burun çəpər əyriliyi

Burun çəpər əyriliyi nədir?

18209
Müəllif: PhD Dr. Səid Allahverdiyev

Paylaşıldı: 16.08.2017
Səid Allahverdiyev

Burun çəpəri nədir? 
Burun çəpəri burun boşluğunu arakəsmə ilə iki yerə-sağ və sol hissələrə ayırır. Qığırdaq və sümük hissələrdən ibarətdir, üzəri selikli qişa ilə örtülüb. Doğuş zamanı və ya sonradan zərbə nəticəsində əyilmə baş verir. Statistikaya görə 100 insandan şikayətləri olmadığı halda 70-80-də burun çəpərində müəyyən əyrilik var, bu halda həkim tərəfindən hər hansı müdaxiləyə ehtiyac yoxdur. Şikayətlər verdikdə müalicəyə ehtiyac olur. Müalicə dedikdə burun çəpərinin bərpası – Septoplastika əməliyyatı icra edilir.

Nə kimi şikayətlər verir?

Əsas burun tənəffüsü pozğunluğu,bəzən xorultu, yuxuda boğulma (apnoe), baş ağrıları, tənginəfəslik, qulaqda tutqunluq hissi, burun qanaxması və s.

Əməliyyat haqqında: Yerli keyitmə və ya narkozla icra olunur, 20-30 dəqiqə çəkir,qığırdaq və sümük hissələrdəki, tənəffüsü əngəlləyən əyriliklər düzəldilir. Həmən günün axşamı xəstə evə buraxilir. Burun daxilindən tənəffüsə mane olmayan silikon splintlər(tampon əvəzi müasir materialdan) 3-5 gün sonra ağrısız çıxarılır və xəstə rahat burunla nəfəs ala bilir. Septoplastika əməliyyatı klassik və ya endoskopik yolla icra olunur. Klassik septoplastika zamanı kəsik burun çəpərinin içəri ön hissəsində aparılır. Endoskopik septoplastikada kəsik yalnız əyrilik olan hissədə aparılır və əməliyyat gedişi monitorda izlənilir.

Mümkün olan ağırlaşmlar: Əməliyyat sonrası qanaxma, burun çəpərinin perforasiyası, burundaxili sinexiyalar (yapışmalar) və s. Müasir texnologiyaların istifadəsi ağırlaşmaların rast gəlmə faizini nəzərəçarpacaq dərəcədə azaldır.

Müasirlik: İstifadə olunan materiallar – Silikon splintlər(tampon əvəzi), əyriliyin növündən asılı olaraq əməliyyat endoskopik yolla də aparıla bilir, çıxarılan qığırdaqlar bərpa olunaraq yerinə qaytarılır (atılmır).

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.