skoliozun nədir və səsbəbləri

Skolioz bütün ailənin problemidir

2248
Müəllif: Elfanə Süleymanova

Paylaşıldı: 19.12.2017
Elfanə Süleymanova

Bu gün skolioz çox geniş yayılmış bir xəstəlikdir. Onun səbəbini düzgün oturmamaq, qamətin düzgün tutulmaması ilə deyil daha çox valideynlərin övladın onların sahibləndiyi varlıq deyil, ailədə arzuolunan qonaq olduğunu unutmalarıdır. Ata və ana onların ailəsində dünyaya göz açmış şəxsiyyətə öz istedadını tapmaqda və onu təkmilləşdirməkdə yardım etməlidirlər. 

Alternativ təbabətə görə skoliozun yaranmasının səbəbində insanın daxili dözümlülüyünün pozulması dayanır.

Bu xəstəlik adətən erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir və fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı oraqnalarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur.

Təssüflər olsunki, bugünün valideynləri övladlarına yad olan idealları, öz tamamlanmamış arzularını reallaşdırmağa məhkum edirlər. Valideynlər övladlarını “gilə” bənzədir və o “gildən” istdədikləri fiquru düzəldirlər, özünün inkişaf etməsinə imkan belə yaratmırlar. Beləliklə yeniyetmə dövrünə çatdıqda insan öz daxili özəyini itirərək valideyn fikrindən asılı bir varlığa çevrilir.

 Nəticədə, natamamlıq kompleksi, öz gücünə inamsızlıq hissi və asılılıq yaranmış olur.

Fiziki səviyyədə bu onurğa sütununun bütün bağ aparatının zəifləməsinə səbəb olur.

Ənənəvi tibbin skoliozun müalicəsində istifadə etdiyi metodlar, əsl səbəbi aradan qaldıra bilmədiyi üçün müalicənin nəticələri uzunmüddətli olmur. Skoliozun müalicəsində istifadə olunan idman hərəkətləri əsas xəstəliyin (spondiloz, spondiloartroz, fəqərəarası disk yırtığı) ağırlaşmasına səbəb ola bilər.

Qədimdə skolioz nadirən rast gəlinirdi. Çünki uşağın tərbiyəsində onun zəif və güclü tərəfi nəzərə alınırdı və öz istedadını inkişaf etdirməyə şərait yaradılırdı. Əgər skolioz rast gəlinsəydi  çox effektiv və eyni zamanda zərərsiz olan bugünə kimi gəlib çatmış və öz dəyərini itirməmiş olan bir üsuldan istifadə olunurdu.

Söhbət kinnara terapiyadan gedir. Kinnara terapiya— bu sadəcə at sürmək deyil, atın üstündə tarazlığı saxlamağa yönəlmiş idmandır. At minərkən insan psixoloji, fiziki  və enerji informasiyon səviyyədə kentavra çevrilir. At hərəkətə başlayan kimi (əvvəlcə asta və getdikcə sürətli) tarazlığını qorumaq şərti ilə bütün bədəni ilə  spiralabənzər və ahəngli hərəkətlər etməyə başlayır. Bu zaman atla eyni ritmdə nəfəs alması arzuolunandır. 

Bu cür məşqlər həftədə 1-3 dəfə olmaqla hər dəfə 30-60 dəqiqə davam edir. Məşqlər zamanı miofassial (əzələ-bağ) bloklar aradan qalxır; fəqərələr öz yerlərinə qayıdırlar. Onurğa sütunu və paravertebral zonaların qan təchizatı həmçinin fəqərəarası mərkəzlərin tənzimlənməsi aktivləşir və şlakların xaric olunması artır. Kinnaraterapiya skoliozla yanaşı uşaq serebral iflici, hipertoniya və xora xəstəliyi, vegetativ nevrozlar, bronxial astma, böyrək zədələnmələrində və s. effektlidir.

Skoliozun son zamanlar istifadə olunan və zərərsiz müalicə üsullarından biri də osteopatiyadır. Skoliozun müalicəsinə erkən yaşlardan başlamaq lazımdır. Məsələn övladınız dünyaya gələndən sonra onun inkişafına nəzər yetirsəniz körpənin başını daima bir tərəfə əyməsi, başının formasındakı deformasiyalar, gəzməyə başlayarkən ayaqlarını düzgün atmaması (barmaq uclarında gəzmək, ayaqlarını içəriyə atma) kimi hallar gələcəkdə övladınızda hər hansı  bir qamət pozulması yarana biləcəyi ehtimalını bildirir. Osteopatiya həm müayinə həm də müalicə üsulu olaraq erkən yaşlardan skoliozun aşkara çıxarılıb vaxtında aradan qaldırılmasında unikal müalicə üsuludur. Bu zaman osteopat həkim zərərsiz texnikalarla əzələ bağ apparatının, fəqərələrin, çanaq sümüklərinin və digər problemli nahiyələri aşkar edir və aradan qaldırır. 

Skoliozun erkən aşkara çıxarılması sizin və övladınızın gələcəkdə həm maddi həm də mənəvi əziyyətinizin qarşısını almağa kömək edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az