blefarit nədir yaranma səbələri

Blefarit

3573
Müəllif: Oftalmoloq Günel Muradova

Paylaşıldı: 17.07.2018
HekimTap Pro

Blefarit nədir?

Blefarit müalicəyə çətin  tabe olan göz qapaqlarının xroniki xəstəliyidir.

Anatomik olaraq blefariti aşağıdakı qruplara bölürlər:

  • Ön kənar blefarit – yalnız göz qapağının kirpik kənarını zədələyir.
  • Arxa kənar blefarit – göz qapağı daxilində meybomik vəzilərin iltihabi ilə müşayiət edilir və proses konyunktivit və buynuz qişaya sirayət edə bilər. Əslində əksər klinik hallarda ön və arxa kənar blefarit eyni zamanda inkişaf edir, yəni göz qapağı qalınlığı boyu iltihablaşır.

Blefaritin yaranma səbələri

Göz qapaqları iltihabının bir çox səbəbləri var.

Blefarit müstəqil xəstəlik kimi inkişaf etməklə yanaşı, məsələn, gənə, göbələk, bakteriyalarla zədələnmə və s., hər hansı patoloji proses zəminində də - xroniki infeksion və allegik xəstəliklər, hipovitaminoz (vitamin çatışmazlığı), anemiya, vərəm, diabet, həzm traktı xəstəlikləri (məslən, qastrit), həmçinin, dişlərin, burun-boğazın və s. patologiyasından yarana bilər.

Blefarit tez-tez astiqmatizm və ifadə olunmuş “quru göz” sindromu zamanı da yarana bilər.

Blefaritin əlamətləri

Blefarit özünü aşağıdakı əlamətlərlə göstərə bilər:

  • Göz qapaqları kənarlarının qızarması və şişməsi;
  • Yanma və göynəmə hissi, göz qapaqlarında qabıqlama;
  • Kirpiklərin bir-birinə yapışması;
  • Kirpiklərin tökülməsi və qeyri-düzgün uzanması;
  • Gözlərin yaşarması;
  • Gözlərin parlaq işığa qarşı həssas olması;
  • Az yüklənmə nəticəsində belə gözlərin tez yorulması.

Blefaritin diaqnostikası

Blefaritin diaqnostikası biomikroskopiyaya əsaslanır – göz qapağı və kirpikər xüsusi lampa vasitəslə müayinə edilir. Demodekoz blefaritin diaqnostikası üçün Demodex gənələrini aşkar etmək məqsədilə yenicə qoparılmış kirpiklərin mikroskop altında müayinəsi vacibdir.  

Blefaritin müalicəsi

Blefaritin müalicəsi uzun müddət tələb edir. Başlıca məqsəd – blefaritin səbəblərinin aradan qaldırılması və yerli simtomatik müalicədir.

Göz qapaqlarının ciddi gigiyenası yaranma səbəbindən asılı olmayaraq, blefarit müalicəsinın əsas tərkibidir. Bundan başqa, xəstəliklə mübarizə aparmaq üçün göz qapaqlarının işlənməsi üçün bir çox xüsusi losyonlar və gellər mövcuddur. Blefaretin yaranma səbəbindən asılı olaraq, damcı və ya mazlar təyin olunur.   

Allergik blefarit zamanı allergeni müəyyənləşdirmək və aradan qaldırmaq vacibdir. Ola bilsin ki, sevdiyiniz kosmetik vasitədən imtina etmək və ya kontakt linzaların məhlulunu dəyişmək tələb olunar. Yerli olaraq allergiya əleyhinə damcılar, zərurət yaranarsa, göz qapağı kənarları üçün kortikosteroid mazlar təyin edilə bilər.   

Blefarit göz qapaqlarının gigiyena qaydalarına əməl etmədikdə və müalicə preparatları lazımi qaydada tətbiq olunmadıqda asanlıqla xroniki formaya keçir. Bu baxımdan mütəxəssis nəzarəti altında olmaq və onun təyinatlarına ciddi əməl etmək vacibdir.

Gözləriniz daim şəfalı olsun!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az