müalicəsində çətinliklərdən biri də odur ki , müalicə üçün istifadə edilən klassik dərmanlar həmişə istənilən effekti vermir.
Müalicə əsasən mərhələli olur:
Mərhələ 1: Baxım prosedurlari və profilaktika
Mərhələ 2: Yerli terapiya (Antibakterial, Takrolimus, Glukokortikosteroidlər)
Mərhələ 3: Sistemli terapiya (Antibiotiklər, Antiprotozoi dərmanlar, Retinoidlər)