degenerativ disk xəstəlikləri

Degenerativ disk xəstəlikləri: qabarma, protruziya, yırtıq

87675
Müəllif: Osteopat Elfanə Süleymanova , (+994) 50 302-82-56

Paylaşıldı: 05.11.2017
Elfanə Süleymanova

Degenerativ disk xəstəlikləri: qabarma (bulging), protruziya, yırtıq (qrıja)

Disk degenerasiyası yaşlanmanın təbii bir hissəsidir. Baxmayaraq ki, hamıda simptomlar olmur, lakin zaman keçdikcə hər kəs az və ya çox dərəcədə fəqərəarası disklərində degenerasiya ilə rastlaşır. Fəqərəarası disk degenerasiyası təbİətinə və ağırlığına görə kifayət qədər müxtəlif olur.

Degenerativ disk xəstəliyi nədir?

Degenerativ disk xəstəliyi boyun və bel ağrılarının ən əsas səbəblərindən biridir. Degenerativ disk xəstəliyi diaqnozu bir çox xəstələr üçün siqnaldır, çünki bu xəstəlik getdikcə proqressivləşən və ağır bir xəstəlikdir. Bir çoxları “degenerativ “ terminini  yaşa artdıqca simptomlar daha da pisləşəcək kimi başa düşürlər. Baxmayaraq ki bu termin simptomları, daha çox diskdə zamanla yaranan degenerasiya prosesini təsvir edir.

İntervertebral disk nədir?

İntervertebral diklər fəqərəarası sümükər arasında yerləşən qığırdaq toxuma olub onurğamızın elastikliyini təmin edir. Disklər fəqərələr arasında boşluqlar yaradaraq onurğanın hərəkətli olmasına şərait yaradırlar. Yaş ilərilədikcə bu boşluqlar daralır və onurğanın əsnəkliyi, elastikliyi də azalmış olur. Diskin ortasında yerləşən gelə bənzər strukturuna pulpoz nüvə, qalın və güclü liflərdən yaranmış xarici hissəsinə anulus fibrozis adı verilib. Disklər eyni zamanda onurğanın təbii əyriliklərini də dəstəkləyirlər.

Disklərdə degenerasiya necə yaranır?

İnsanlar yaşlandıqca disklərin strukturu dəyişir. Maye tərkibi azalır və həcmi kiçilir. Sağlam insanarda belə yaşla əlaqədar disklərdə yırtılma, turqorun azalması, deformasiya, pulpoz nüvənin daşması, həcminin kiçilməsi ilə əlaqəli fəqərəarası yarıqların daralması baş verir. İnsanın xəbəri olaraqdan və ya bilmədən əvvəllər keçirtdiyi bu travmalar disklərdə degenerasiya prosesini sürətləndirir. Əlavə olaraq peşə travmaları, duruş pozğunluqları və genetik faktorlar bu müddəti qısaldır.

İntervertebral diskdə degenerasiya başlayarsa nə olar?

Fəqərəarası disklərdə degenerasiya olduqca ( aşınma, yeyilmə, kövrəkləşmə) onurğada osteoartirit (kirəcləşmə) əmələ gəlir. Osteoartirit, sümüklərdə osteofit adı verilən yeni sümük əmələgəlməsinə deyilir  və bunun ətraf yumşaq toxuma və sinirləri sıxması nəticəsində ağrı əmələ gəlir. Osteoartirit ağrlıq düşən bütün oynaqlarda rast gəlinə bilər. Oseoartiritin əmələ gəlməsi ilə diskdə degenerasiya daha da sürətlənir. Onurğanın ön və arxa qrup oynaqlarına təzyiq artır. Ön oynaqlar disklər, arxa oynaqlar faset oynaqlarıdır.

Degenerasiyaya uğramış diskin yırtılma riski yüksəkdir. Diskin degenerasiyası ilə yanaşı osteoartiritin də əmələ gəlməsi onurğa kanalının daralmasına səbəb olur. Spinal kanalın daralması boyun və döş nahiyyəsində onurğa meyesi və sinirlərə, bel nahiyəsində isə sinirlərə təzyiq göstərir.

Degenerativ disk xəstəliyinin əlamətləri:

Degenerativ disk xəstəliyi hansı nahiyədə olmasına görə əlamətləri müxtəlif olar. Boyunun degenerativ disk xəstəliyi zamanı boyun ağrısı, boyun tutulması, döş fəqərələrinin degenerativ disk xəstəliyi zamanı kürək ağrısı, bel fəaqərələrinin degenerativ xəstəliyi zamanı isə bel ağrısı olur. Bəzən sinirin sıxılması ilə əlaqəli olaraq yuxarı və aşağı ətraflara  yayılan ağrılar ola bilər. Hətta ağrı əllərə və ayaqlara qədər yayıla bilir. Ayrıca olaraq ətraflarda uyuşma, keyləşmə, qarışqagəzmə, yanma, güc itkisi kimi əlamətlər də ola bilər. Bəzi vəziyyətlər və hərəkətlər ağrıyı azalda və ya artıra bilər. Boyunda degenerasiya problemi varsa başgicəllənmə, psixoloji narahatlıq, görmə problemi kimi əlamətlər mümkündür. Çox gecikmiş boyun (servikal) degenerasiya servikal mielopatiyaya gətirib çıxara bilər.

