öküz teniyası və müalicəsi

Öküz teniyası – az qaynadılmış ət və ya yaxşı qızardılmamış xörəklər yedikdə...

6883
Müəllif: İlhamə Əmiraslanova

Paylaşıldı: 02.12.2017
İlhamə Əmiraslanova

Respublikamızın təbii-iqlim şəraiti, əhalinin adət və məşğuliyyəti helmintozların bəzi növlərinin geniş yayılması üçün şərait yaradır. Dünyada sayı iki yüz əlliyə  çatan helmintozların növlərindən  bizim Respublikamızda otuzuna  rast gəlmək olar. Helmitoazların 8-10 növü tez-tez müşahidə olunur.    

Helmintozların vaxtında aşkar edilməməsi və onlara qarşı spesifik müalicənin adekvat aparılmaması bu xəstəliklərin əhali arasında geniş yayılmasına səbəb olur. Bu səbəbdən helmintozlar nəinki əhalinin sağlamlığına, əmək qabliyyətinə zərərli təsir göstərir, hətta kənd təssərüfattının maldarlıq sahəsinə ciddi ziyan vurur. Məsələn,  teniarinxoz ocaqlarında  finioz xəstəliyinə tutulmuş iri buynuzlu mal-qara arıqlayır, südü azalır, hətta yarasız hala düşür.

Bu xəstəliyi öküz teniyası Taeniar hynchus saginatus törədir. Finozlu ətdən az qaynadılmış və ya yaxşı qızardılmamış xörəklər yedikdə öküz teniyasının sürfələri insanın bağırsağına düşür, orada parazitin baş hissəsi qovuqcuqdan çıxaraq 4 ədəd sorucu əmzikləri vasitəsilə insanın nazik bağırsağının selikli qişasına möhkəm yapışır və boyun hissəsindən yeni buğumlar əmələ gəlməyə başlayır, 3-4 aydan sonra isə xəstədən qurdun buğumları xaric olunur. Qurdun uzunluğu 4-15 metrə çatır. Bədəni zəncir düzülmüş buğumlardan ibarət olduğundan lentə oxşayır və xalq arasında lentvari və ya kəpənək qurd adlanır. Xəstələrdə vaxtaşırı  qurdun axırıncı buğumları nəcislə ya da sərbəst şəkildə xaricə tökülür və bununla da xəstə özünün kəpənək qurduna yoluxmuş olduğunu hiss edir. 

Xəstə N, 46 yaşlı qadın  ümumi halsızlıq, tənginəfəslik, tez yorulma, iştahanın pozulması, baş ağrıları, ara bir qusma, alt paltarında tez-tez qurd hissəciklərinin xaric olduğunun qeyd olunması və qarında sancı xarakterli ağrılarla klinikamıza müraciət etdi. Dediyinə görə bir neçə dəfə iş yerində nahar zamanı tam bişməmiş ət yeməkləri ilə qidalanıb və yuxarıda sadalanan  şikayətlər onu bir ilə yaxındır ki narahat edir. Şikayətləri və nəcisin ümumi müayinəsinin (tenia yumurtalarının aşkarı) əsasında xəstəyə teniarinxoz diaqnozu qoyuldu və müvafiq müalicə təyin edildi. Müalicə nəticəsində qurd baş hissəsi ilə bağırsaqdan xaric olundu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.