B.e-C.

08:00-18:00

Şənbə

08:00-18:00

Bazar

buraxılış
Qəbula yazıl
chat Söhbət
Hayat Clinic

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
Boyun yırtığı

Boyun yırtığı

2544
Müəllif: Fizioterapevt Yeganə Əliyeva,070 215-05-67

Paylaşıldı: 20.02.2020
Hayat Clinic

Boyun  Yırtığı nədir?

        Boyun onurğası onurğamızın ən zəif,eyni zamanda ən hərəkətli hissəsidir.Onurğa arası disklər zamanla qabarır,hətta kapsulu cırılaraq sinirə təyziq edə bilər.Bu zaman yaranan yırtıq onurğadan çıxan sinirə  və yaxud kanala tökülərək sinirə təyziq edə bilir.Onurğadan çıxan sinirə toxunduğu zaman qollara uyuşma,ağrı,duyu hissinin itməsi halları baş verir.Kanala töküldüyü zaman  isə boyundan aşağı vücudumuzun bir çox hissəsində uyuşmalar,hissiyatın itməsi halları baş verə bilər.

        Hər bir fəqərə qabarmasında ağrı olmaz,hər ağrı da fəqərə yırtığı demək deyil.Çünki boyunda ağrıya  səbəb olan faktorlar var: əzələlər, boynun yumuşaq toxuması,bir sıra oynaqlar da səbəb ola bilər.Eyni zamanda boyun onurğasının düzləşməsi də başlıca səbəb faktorudur.

        Boyun onurğamız C formasındadır.Onun düzləşməsi və yaxud kifozu boyun ağrılarına səbəb olur.Boyun lardozuna səbəb kimi:

  • Uzun zaman komputer arxasında oturmaq
  • Telefon istifadə etmək
  • Uzun zaman rol arxasında oturaraq maşın sürmək
  • Bir sözlə eyni pozisyonda uzun müddət qalmaqdan yarana bilər

         Bəzi hallarda böyük yırtıqlar olurki ,onda ağrı olmur,elə kiçik yırtıqlar olurki,şiddətli ağrı yarada bilir.Boyun yırtığı ən çox 5 və 6 fəqərə arasında yaranır,daha sonra isə 6 və 7 arasında görülür.Səbəb bu faktorların daha çox hərəkətli olmasıdır.

Boyun Yırtığının simptomları:

        Çiyinə,qollara vuran ağrı olur,baş ağrıları ürək bulanma,görmə kəskinliyi  azalır. Bəzi hallarda uzun müddət  davam edərsə depressiyaya da səbəb ola bilər.Hərəkətlər azalır ,anemiyalar artır.Xəstə yatdığı zaman boyunda diskomfort hissi olur,xəstə çalışır amma rahatlıq tapa bilmir.

Boyun Yırtığının diaqnostikası:

        Xəstə yaxınlaşdığı zaman şıkayətləri dinlənilir,müayinə aparılır,daha sonra MRT,KT və ya EMG istənilə bilər.Bu məqsədlə yırtığın yeri ,şiddətli,sinirə hansı şəkildə təyziq etdiyi öyrənilir.

Boyun yırtığının müalicəsi:

         Zamanında edilərsə o qədərdə qorxulu xəstəlik hesab edilmir.Hər 100 adamdan 70 də boyun problemi var.Pasiyent əgər zamanında həkimə müraciət etmiş olarsa ağrı faktoru aradan qalxar,boyun yırtığı tam müalicə oluna bilər.Müalicə zamanı təkcə boyun yırtığı deyil,eyni zamanda boyun lordozunu,boyun əzələlərindəki spazmıda aradan qaldırmaq lazımdır.Bunun üçün klinikamızda vertebra üçün fəaliyyət göstərən DAVİD zalımız var.Bu faktorlar aradan götürülməzsə müalicə tamamlanmış hesab edilmir.

     Bu ağrı faktorlarını aradan götürmək üçün klinikamızda :

  • Hilt terapiya
  • Elektro terapiya
  • Elektrofarez
  • Zərbə dalğalı terapiya
  • Və digər fizioloji müalicə metodları var.

Bu terapiyalar və DAVİD zal sayəsində şöbəmizdə boyun yırtığı tam müalicə olunur!