Botulinoterapiya

Botulinoterapiya

1601
Müəllif: Kosmetoloq Nüşabə Ağayeva, Əlaqə:055 808-14-10

Paylaşıldı: 24.11.2019
/papers/botulinoterapiya-44614?locale=az

Botulinoterapiya A tipli botulotoksinin inyeksiya şəklində əzələyə yeridilməsidir. Bu inyeksiya nəticəsində əzələlər boşalır və qırışlar hamarlanır. Preparatın yeridildiyi nahiyədə yeni qırışlar əmələ gəlmir. Əvvəllər botulotoksin terapevtik məqsədlərlə istifadə olunurdu. Zamanla hiperhidroz və qırışlarla mübarizəyə qarşı estetik botulinoterapiya inkişaf etdi. Hiperhidrozun müalicəsi zamanı botulotoksin qoltuq altı , əllərin içi və ayaqların altına vurulur.Botulotoksin mikro iynələr şəklində əzələyə, bəzən dəri altı vurulur. Botulinoterapiya üzdə,boyunda, dekoltedə olan qırışları aradan qaldırır. Ən çox korreksiya olunan qırışlar:

Botulinoterapiyaya göstərişlər:
Alın və qaşın ortasındakı qırışlar ( vertikal və horizontal qırışlar)
Burun belindəki qırışlar
Göz ətrafı qırışlar( qaz ayağı qırışlar)
Boyun gərginlikləri
Dodaq-çənə qırışı 
Ağız bucaqlarının düşməsi
Qeyri-kəskin üz ovalı
Üzün asimmetriyası
Burun ucunun düşməsi və enli burun qanadları
Hiperhidroz ( aşırı tərləmə)
Qaş hündürlüklərinin asimmetriyası

Botulinoterapiyaya əks göstərişlər:
Hamiləlik və laktasiya dövrü
Onkologiya
İnyeksiya yerində hər hansı iltihab əlaməti 
Qanın laxtalanmasının pozulması
Zülala qarşı allergiya
Prosedurun effekti 10-14 gün ərzində bilinir və individual olaraq 4-6 ay davam edir. 
Prosedur sonrası məsləhətlər:
Prosedurdan sonra ilk 3-4 saat vertikal vəziyyətdə qalmaq, 7-10 gün ərzində inyeksiya zonasını isitmək olmaz.( sauna, hamam, hovuz, günəş vannası qəbul etmək olmaz)
Fizioterapiya prosedurları etmək olmaz
İlk ay antibiotik və B qrup vitaminlərin qəbulunu dayandırmaq
Təkrar inyeksiya 6 aydan sonra aparılır, əgər 1.5-2 il ərzində requlyar olaraq botulinoterapiya edilərsə bu yeni mimik qırışların profilaktikası deməkdir.