Ürək anevrizmi
Anevrizm – arteriya divarlarının (az hallarda venalar) nazikləşməsi və uzanması nəticəsində arteriyaların şişməsi və qabarmasıdır. Nəticədə də "anevrizmatik kisə" yaranır ki, bu da öz növbəsində yaxınlıqda yerləşən toxumaların sıxılmasına gətirib çıxarır. Anevrizm çox vaxt anadangəlmə olur. Bununla belə, yenidoğulmuşlarda bu qüsur bilinmir və uşaq normal inkişaf edir.
Ürək anevrizmi miokard infarktı keçirmiş pasiyentlərin 10-35%-də rast gəlinir. Anevrizm daha çox 40-70 yaşlı kişilərdə müşahidə olunur. Əksər hallarda anevrizm sol mədəciyin divarında əmələ gəlir, bundan başqa mədəcikarası arakəsmələrdə formalaşır.
Ürək anevrizminin diametr ölçüləri 1-20 sm arasında dəyişir.
Ürək anevrizmi əksər hallarda bu transmural miokard infarktı sayəsində yaranır. Adətən anevrizm sol mədəciyin ön-yan və ya təpə hissəsində müşahidə olunur.
Massiv miokard infarktı zamanı miokard strukturunun sıradan çıxması baş verir. Ürəkdaxili təzyiq nəticısində ürək divarının ölü divarı nazilir və dartılır. Ürək anevrizminin formalaşmasında mədəcikdaxili təziyiqin artması və ürəyə düşən təzyiqin böyük rolu var - buraya arterial hipertenziya, taxikardiya, təkrar infarkt, irəliləyən ürək çatışmazlığı aiddir. Ürək anevriziminin anadangəlmə, infeksion və travmatik təbiətinə az hallarda rast gəlinir.
Ürəyin kəskin anevrizmini xarakterizə edən simptomlar – təngənəfəslik, uzunmüddətli qızdırma, izafi tərləmə, ürək ritminin pozuntusudur.
Kəskinliköncəsi anevrizm qan dövranı çatımazlığı ilə xarakterizə olunur.
Xroniki anevrizm özünü ürək çatışmazlığı ilə büruzə verir. Buraya təngənəfəslik, ürək fəaliyyətinin pozuntusu, stenokardiya aiddir.
Xəstəliyin gecikmiş mərhələsində boyun damarlarının şişməsi, hidrotoraks, assit, hepatomeqaliya qeydə alınır.
Ürək anevrizminin tipik əlaməti patoloji prekordial pulsasiyadır. Elektrokadioqrammada (EKQ) transmural miokard infarktı əlamətləri qeydə alınır ki, bu, uzun müddəti dayanıqlı formada qalır. ExoKQ (exokardioqrafiya) anevrizmin səthini müayinə etməyə şərait yaradır, onun ölçülərini, konfiqurasiyasını, mədəciyin səthinin trombozunu təyin etməyə imkan verir.
PET (pozitor-emission tomoqrafiya) və stress-Exo-KQ anevrizm nahiyəsində miokardın həyat fəaliyyətini dəyərləndirməyə şərait yaradır.
Ürək anevrizmini müayinə etmək üçün, həmçinin, rentgenoqrafiya, MRT, MSKT (multispiral kompüter tomoqrafiyası) və s. üsullardan istifadə olunur.
Kəskin və ya ksəkinliköncəsi ürək anevrizminin cərrahi müalicəsi sürətlə irəliləyən ürək çatışmazlığının və anevrizmatik kisənin dağlmasının qaşısının almaq məqsədilə aparılır.
Xroniki anevrizmdə cərrahi müdaxilə tromboembolik ağırlaşma, miokardın revaskulyarizasiyasının qarşısın almaq xarakteri daşıyır.
Əməliyyatdan öncə ürək qlikozidləri, antikoaqulyant (qeparin), oksigenobaroterapiya təyin edilir.
Radikal əməliyyatlara anevrizm rezeksiyası, Kuli üsulu ilə septoplastikanı aid etmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az