Daban mahmızının müalicəsi

Daban mahmızı

3228
Müəllif: T.E.N. Ortoped-travmatoloq Altay Cəfərov, (+994) 50 213-90-98

Paylaşıldı: 30.04.2020
Altay Cәfәrov

Daban mahmızı 

 Картинки по запросу "пяточная шпора"Daban mahmızı pəncə aponevrozu-ayaqaltı bağın xronik mikrotravması nəticəsindı əmələ gələn patoloji haldır. Bu zaman daban sümüyündən tikana bənzər itikənarlı çıxıntı əmələ gəlir. Xəstəliyin simptomları:

  • Dabana “mismar batması” hissiyyatı. Bu hissiyyat dabana dayaq verdikdə, sonralar hətta sakit halda artır.
  • Yataqdan qalxdiqdan sonra və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra başlayan “Start ağrısı” sindromu
  • Dabanı yükdən azad etmək məqsədilə bədən ağırlığının pəncənin önhissəsinə salınması iə əlaqədar yerişindəyişilməsi.

 

Daban mahmızının səbəbləri:

Daban mahmızının yaranmasına səbəb olan faktorlar:

  • Yastıpəncəlik, daban nahiyəsinə yüksək ağırlıq düşür
  • İntensiv məşqlər
  • Travmalar və onların ağırlaşmaları
  • Artıq çəki
  • Orqan və sistemmlərin patologiyaları (revmatizm, podaqra, damar mənşəli pozuqluqlar)
  • Yaşla bağlı dəyişikliklər 

Daban mahmızının diaqnostikası:

Xəstəliyin diaqnozu ortoped-travamtoloq tərəfindən baxış, anamnestik məlumatlara və fiziki müayinələrə əsasən qoyulur. Rentgenoloji və ultrasəs müayinələr diaqnozu təsdiqləməyə kömək edir. Bexterev xəstəliyi. Revmatoid artrit və Reyter sindromunu inkar etmək üçün əlavə müayinələr aparılır. 

 

Daban mahmızının müalicəsi:

Daban mahmızının terapiyasında aşağıdakı metodlardan istifadə edilir:

  • Yerli kortikosteroidlər
  • Ayaqlar üçün ilıq və mineral vannalar
  • Ortopedik ayaqqabı içliklərinin istifadəsi
  • Massaj 
  • Ultrasəslə müalicə
  • Rentgenoterapiya
  • Müalicəvi bədən tərbiyəsi
  • QSİƏP lə müalicə 
  • Operativ cərrahi müdaxilə 
  • Palçıq applikasiyaları  
  • Ən effektiv müalicə metodlarından biri zərbə dalğa terapiyasıdır. Bu zaman xüsusi tezlikli akustik dalğaların köməyi ilə daban mahmızı nahiyəsində qan dövranı yaxşılaşmaqla ağrılar azalır, iltihab sovrulur, sümük çıxıntılar tədricən əriyərək xəstənin sağalmasına və həyat fəaliyyətinin yaxşılaşmasına gətirib çıxarır.

Картинки по запросу "пяточная шпора лечение ударно волновая терапия"

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az