Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir?
Gündəlik həyatda qolumuzu oynatmaq və işlətməyimizi təmin edən çiyin oynağı müxtəlif istiqamətlərdə hərəkətə imkan verən ən qarışıq oynaqdır. Lif, sümük, sinir, damarlar çox sayda bağ və digər dəstəkləyici toxumalardan ibarət çiyin oynağında bu strukturlara təsir edən fərqli səbəblərdən ağrılar baş verə bilər. Narahatlıq vaxtında aradan qaldırılmazsa həyat boyu qolda hərəkət məhdudiyyəti və güçsüzlük, ağrı müşahidə olunacaq.
Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir?
Əsasən yetişkinlərdə meydana gələn, qolu müxtəlif istiqamətlərdə hərəkət etdirərkən ağrı və narahatlığa səbəb olan, həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən sindromdur.
Əlamətləri:
Qollarda gücsüzlük hissi,
Hissiyatın itməsi,
Qarışqa gəzməsi hissi,
Keyimə,
Xəstələrin əksəriyyətinin şikayəti baş üstü hərəkətlər edərkən, ağır yük qaldırarkən, hətta paltar geyinərkən meydana çıxan narahatlıqlardır. Məs.: Xəstə pencəyini geyinən zaman çiyindən qola doğru yayılan ağrı meydana gəlir və bu qolun arxaya doğru getməsinə mane olur.
Ağırlaşması oynaqda yerləşən Bursa kisəsinin iltihablaşmasına, Tendinitə gətirib çıxara bilir.
Yaranma səbəbləri:
Daxili orqanların xəstəlikləri
Travmatik zədələnmələri
İltihabi Revmatik xəstəliklər
Duruş pozğunluğu-Çiyinlər önə doğru əyilirsə. Düzgün olmayan oturuş halında kompyuter istifadəsi və maşın sürmək..
Müxtəlif peşə sahiblərində qolun mütəmadi olaraq 90 dərəcədən yüksək bucaq altında açılması. Məsələn: Müəllimlərdə, lövhəyə yazı yazarkən. Rəngsazlarda yüksək səthləri rəngləyərkən və s.
Əgər sizdə bu kimi əlamətlər varsa, mütləq Ortoped-Travmatoloqa müraciət etməlisiniz!