biorevitalizasiya

Biorevitalizasiya

5302
Müəllif: HT

Paylaşıldı: 24.07.2019
/papers/biorevitalizasiya-44439?locale=az

Biorevitalizasiya nədir?

Biorevitalizasiya - gialuron turşusu mikroinyeksiyaları vasitəsi ilə dəri qocalmasının profilaktika metodudur. İnyeksiya terapiyasının ən müasir metodlarından hesab olunub, özündə son illərin tibbi innovasiyaların bütün nailiyyətlərini birləşdirir. Preparatların təkamülü, aktiv maddələrin kombinasiyası və inyeksiyalaşdırma metodlarınının təkmilləşməsi dərini cavanlaşdırmaq və tonlaşdırmaq baxımdan biorevitalizasiyanı unikal edir.Gialuron turşusu gözəl təbii nəmləndirici və dərinin təbii tərkibi olub, onun elastikliyini təmin edir. Yaşlandıqca gialuron turşusunun bərpa intesivliyi azalır. Buna səbəb  - dərinin öz nəmliyini itirməsidir.Biorevitalizasiya məhz elə bu vacib komponentin bərpa edilməsi üçün nəzərdə tutulub. Prosedurun nəticəsində gialuron turşusu toxumanın dərin qatlarına sirayət edərək, əyrilikləri düzəldir, qeyri-hamarlıqları aradan götürür, başqa sözlə desək, dərini təbii və təhlükəsiz yolla hamarlaşdırır. 

Biorevitalizasiyaya göstərişlər

Biorevitalizasiya dərinin sağlamlaşdırmaq baxımından həm qadınar, həm də kişilər üçün münasib metod olub, üz və bədənin bütün  nahiyələrinə tətbiq edilə bilər. Bundan başqa, biorevitalizasiya başın tüklü hissəsinə də tətbiq oluna bilər ki, bu da saçların qidalanması və uzanması üçün çox faydalıdır. Prosedur zamanı gialuron turşusuna insanın fərdi xüsusiyyətlərindən asılı olaraq, əlavə komponentlər: antioksidantlar, amin turşuları, vitamin və minerallar əlavə edilə bilər.

Biorevitalizasiyanın klassik mezoterapiyadan fərqi

Bu  cavanlaşdırma üsullarının hər ikisi mikroinyeksiya prosedurları qrupuna aiddir. Amma biorevitalizasiya bir növ, “gücləndirilmiş”mezoterapiyadır.Mezoterapiyada aktiv preparatlar vitaminli kokteyllər, minerallar və amin turşuları olduğu halda, biorevitalizasiyada başlıca komponent gialuron turşusudur. Bu maddə dəri hüceyrələrinə struktur baxımdan daha dərin təsir göstərir. Klassik mezoterapiya, əsasən, sönük dəri, “yorğun dəri”, akne və damar patologiyalarında istifadə edilir. Biorevitalizasiya isə suszuzlaşma, dərinin quruması, qocalma və qırışlara qarşı profilaka üçün tövsiyə edilir. Zərururət yaranarsa, bu metod plastik əməliyyatdan sonra reabilitasiya, dərin pilinq və s. məqsədlər üçün də uğurla tətbiq oluna bilər.  

Biorevitalizasiyanın nəticələri

  • Dəri təravətlənir və nəmlənir;
  • Qan təminatı və mübadilə prosesləri yaxşılaşır;
  • Dərinin tonusu artır: o, daha da elastik olur, sağlam görünüş alır, xırda qırışlar aradan qalxır;
  • Prosedurdan demək olar ki, bir neçə saat sonra toxumaların liftinqi hiss olunur;
  • Piqmentasiya azalır, dərinin rəngi normaya düşür;
  • Dərinin ətraf mühitə qarşı müdafiə mexanizmi güclənir;

Biorevitalizasiya qısa zaman tələb edən bir prosedurdur. Bunun üçün 15-30 dəqiqə vaxt kifayətdir.  Bununla belə, biorevitalizasiyanın effekti uzun müddət itmir.

Dərinizi cavanlaşdırın, gözəl və təravətli qalın!