ailə planlaması əhəmiyyəti

Ailə planlaması

2310
Müəllif: Mama-ginekoloq Aygün Ağayeva

Paylaşıldı: 30.03.2018
HekimTap Pro

Ailə planlaması günümüzün aktual mövzularından biridir və cütlüklərin bunu bilməsi vacibdir.

Ailə planlaması hamiləliyin fərdlərin sağlamlığına, büdcəsinə uyğun bir vaxta planlanması deməkdir. Bunun üçün ilk növbədə, kontrasepsiya üsullarını bilmək lazımdır. Hal-hazırda sevindirici haldır ki, qanunvericiliyin tələbi ilə cütlüklər nikaha girməzdən əvvəl tibbi müayinələrdən keçirlər, lakin təəssüf ki, cinsi yolla keçən infeksiyalar və qadının digər göstəriciləri yoxlanılmır.

Bütün hamiləliklərin planlı olması vacib şərtdir. Yəni cütlüklər mütləq bütün müayinələrdən keçməlidirlər, məqsəd sağlam ailə və sağlam uşaqdır.

Bununçün qadının lazımi tibbi müayinələrdən keçir və hamiləliyə hazırlanır. Bu məqsədlə qadın lazım olan bəzi preparatları qəbul etməlidir. Məsələn, hamiləlikdən əvvəl 3 ay ərzində qadınlar fol turşusu qəbul etməlidirlər. Ful turşusu dölün formalaşmasında böyük əhəmiyyət daşıyır və onun çatışmazlığı böyük fəsadlara gətirib çıxara bilər.

Uşaq dünyaya gəldikdən sonra növbəti hamiləliyi 2-5 ildən sonra planlamaq tövsiyə olunur. Çünki doğuşdan sonra qadının bir çox resursları tükənir və ona görə də doğuşdan sonra qeyd olunan periodun gözlənilməsi vacibdir.

Hamiləliyin qarşısını almaq üçün mütəxəssis tərəfindən müvafiq qorunma üsulu təyin edilir. Əgər hamiləlik qeyd olunan perioddan tez baş verərsə, hamiləliyin çətin keçməsi, doğulan uşaqda inkişaf geriliyi problem və digər fəsadlar yarana bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.