Ümumi nitq ləngiməsi

Ümumi nitq ləngiməsi

2355
Müəllif: Loqoped Aydan Mehdiyeva, Əlaqə: 055 365-10-20

Paylaşıldı: 27.11.2019
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Ümumi nitq ləngiməsi nədir?

Uşaqlar normal halda 6 aylıq olarkən, hecalar (imitasiya şəkilində- ma,ba kimi) söyləyər. 12 aylıq olanda isə iki sözü yanaşı gətirib cümlə (ana al, ata gəl) şəklində deyərlər. 3 yaşındakı uşağın 3 sözdən ibarət cümlə qurması, 3-4 yaşdakı uşagın nitqi isə düzgün, başa düşülən olmalıdır. Ləngimə- yaş hədlərinə uyğun olmadan, nitqin geri qalması, ləngiməsidir. Səhv yanaşmalardan biri “atası da gec danışmışdır" şəklindədir. Öncəliklə, uşağın sizin danışdıqlarınızdan, tapşırıqlarınızdan anlayıb-anlamadığına baxmaq lazımdır. Əgər nitqdə bir ləngimə varsa, pisxoloji inkişafda da ləngimə vardır. Zamanında üstünə düşmədikdə uşaq yaşıdlarından fərqlənməyə başlayır.

Nitq ləngiməsinin səbəbləri hansılardır?

Nitq ləngiməsi:
    - genetik;
    -nevroloji;
    -pisxoloji səbəblərdən ola bildiyi kimi, səbəbinin bilinmədiyi təqdirdə də ortaya çıxa bilər.

Bununla yanaşı, valideynlərin yaratdığı səbəblər də var. 2007-ci il Vaşinqton Universitetlərinin iddasına görə, 2 yaşa qədər uşaqlar gün ərzində video izlədikləri her saat 6 ile 8 söz daha az öyrənir və digər uşaqlarla müqaisədə dil bacarıqları 10% geridə qalır. K.A. Dimitriyə görə, 1-3 yaşlı uşaqların 1 gün ərzində televizor izlədiyi hər saat, 7 yaşına gəldiyində diqqət əksikliyi riskini artırır. Diqqət edilməli nüanslar hansılardır? Bu cür uşaqların sosiallaşmasına xüsusilə diqqət yetirmək lazımdır. Nə qədər tez üzərinə düşülər, daha tez mütəxəssislərə müraciət olunarsa, düzəlmə ehtimalı o qədər yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az