Bel yırtığı

Bel yırtığı

68
Müəllif: Neyrocərrah Əliosman Qədimbəyli

Paylaşıldı: 20.09.2019
Əliosman Qədimbəyli

Bel yırtığı – fəqərə arası disk yırtığı

Bel yırtığı beldəki fəqərələr arasinda yerləşən və bir növ amortizator kimi funksiyanı yerinə yetirən diskin degenerativ dəyişikliyi sonrası meydana gəlir. Fəqərə arası disk elastikliyə malik quruluşuyla onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvətin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir.
 
Disklərin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumuşaq bir sahə, bunun ətrafında daha sərt bir fibroz həlqə, fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə hailin lövhələr adlandırılan qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumuşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilir. Bel yırıtıqları 4 mərhələdə formalaşır: bulging (qabarma), protruziya, ekstruziya və sekvestr yırtıqlaşan yəni xaricə doğru axan disk, daşma dərəcəsinə görə onurğa beyninin müvafiq sinirlərini sıxışdırır. Beləcə bel ağrısı ilə birlikdə sinir boyunca ayaqda ağrı, hissiyatın pozulması, ayaq zəifliyi kimi əlamətlər müşahidə olunur. Bundan başqa yırtıqlaşmış diskdən ifraz olunan bəzı kimyəvi maddələr də sinir köklərinə təsir edərək ağrıya səbəb olurlar. Orqanizm yaşlandıqca fəqərələr arasındakı disklər elastikliyini və zərbəni dəf edici özəlliklərini itirir və degenerativ disk xəstəliyi dediyimiz yaşlanmanın təbii bir nəticəsi olaraq ortaya çıxir.
 
Bel yırtığının əlamətləri
 
⦁    Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar
⦁    Bud və baldır əzələlərində olan ağrı
⦁    Ayaqlarda uyuşma, keylik, yandırma, göynəmə, soyuma hissiyyatı
⦁    Hərəkət məhdudluğu
⦁    Baldır əzələlərində qıcolma (kramp)
⦁    Antalgik pozisiya (ağrı ilə əlaqədar beldə əyrilik)
⦁    Yeriyən və oturan zaman ağrıların olması bel yırtğının ələmətləridir. Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilər.
 
Bel yırtığı diaqnozu necə qoyulur ?

Bel yırtığı diaqnozu zamanı xəstənin şikayətləri və həkim tərəfindən icra olunan nevroloji müayinə çox vacibdir. Həkim baxışı sonrası lazım olarsa instrumental diaqnostik müayinələr (MRT, KT, EMQ və. s) tələb oluna bilər.
Müasir diaqnostik metodlardan olan Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulu bel fəqərə arasi disk yirtıqlarının təyin edilməsində mühüm əhəmiyyətə malikdir. MRT vasitəsiylə onurğa beyni, sinir kokcükləri, fəqərələr, fəqərə arası disklər haqqında ətraflı informasiya almaq mümkündür. MRT müayinəsi zamani insan rentgen şüalanmasina məruz qalmaz. Bəzi xəstələr şüalanaram deyə əbəs yerə ehtiyyat edirlər. Buna görə qəti bir şəkildə MRT dən imtina etmək doğru deyildir. Bəzi hallarda bel nahiyyəsinin rentgen müayinəsində bel yırtığının olmasını, ölçülərini qeyd edirlər. Bu doğru deyil, çünki rentgenoqrafiya heç bir zaman disk yırtının varlığı haqqında dəqiq, bir başa məlumat verə bilməz.
KT komputer tomoqrafiya onurğa sütunun sümük elementləri haqqinda daha informative məlumat very. Kanal darliği, bel sürüşməsi(listezis), kalsinatlaşmiş disk yirtıqları diaqnostik olaraq aşkarlana bilinir. Ancaq onurğa sütununda disk yirtiğınin təyin olunmasında MRT müayinəsi Komputer tomoqrafiyadan daha üstün müayinə hesab olunur.
EMG (Sinir keçiriciliyinin təyin testi) də bəzi hallarda istifadə edilir. Bu müayinə vasitəsiylə sixilan sinir kökcüyünün ötürücülüyü təyin olunur. Ancaq bel yırtığının diaqnozunun və müalicə taktikasinin seçilməsində qızıl standart; həkimin kliniki müayinəsi və təcrübəsidir.

Bel yırtığının müalicəsi

Bel fəqərə arası disk yırtığının müalicəsi aşağıdakılardan ibarətdir:
⦁    Medikal (dərman) müalicəsi
⦁    Fizioterapiya
⦁    Epidural steroid inyeksiyası
⦁    Cərrahiyyə
Dərman müalicəsi
İlkin mərhələdə: Bel yırtığının müalicəsi yırtıqlaşmanın, yəni disk dediyimiz elastiki maddənin ayağa gedən sinirlərə etdiyi kompresiyyanın dərəcəsinə bağlıdır. Əgər sadəcə bel və ayaq ağrısı mövcuddursa, ancaq hər hansı bir keylik, ayaq zəifliyi,hərəkət məhdudluğu yoxdursa bu bel yırtığının başlanğıc mərhələsi deməkdir. Bu mərhələdə xəstəyə əzələ relaksasiya edici, qeyri-steroid iltihab ələyhinə dərmanlar verilir, qısa müddətli yataq istirahəti və belini narahat edə biləcək hərəkətlərdən uzaq olunmaması tövsiyyə olunur.
Təbii ki, ağrısı olan xəstə ilk olaraq doğru mütəxəssisə müraciət etməlidir. Artıq həkim müayinə sonrası dərman müalicəsinin nə dərəcədə effektli ola biləcəyini, dərman müalicəsi ilə yanaşı fizioterapiyaya da ehtiyac olub olmadığı qərarı verilmiş olacaqdır. Ona görə bu tipli şikayəti olan insanların həkimsiz ağrıkəsici istifadəsi və ya qeyri tibbi olaraq bellərinin çəkdirilməsi və yaxud başqa tipli tibbi təsdiqi olmayan prosedurlarn icra olunması tövsiyyə olunmur. Çünki belə proseduralar insanlarin əlil olmasına gətirib çıxara bilər.
 

Neyrocərrah Əliosman Qədimbəyli
Əlaqə telefonu: (055) 296 6668