B.e-C.

08:00-18:00

Şənbə

08:00-18:00

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
Hayat Clinic

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
Densitometriya

Densitometriya

3858
Müəllif: Radioloq Fərhad Qarayev

Paylaşıldı: 18.02.2020
Hayat Clinic

Densitometriya – insan bədənində sümük toxuma sıxılığının ölçülməsi üçün metoddur.

Bu termin (latın dilindən densitas – sıxlığ, metria – ölçmə) sümük toxuma sıxlığının ölçmə metodlarına istifadə olunur.

Sümük toxumanın sıxlığı sümüyün davamlılığını əks etdirən əsas göstəricidir.

Densitometriya müayinəsi vaxtı alınan nəticələr kompyuter proqramı vasitəsi ilə müəyyən olunmuş yaş və cins üçün olan normal göstəricilər ilə müqaisə olunur.

Rentgen densitometriya vaxtı şüalanma dozası minimaldır – adi rentgenoqrafiyadan 400 dəfə aşağı.

Bü müayinə yüksək dəqiqlik ilə patologiyanı ən erkən mərhələlərdə təyin etmək imkanını yaradır.

Densitometriyanın əsas vəzifəsi – osteopeniyanı və osteoporozu araşdırmaqdır. Osteoporoz – sümüyün sıxlığın azalması və onun kövrəkliyin artmasıdır.

Osteoporoz geniş yayılmış xəstəlikdir, əsasən menopauzadan sonra qadınlarda müşahidə olunur.

Osteoporoz müalicəsinin Avropa cəmiyyətinin tövsiyəsinə görə, 65 yaşından yuxarı olan qadınlar üçün densitometriya müayinəsinin müntəzəm aparılması mütləqdir.

Rentgenlolji densitometriya hamiləlik dövründə laktasiya (ana südü ilə qidalanma) vaxtı aparılmır.

 

Osteoporoz və onun nəticələri

Osteoporoz (yunan dilindən “osteon” – sümük, “poros” – dəlik) – sümük strukturun zədələnməsinə və sümük sıxlığın azalmasına səbəb olan sümük sisteminin davamlı xəstəliyidir. Osteoporozun əsas nəticəsi xətta minimal travmalarda sınığların əmələ gəlməsidir. Osteoporoz vaxtı sınığlar yük qaldırmağdan, sirkələnməkdən yarana bilər.

Osteoporoz dünyada yaşlı insanarın əlilliyinin və ölümün əsas səbəblərindən biridir. Dünya sağlamlıq təşkilat məlumatına görə - osteoporoz qeyri infeksion xəstəliklərin arasında ölüm səbəblərinə görə dördüncü yerdədir, ürək-damar sistemin xəstəliklərindən, onkoloji patologiyadan və şəkərli diabetdən sonra. 65 yaşından yuxarı olan qadınlarda bud sümük boynun sınığının əsas səbəbi məhz osteoporozdur.

Densitometriya müayinəsinin aparılmasında əsas göstəriş sümük sisteminin mineralizasiyasının azalmasına səbəb olan xəstəliklərin olmasıdır.

Buna görə densitometriyanın müntəzəm aparılması tövsiyə olunur:

  • 40 yaşından yuxarı qadınlara və 60 yaşından yuxarı olan kişilərə;
  • Çox uşaqlı analara və uzun müddət (9 aydan çox) süd verən analara;
  • Erkən (o cümlədən cərrahi) menopauzalarda;
  • Paratiroid vəzlərin patologiyasında;
  • Minimal travmalardan sınığları olan pasiyenlərə (əsasən son sınığdan sonra 5 ildən az müddət keçdikdə);
  • Sümük sıxlığını azaldan dərmanları qəbul edən pasiyentlər (kortikosteroidlər, sidik qovucu preparatlar, kontraseptivlər, qıcolmalara qarşı preparatlar, trankvilizatorlar, psixotrop dərmanlar və s.);
  • Kalsiy tərkibli dərmanların qəbul edən pasiyentələrin nəzarəti və osteoporozun kompleks müalicəsi zamanı.

Osteoporoz yaranma riskini artıran faktorlar:

  • İrsi meyillik;
  • Aşağı çəki (57 kq –dan az);
  • Cinsi hormonların səviyəsinin aşağı olması (əsasən estrogen çatışmazlığı);
  • Yıxılmalara meyillik (müxtəlif səbəblərdən);
  • Hipodinamiya (o cümlədən iki aydan artıq yataq rejimi, təkərli-kreslodan və digər köməkedici vasitələrdən istifadə, immobilizasiya);
  • Çəkisizlik şəraitində uzun müddət olması;
  • Balanssız qidalanma (qidada kalsinin, D vitaminin az olması, kofein tərkibli içkilərdən çox qəbul olunması, müxtəlif pəhrizlərin saxlanılması, müalicəvi aclıq və s.);
  • Siqaret çəkmə və alkoqol qəbulu;
  • Qeyriadekvat (yorucu) yüklər, peşə təhlükəsi;
  • Müxtəlif xəstəliklərin osteoporoz ilə assosiasiyası.

 Densitometriyanın aparılma vaxtı

Osteoporoz yaranma riski qrupa aid olan xəstələrdə, ildə 1 dəfə az olmamaq şərti ilə müayinə aparılması tövsiyə olunur.

Profilaktik məqsəd ilə (dinamikada sümüklərin mineral sıxlığın dəyərləndirməsi üçün) risk qrupuna aid olmayan şəxslərə - iki ildə ən azı 1 dəfə.

Densitometriya müayinəsinə hazırlıq:

  • Müayinə üçün xüsusi hazırlıq tələb olunmur. Ümumi tövsiyələrə riayət olunmalıdır:
  • Müayinə səviyyəsində metalik implantların olmaması;
  • Özünlə şəxsiyyəti təsdiq edən sənəd və həkim göndərişin olması.

Həkimi əvvəlcədən məlumatlandırın:

  • Hamiləlik olmasından;
  • Əvvəl keçdiyiniz rentgenoloji müayinələrdən, o cümlədən kontrastlı müayinələrdən (Ba məhlulu).

Densitometriyanın aparılması:

  • Müayinə vaxtı – 10 dəqiqə;
  • Pasiyent xüsusi masada uzanır;
  • Müayinə vaxtı hərəkətxiz qalmaq lazımdır;
  • Həkimin tövsiyələrinə riayət etmək.