Botoks inyeksiyaları

Botoks inyeksiyaları

1915
Müəllif: Həkim-Kosmetoloq Sevinc Fətaliyeva 070 500-15-60

Paylaşıldı: 03.11.2019
Sevinc Fətəliyeva

Botulotoksin preparatları sinir əzələ ötürməsini blok edən dərman maddələridir. Onlar Clostridium botulinum bakteriyalarından alınır və tərkubi A tipli neyrotoksindən və başqa zülallardan ibarətdir. 

Botulotoksin müalicəvi və kosmetoloji məqsədlərlə istifadə olunur. Kosmetologiyada mimiki qırışların hamarlanması məqsədi ilə, təbabətdə nevroliji xəstəliklərdə(uşaq beyin ifluci, əyriboyunluluq, insulrdan sonra) qolaltına, ovuc, pəncə,qasıq nahiyyəsinə artıq tərləməni müalicə məqsədi ilə istifadə olunur. 

Botoks inyeksiyalarınln məqsədi əzələləri boşaldaraq mimik qırışların qarşısını almaqdır. 

Botulotoksin tərkibli bir çox preparatlar vardlr. Məsələn: Botoks, Disport, BTXA, Botulax, Neyeanox, Kseomin və.s 

Botulotoksin əzələ yığılmasını yaradan sinir impulslarını blok edir. Nəticədə əzələlər uzun müddət boşalmış vəziyyətdə qalırlar. Vaxt keçdikcə impuls bərpa olunur. 

Preparat nazik iynə vasitəsi ilə qırış əmələ gətirən əzələyə vurulur. 

Botulotoksin aşağıdakı qırışlara vurulur:

  • Alın nahiyyəsi horizontal qırışlar
  • Qaş arası vertikal qırışlar
  • Göz ətrafında olan “qazayağı pəncəsi” qırışları

İnyeksiyanın effekti 24-72 saat sonra əmələ gəlir. 

Hiperhidrozun (artıq tərləmənin) müalucəsi zamanı botoks inyeksiyaları aşağıdakı nahiyyələrə vurulur. 

  • Qolaltı nahiyyə
  • Ovuclar
  • Pəncələr
  • Üz
  • Qasıq nahiyyəsi
  • Kürək 

Maksimal effekt inyeksiyadan 2həftə sonra yaranır. 

Prosedurun effekti mimiki əzələrin korreksiyası zamanı 4-6ay , hiperhidrozun müalicəsi zamanı 8-12ay davam edir. 

Prosedur 10-30 dəqiqə davam edir.