Üzün təmizlənməsi proseduru

Üzün təmizlənməsi proseduru

2990
Müəllif: Dr. Dermatoloq - Kosmetoloq Vüsalə Aşirova

Paylaşıldı: 10.11.2019
Dr. OFF Tibb Mərkəzi

Üzun təmizlənməsi proseduru  -  dəriniz üçün baxım prosedurlar arasında  № 1. 
Üz bizim vizit kartımızdır, buna görə də üz dərimiz  həmişə mükəmməl və təmiz olmalıdır! Üzün təmizləməsi, baxım prosedurların effektivliyini artırır , çünki məsamələr təmiz olduqda dəri nəfəs alır .

Üz təmizlənməsi proseduru bir neçə növ ola bilər: 

mexaniki, vakuum, ultrasəs , kosmetik preparatlar üzərində atravmatik və kombinəolunmuş .  Hər biri öz üstünlüklərinə malikdir və dərinin növündan aslı olaraq həkim kosmetoloq tərəfdən tövsiyyə olunur.

1. Ultrasəs  üz təmizliyi  - yumşaq bir prosedurdur, buna görə də bütün dəri növləri üçün həyata keçirilir.

Hansı problemləri həll edir : 
-sızanaqlar
-sağlam olmayan dəri
-quru və ya yağlı dəri
-qenişlənmiş və ya çirklənmiş məsamələr
-qara nöqtələr
Tezlik: göstəricilərə görə  2- 4 ayda 1 dəfə.

2. Atravmatik üz təmizlənməsi - dərini həddən artıq qurutmadan və xəsarət almadan mümkün qədər təsirli kosmetik preparatlar istifadə edərək hərtərəfli təmizləmə proseduru.

Hansı problemləri həll etməyə kömək edir:
-hiperkeratozun aradan qaldırılması;
-dərinin rəngini normallaşdırır;
-foto- və xrono- qacalmanın (atoniya, qırışlar) qarşısının alınması və azaldılması;
-dərinin barier  funksiyasını yaxşılaşdırmaq üçün bərpaedici proseslərin stimullaşdırılması;
-sonrakı prosedurların və ev baxımı üçün dərmanların təsirinin artırılması.

 Hansı dəri üçün uyğundur
-quru və susuz dəri üçün;
-həssas və rosasea meylli olduğu dəri üçün;
-kombinə  və yağlı dəri üçün;
-göstərişlərə görə 12 yaşdan etibarən mümkündür;
-ilin istənilən vaxtında mümkündür.

Tezlik: göstəricilərə görə 2-4 həftədə 1 dəfə.

3. Vakuum təmizlənməsi

Bu tip səthi aparat təmizli idi. Vakuum təmizlənməsi qan dövranını yaxşılaşdırır, durğun elementləri (kapilyar torlar, sızanaq izləri) daha sürətli həll etməyə kömək edir, hüceyrə mübadiləsini stimullaşdırır.

4. Mexaniki üz təmizlənməsi -  uzün dərin təmizlənməsi prosedurudur . Mexaniki təmizləmə instrumenlərlə ( Una qaşığı, Vidal ilməsi ) və  ya barmaqlar ilə dəriyə mexaniki təsir göstərilir.

Hansı dəri üçün uyğundur
-yağlı dəri
-sızanaqlar ( akne) 
-komedonlar , miliumları, pustullar
-qenişlənmiş məsamələr
-hiperkeratoz

Üzün mexaniki təmizlənməsi  dəri üçün əhəmiyyətli bir travmadır. Buna görə, prosedurdan sonra kosmetologlar üzə sakitləşdirici maskalar tətbiq edirlər. Ancaq şişkinlik və qızartı 2-3 gün davam edə bilər və yaralar bir həftə ərzində sağalır.

5. Qarışıq üz təmizliyi - bir prosedurda (məsələn, ultrasəs və mexaniki) bir neçə növ təmizlənmənin birləşməsidir.