açıq beyin əməliyyatı

Açıq beyin əməliyyatından sonra xəstənin vəziyyəti və baxım qaydaları

11262
Müəllif: Elşən Ağabalayev

Paylaşıldı: 27.10.2017
ZNeyrocerra HT

Beyin əməliyyatı - avtomomobil qəzaları nəticəsində alınan travma, beyin-damar problemləri və beyin şişləri zamanı tətbiq edilən müalicə yöntəmidir. Açıq beyin əməliyyatı üçün, xəstənin əməliyyat nahiyyəsindəki saçları qırxılır və beləliklə pasient əməliyyata hazırlanır. Beyin əməliyyatları ümumi anezteziya ilə mütəxəssis neyrocərrah komandası tərəfindən aparılır. Əməliyyatdan çıxdıqdan sonra (açıq beyin əməliyyatı) yaranın infeksiya ilə yoluxmaması üçün, pasient xəstəxanada riskli dönəm bitənə qədər nəzarətdə qalır. Pasientin sağlamlığı üçün ilk gün yaxınları tərəfindən ziyarət edilməməsi məsləhət görülmür. Yəni əməliyyatın gedişatı, uğurlu aparılması nə qədər ciddi bir məsələdirsə, xəstənin əməliyyat sonrası vəziyyəti də bir qədər diqqət tələb edən məsələdir. Bu səbəbdən həkimin bütün göstərişləri olduğu kimi yerinə yetirilməlidir.

Əməliyyatdan sonra nə etmək lazımdır?

 - Xəstənin əməliyyatdan sonra 3 gün ərzində çimməsi qadağandır. Çünki yaraya su dəyməməlidir. Əgər yaraya su dəyərsə, sarğı mütləq yenilənməlidir. 3 gün bitdikdən sonra pasient rahatlıqla çimə bilər.
 - Beyin əməliyyatından sonra həkimin təyin etdiyi: mədəqoruyucu, antibiotik, ağrıkəsici və digər dərmanlar həkimin dediyi zaman içində, təyin etdiyi qədər (sayda) və vaxtında içilməlidir.
 - Əgər pasient artıq çəkilidirsə, ən qısa zamanda mütəxəssis dietoloqla görüşüb pəhrizə başlanmalıdır.
 - Pasientin, iş həyatı və ya ev işlərinə başlaya biləcəyi vaxtı yalnız həkim təyin edə bilər. 
 - Açıq beyin əməliyyatından sonra ən az 2 ay müddətində avtomobil sürmək olmaz.
 - Açıq beyin əməliyyatından 4 həftə sonra cinsi əlaqə icazə verilir.
 - Əməliyyatdan çıxmış şəxs həyarı boyu spirtli içkilərdən uzaq durmalı və günəşdə uzun müddət qalmamalıdır.
 - Səyyahətə əməliyyat həkimi ilə məsləhət edib çıxmaq tövsiyyə olunur.
 - Əməliyyatdan sonra yaxınlarınız sizdə şəxsiyyət dəyişikliyi hiss edirsə bunu ciddi qəbul edib, psixiatrla görüşməniz məsləhət görülür.
 - Xəstəxanadan çıxdıqdan sonra sizə verilə xəstəlik tarixçəsini itirməməli və hər dəfə həkim müayinəsinə gəldikdə onu özünüzlə gətirməniz məsləhətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.