dərinin irinli xəstəlikləri nədir

Dərinin irinli xəstəlikləri

16688
Müəllif: Dermatoveneroloq Surxay Allahverdiyev

Paylaşıldı: 08.05.2018
HekimTap Pro

Dərinin irinli xəstəlikləri nədir?

Dəri insan bədəninin ən böyük orqanı olub, daxili oraqanlarla xarici mühit arasında baryer xatakterini daşıyır. O, orqanizmi xarici mühitin zərərli təsirindən, mexaniki zədələnmə və günəş şüalarından qorumaqla yanaşı, termorequlyasiyanı həyata keçirir, həmçinin tənəffüs prosesində iştirak edir. Dərinin vəziyyəti insanın ümumi sağlamlığına, onun immuniteti və əhvalına da ciddi təsir göstərir. Dəri örtüyünü zədələyən xəstəliklər arasında ən geniş yayılmışı dərinin irinli xəstəlikləridir. Bütün dəri xəstəliklərinin 75%-i məhz irinli xəstəliklərin payına düşür.

Bu xəstəliklərin təhlükəsi ondan ibarətdir ki, vaxtında başlanmamış müalicə ağırlaşmalara, bu isə iş qabiliyyətinin qismən, nadir hallarda isə tamamilə itirilməsinə səbəb ola bilər. 

Dərinin irinli xəstəliklərinin formaları

Dərinin irinli xəstəliklərinin aşağıdakı formaları var:
Furunkul – bu tük follikulunun, piy vəzisinin və dərialtı ətraf toxumaların kəskin irinli-nekrotik  iltihabıdır.

Dolama – irinin falanqa nahiyəsində toplanmasıdır. Bu zaman xəstəliyin ümumi simptomları özünü büruzə verə bilər, laki əksər hallarda ciddi ifadə olunmur. Barmaq falanqalarının (daha çox proksimal) müayinəsində şişkinlik nahiyəsi, hiperemiyalar müəyyənləşdirilir.    

Furunkulyoz – bu, resediv gedişata malik bir neçə bir neçə furunkulun müxtəlif nahiyələrdə yerləşməsidir. Furunkulyoz zamanı xəstədə maddələr mübadiləsi pozuntusunu (şəkərli diabet, avitaminoz) aşkara çıxarmaq lazımdır. Müalicə immunoterapiya da daxil olmaqla, kompleks şəkildə aparılır.  

Karbunkul – bir neçə yaxın tük follikulunun və piy vəzilərinin kəskin yayılmış irinli-nekrotik iltihabıdır. Bu zaman dəri və dərialtı toxumanın irinli iltihab əlamətləri ilə nekrozu yaranır. Karbunkullar daha çox boyunun arxasında, kürəkarası nahiyədə yerləşir.    

Fleqmona – bu, huceyrə boşluqlarının məhdudlaşmayan yayılmış kəskin irinli iltihabıdır. Xəstəlik daha çox stafilokokk və istənilən digər irintörədici mikroflora tərəfindən yaranır. İnfeksiya toxumaya zədələnmiş dəri və selikli qişa vasitəsilə, müxtəlif inyeksiyalardan sonra, limfogen və hemotogen yolla, karbunkul və furunkulların onları əhatə edən toxumalara keçidi zamanı yaranır.         

Hidradenit – bu, tər vəzilərinin irinli iltihabıdır.  İnfeksiya gigiyena qaydalarına əməl etmədikdə və izafi tərləmə hallarında düşür.  

Qızıl yel – dəri və ya selikli qişanın kəskin seroz-eksudativ iltihabıdır. İnfeksiya xırda çatlardan və dəri üzərindəki zədələrdən düşür.    

Follikulit – tük follikulunun orta və dərin şöbələrinin zədələnməsidir. İrinli iltihabla nəticələnir. Follikulit bakterial, göbələk, virus, parazit etiologiyalı ola bilər.

Sikoz – qızılı stafilakokun törətdiyi irinli dəri xəstəliyidir. Sikozun inkişafının əsasında follikulların hissiyat qabiliyyətini dəyişən neyro-endokrin pozuntular dayanır. Sikoz üzdə saqqal və bığ nahiyəsini zədələyir.

Civzə – yağ vəzlərinin aktivliyindən qaynaqlanan, dəridən qabarıq şəkildə görülən, ara-sıra içi iltihablı ola bilən sızanaqlardır.  Üz, boyun, kürək və digər nahiyələrdə yerləşə bilər. Daha çox yeniyetməlik dövründə (12-18 yaş) rast gəlinir.

Dərinin irinli xəstəliklərinin əlamətləri

Belə patologiya zamanı iltihabi reaksiya yaranır ki, bu da ümumi və yerli dəyişikliklərə gətirib çıxarır.

Xəstəliyin ifadə olunma dərəcəsi iltihabi prosesə nə dərəcədə qoşulmasından və orqanizmin ümumi reaktivliyindən asılıdır.

Dərinin irinli xəstəlikləri özünü aşağıdakı əlamətlərlə büruzə verə bilər:
 – Bədən temperaturunun qalxması (bəzən febril qıcolmayadək);
 – İrin intoksikasiyası simptomları – baş ağrısı, zəiflik, əmək qabiliyyətinin pisləşməsi, apatiya, adinamiya, iştahanın pozulması, yuxululuq və ya əksinə yuxunun pozulması;
 – İltihab nahiyəsində ağrı;
 – İltihab nahiyəsində dəri örtüyünün hipermiyası.

Bütün bu simptomlar qeyri-spesefik olub, irinli-iltihabi dəri xəstəliklərinin istənilən klinik formasında müşahidə edilə bilər.

Bundan başqa, hər bir xəstəliyin spesifik əlamətləri qeyd olunur. Yerləşməsindən asılı olaraq, müəyyən nahiyələrdə patoloji prosesin dərəcəsini,  habelə ağırlaşma ehtimalını müəyyənləşdirmək mümkündür.

Dərinin irinli xəstəliklərinin müalicəsi

Yerli terapiya özündə konservativ və cərrahi metodları birləşdirir. Konservativ müalicə metodları xəstəliyin erkən mərhələlərində tətbiq olunur.  

Burada tərkibində antibiotik və mikrob əleyhinə maddələr olan mazların tətbiqi mütləqdir.

Əgər iltihabi prosess artıq irinləmə mərhələsində keçmişsə, bu zaman cərrahi müdaxilə göstərişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.