Degenerativ disk xəstəliyinin növləri:

Degenerativ disk xəstəliyi onurğanın bütün seqmentlərində rast gəlinə bilər. Lakin boyun və bel nahiyəsində daha çox rast gəlinir. Lakin döş hissədə (torokal) də görülməsi nadir deyildir. Bəzən bütün onurğa boyu müşahidə edilir.

Fəqərəarası disk qabarması nədir?

Fəqərələr arasında yerləşmiş disklər hərəkəti təmin edirlər. Disk qabarması zəifləmiş və kövrəkləşmiş diskin şişməsi, normal yeriləşdiyi yerindən çixmasıdır. Adətən bu proses yavaş-yavaş və uzun zaman müddətində baş verir.

Fəqərəarası disk protruziyası və yırtığı nədir?

Fəqərəarsı disk protruziyası degenerativ disk xəstəlikləri zamanı çox rast gəlinir. Zəifləmiş, zədələnmiş diskdə anulus fibrozisin-xarici qatıının gərilməsi, pulpoz nüvənin bir tərəfə doğru axması nəticəsində yaranır. Fəqərəarası disk yırtığı zamanı isə mərkəzdə yerləşmiş pulpoz nüvə bir tərəfə doğru axaraq yerini dəyişir, eyni zamanda xarici qat- fibroz həlqə yırtılmış olur. Fəqərəarası disk protruziyası ilə yrtığının fərqi fibroz həlqənin yırtılmasındadır.

Protruziya və yırtığın əlamətləri

Protruziya və yırtıq yerləşdiyi nahiyədən asılı olaraq simptomlar müxtəlif olur. Məsələn, boyun fəqərəarası disk protruziya və ya yırtığı zamanı boyun ağrısı, qola yayılan ağrılar, uyuşma və keyləşmə, gücsüzlük əlamətləri, bel fəqərəarası disk protruziyası və yırtığı zamanı isə bel ağrısı, ayaqlara yayılan ağrı, uyuşma və keylik, gücsüzlük simptomları müşahidə edilir.

Degenerativ disk xəstəliyinin diaqnostikası:

İlkin dövr dəyişiklikləri komputer tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiyası (MRT) müayinələri daha yaxşı aşkarlayır. Çox zaman yaxşı toplanmış anamnez vı xəstənın fizikal müayinəsi yetərli olur. Düz rentgen görüntüləri çox pasiyentdə diaqnoz üçün kifayətdir. Xəstəliyin gedişatına görə əlavə olaraq xəstədən KT və ya MRT müayinələri tələb edilə bilər. Sinir sıxışmalarını aşkar etmək üçün EMQ ( Elektromioqrafiya) müayinəsi, şiş və infeksion patologiyalar üçün sintiqrafiya müayinəsi daha informativdir.

Degenerativ disk xəstəliyinin müalicəsi

Müalicəyə erkən, vaxtında başlamaq vacibdir. Dərmanlar, fiziki aktivlik, peşə uyğunlaşması, çəki azaldılması çox önəmlidir. Mütləq şəkildə müntəzəm dbədən tərbiyəsi ilə məşğul olunmalıdır.Fizioterapiya prosedurları kömək edə bilər. Nadir hallarda cərrahi müdaxiləyə ehtiyac duyulur.

Degenerativ disk xəstəliklərinin; disk  qabarmaları, protruziya və yırtıqlarının PROLOTERAPİYA ilə müalicəsi

Proloterapiya qeyri-cərrahi müalicə metodu olub, degenerativ disk xəstəliklərinin müalicəsində effektiv istifadə edilir. Proloterapiya orqanizmin özü-özünü yeniləməsinə, bərpa etməsinə- proliferasiyaya əsaslanır.  İynə ilə onurğanın zədələnmiş nahiyəsində oynaq, bağ və toxumalara hipertonik şəkərli məhlul yeridilərək həmin nahiyədə sağalma prosesini sürətləndirərək zədəli toxumaları bərpa edir. Nəticədə onurğanın oynaq, bağ apparatı sağalır, daha güclü olur. Proloterapiya əməliyyata alternativ müalicə növüdür. Əmliyyatsız onurğanın degenerativ xəstəliklərinin, eləcə də disk qabarma, protruziya, və yırtıqlarının müalicəsi deməkdir. Proloterapiya hətta onurğasında eməliyyat aparılmış, lakin əməliyyatdan sonra da ağrıları keçməyən xəstələr üçün də ideal bir müalicəsdir.

Müalicə müddəti xəstəliyin ağırlığından asılı olaraq 3-6 seans təşkil edir. Hər seans 25-40 dəqiqə zaman tələb edir. Prosedurdan sonra xəstə dərhal normal həyatına dönə bilir. Proloterapiya ölkəmizdə ilk kəz mənim tərəfimdən 2014-cü ildən tətbiq edilməsinə baxmayaraq, Amerikada 1940-cı illərdən, Türkiyədə isə 2008-ci ildən bəri müvəffəqiyyətlə istifadə edilir.

Proloterapiyanın 3 növü vardır:
 - Hipertonik məhlul ilə
 - Trombositlərlə zəngin plazma (PRP) ilə
 - Kök hüceyrələr ilə

Proloterapiya ilə nəinki onurğa xəstəlikləri, eləcə də diz, çanaq oynağı artrozu, burxulmaları, əzələ ağrıları, fibromialgiyaları, karpal tunel sindromu, Kubital sindrom, tenisçi dirsəyi, pubis simphysis ağrıları və. s kimi xəstəliklərin müalicəsində də müvəffəqiyyətlə istifadə edilir.

Proloterapiya etdirmədən əməliyyat qərarı almayın!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.