Atopik dermatitin əlamətləri

Atopik dermatit

3581
Müəllif: Pediatr Günay Rəsulova , (+994) 55 703-27-79

Paylaşıldı: 03.05.2020
Günay Rəsulova

Atopik dermatit əsas körpələrdə ilk 2 ay ilə 1 yaş arasında görülən, xroniki təkrarlayan xəstəlikdir. 

ATOPİK DERMATİTİN ƏLAMƏTLƏRİ:
 
Bu əlamətlər həmçinin əsas diaqnoz kriteriyalarıdır.

1.Qaşıntı, qızarıqlıq.
2.Təkrarlayan səpgilər. Yəni ya uzun müddət keçmək bilmir, ya da sıx sıx təkrarlayır. 
3.Tipik görülmə yerləri vardır. Körpələrdə və yeni doğulanlarda (0-2yaş) üzdə, baş dərisində ,qol, ayağın xarici səthində , dizdə,dirsəkdə, qulaq arxasında görülür. Bez bölgəsində adətən olmur. Böyük uşaqlarda və böyüklərdə (2 yaş yuxarı) isə səpgilər qol, ayağın daxili, bükülmə yerlərində, dirsək önü, diz arxası, boyun, əl, ayaq biləyi bölgəsində çox görülür.Qaşıntıya bağlı dəridə qalınlaşma, kobudlaşma, dəri cizgilərinin qabarması olur. 
4. Ailədə atopiya, allergiya hekayəsinin olması. (Astma, allergik rinit, dermatit və s)

ATOPİK DERMATİTİN YARANMA SƏBƏBLƏRİ:
 
Atopik dermatiti artıran səbəblər:

  • Allergik qidalar.( 1 yaş tez inək südü, bal, şirniyyat, sitrus istifadəsi , abur cuburlar, konservlər, nitritli qidalar, kolbasa, sosiska və s)
  • İnhaler allergenler. Bitki tozları, ev tozları, çirkli ekoloji mühit.
  • Ciddi bakterial infeksiyalar. 
  • Yun, akrilik, sabun, yuyucu tozlar kimi irritasiya edici maddələrlə təmas.
  • Aşırı tərləmə
  • Psixoloji təsirlər .


ATOPİK DERMATİTİN DİAQNOSTİKASI:
 
Diaqnoz aşağıdakı 4 əsas, major kriter və əlavə minor kriterlər əsasında qoyulur:

1.Qaşıntı, qızarıqlıq.
2.Təkrarlayan səpgilər. Yəni ya uzun müddət keçmək bilmir, ya da sıx sıx təkrarlayır. 
3.Tipik görülmə yerləri vardır. Körpələrdə və yeni doğulanlarda (0-2yaş) üzdə, baş dərisində ,qol, ayağın xarici səthində , dizdə,dirsəkdə, qulaq arxasında görülür. Bez bölgəsində adətən olmur. Böyük uşaqlarda və böyüklərdə (2 yaş yuxarı) isə səpgilər qol, ayağın daxili, bükülmə yerlərində, dirsək önü, diz arxası, boyun, əl, ayaq biləyi bölgəsində çox görülür.Qaşıntıya bağlı dəridə qalınlaşma, kobudlaşma, dəri cizgilərinin qabarması olur. 
4.Ailədə atopiya, allergiya hekayəsinin olması. (Astma, allergik rinit, dermatit və s) 

Əlavə minor kriterlər:

Qan analizində yüksəlmiş total İgE səviyyəsi, pozitiv dəri testi, erkən yaşda görülməsi, təkrarlayan xroniki konyuktivit ( gözdə qızarma, qaşınma) ekzema və s 
3 major+ ən az 3 minor kriter əsasında diaqnoz qoyulur. İlk 3 major, əsas əlamətlər diaqnoz üçün vacibdir.


ATOPİK DERMATİTİN DİFFERENSİAL DİAQNOSTİKASI:

Qaşıntılı, qırmızı səpgi ilə və ya səpgisiz keçən dəri xəstəlikləri ilə Atopik dermatiti bəzən səhv salırlar.Müalicənin müvəffəqiyyətli olması üçün bu xəstəliklərin düzgün differensial diaqnostikası çox vacibdir. 
Bu xəstəlik daha çox, qoturluq, həşərat dişləməsi,psoriaz, ixtioz,seboreik dermatit,kontakt dermatit ilə səhv salınır. Bəzən immun yetməzlikdə görülən keçmək bilməyən ekzemaları da atopik dermatitlə fərqləndirmək vacibdir. Düzgün diaqnoz, düzgün müalicə üçün əhəmiyyətlidir. 

ATOPİK DERMATİTİN MÜALİCƏSİ

  • Nəmləndirici vacibdir
  • Vannalar.
  • Yerli steroid (hormonal) kremlər. ( dəridə nazilmə ,atrofiya kimi yan təsiri olduğuna görə uzun müddət özbaşına istifadəsi yolverilməzdir)


Yerli steroid kremlərin uzun müddət istifasi ümumi yan təsirlərə səbəb olmaz, həmçinin, astmada istifadə edilən hormonla inhalyasion müalicənin də.

  • Steroid olmayan kremlər.
  • Antihistaminlər ( qaşıntını aradan qaldırmaq üçün istifadə edilir) 


ATOPİK DERMATİTİN AĞIRLAŞMALARI:

Atopik dermatit düzgün diaqnoz və müalicə olmasa allergik rinit və astmaya keçə bilər ki buna atopik marş, atopik yürüyüş deyilir. 
Qaşıntı olduğu üçün dəridə ikincili bakterial infeksiya qoşulması (stafilodermiya, streptodermiya, impetigo), göbələk qoşulması, dəridə soyulma, atopik keratokonyuktivit( gözdə), blefarit, göz qapaqlarında qaşınmaya bağlı keratokonus, göz ətrafındakı dəriyə istifadə edilən steroidlərin yan təsiri kataraktaya səbəb ola bilər.Bu və ya digər ağırlaşmaların olmaması üçün bu xəstəliyin vaxtinda diaqnostikası və düzgün müalicəsi önəmlidir.