Akne

Akne nədir

3160
Müəllif: Dr. Dermatoloq - Kosmetoloq Vüsalə Aşirova (Dr. OFF Tibb Mərkəzi)

Paylaşıldı: 25.10.2019
Dr. OFF Tibb Mərkəzi

Akne nədir,
multifaktorial (bir çox səbəb) dermatozdır.

Patogenezində mühüm rol oynayır;

  • Artıq sebium( piy) istehsalı;
  • Artıq follikulyar hiperkeratoz (piy vəzlərinin kanallarının tıxanması nəticəsində);
  • P. Acne aktiv yayılması;
  • İltihab.

Müayinə zamanı mümkün hiperandrogenemiya əlamətlərinə diqqət yetirmək lazımdı (menstrual sikl pozulmaları, ikincili cinsi əlamətlərin dəyişiklikləri) və gecikmiş menarxe (menarşe – iaybaşının ilk təzahürü) diqqət yetirilməlidir.

Sızanaqların müalicəyə davamlılığı  xəstədə endokrin pozğunluqların olması düşünməyə vadar edə bilər.. Bu sindromlari istisna etmək lazımdı – yumurtalıqların polikistozu, hipofizin hiperplaziyası.

Sızanaqları bir neçə xəstəliklərdən ayırmaq lazımdır , bunlar rozasea, perioral dermatit, dərman sızanaqları (hormonlar və digər dərmanlar və hətta vitaminlərlə ( B1, B2, B6, B12, D2) yaranan.)

Sızanaqların müalicəsi üçün müxtəlif sistemli və xarici terapiya variantları təklif edilmişdir, metodun seçimi xəstəliyin şiddətindən asılıdır.

Vacibdir!

  • Yüngül sızanaqlar olduqda yalnız xarici terapiya təyin olunur;
  • Orta ağırlıq dərəcəsiza zamanı xarici terapiyayla yananaşı sistem terapiya birləşdirilə bilər;
  • Ağır hallarda yalnız sistemli terapiya təyin edilir.
  • Hər hansı bir dərəcədə kosmetik tövsiyələrə ehtiyac var: zərif təmizləyici (sabunsuz) + nəmləndirici.

Akne və azelain turşusu

Azelain turşusu (skinoren) - keratinizasiya proseslərini (dəri hüceyrələrinin keratinizasiyası) normallaşdırmaqla yanaşı, həm də Staph. epidermidis, Staph. aureus, P. acnes və s. Bakteriyalara müəyyən bakteriostatik təsir göstərir .


Azelain turşusu dəri piyinin ifrazatına təsir etmir.

Bəzi tədqiqatlar göstərir ki, sızanaqlar olan xəstələrdə krem şəklində Azelain turşusunun terapevtik potensialı 0,05% tretinoin, 5% benzoyl peroksid və 2% eritromisini kremlərlə müqayisə oluna bilər.
Bu vasitələrdən fərqli olaraq Azelain turşusu bir sıra üstünlüklərə malikdir:

1.    ona qarşı P. acnes(sızanaqda iştirak edən bakteriyalar) sabitliki yaranmır;
2.    tretinoin və benzoil peroksid ilə müqayisədə Azelain turşusu daha az qıcıqlandırıcı təsir göstərir;
3.    dərman hiperpiqmentasiya ilə müşayiət olunan xəstələrdə hiperpiqmentasiyaya yaxşı təsir göstərir

Müəyyən edilmişdir ki, Azelain turşusu antitirozinaza aktivliyə malikdir və hətta müqaisədə effekti 1% hidroxinon tərkibli kremdən artıqdır
Azelain turşusunu 4-6 ay ərzində gündə 1-2 dəfə əvvəlcədən təmizlənmiş dəriyə çəkilir..

Adətən, ilk müsbət nəticələr 1 aydan tez deyil, 3-4 aydan sonra dərinin ağardılması da daxil olmaqla davamlı bir klinik effekt nəzərə çarpır. (hamısı individualdı).

Müalicənin əvvəlində lokal qıcıqlandırıcı təsir, dərinin quruması, eritema və qaşınma hallarda mümkündür. Əksər hallarda yan təsirləri yüngül olur, müalicəni dayandırılması tələb olunmur. Çox nadir hallarda allergik dəri reaksiyaları (məsələn, səpgi) baş verə bilər. Dərinin qıcıqlanması halında, dərmanın istifadasını azaltmaq olar və gündə 1 dəfə istifadə etmək olar. Gerekirse, müalicəni bir neçə gün ərzində müvəqqəti dayandırmaq olar.

Hamiləlik və uşaq əmizdirmə zamanı Azelain turşusunu kremi ehtiyatlı istifadə etmək lazımdı (həkimlə məsləhətləşdikdən sonra mümkündür)

Akne və Roakkutan:


1. Roakkutan - yalnız sistem retinoidlər istifadəsi təcrübəsi olan dermatoloqlar tərəfindən təyin
edilməlidir.
2. Xəstələr müalicə zamanı və ondan 1 ay sonra qan donoru olmamalıdırlar.
3.Tövsiyə olunur : qaraciyər funksiyasını və qaraciyər fermentlərini müalicədən əvvəl, müalicədən
1 ay sonra, və hər 3 aydan bir və ya göstərişlərə görə əsasən izləmək lazımdı.
4. Nadir hallarda, terapiyanın başlanğıcında, sızanaqların kəskinləşməsi qeyd olunur, bu da doz
tənzimlənmədən 7-10 gün sonra yox olur.
5. Xəstələrə dəri və selikli qişaları quruluqnu azaltmaq üçün nəmləndirici məlhəm və ya bədən
kremi, dodaq balzamından istifadə etmələri tövsiyə olunur.
6. Xəstələrdə dəri reaksiyalarını aşkar etmək üçün həkim nazərəti ehtiyac duyurlar.
Sağlamlığınızdakı hər hansı bir həsaslıq barədə daima həkiminizə məlumat verin.
7. Roakkutan qəbulu fonunda əzələlərdə və oynaqlarda ağrı mümkündür.
8. Bu prosedurlardan roakkutanla müalicə zamanı və 5-6 ay müalicədən sonra istifadə etmək
olmaz : pilinq və lazer prosedurlardan ( çapıqlar və hiper və hipopiqmentasiyanın baş verməsi
riski )
9. Quru göz konjuktivası sindromı zamanı süni göz yaşları preparatlardan istifadə edə bilərsiniz
10. Günəşdə qaralmaq olmaz. Günəşdən qoruyucu vasitələrdən istifadə edin (ən azı 30 SPF)
11. Şəkərli diabet, piylənmə və ya yağ metabolizmasının pozulması olan xəstələrdə qlükoza və
lipidlərin daha tez-tez laboratoriya nəzarətinə ehtiyacı ola bilər.
12. Əks göstərişlər: hamiləlik, laktasiya dövrü, qaraciyər çatışmazlığı, hipervitaminoz A,
hiperlipidemiya., 12 yaşdan kiçik uşaqlar.
13. Kontrasepsiya üsulları: müalicədən bir ay əvvəl, müalicə zamanı və müalicədən bir ay sonra
lazımdır. Müalicə bitdikdən bir ay sonra hamiləlik planlaşdırıla bilər.