B.e-C.

09:00-18:00

Şənbə

09:00-18:00

Bazar

09:00-12:00
Qəbula yazıl
chat Söhbət
Mayomed

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz
Reabilitasiya xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq aparılır
 hekimtap.az
24 Mart 2018 6136

Reabilitasiya xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq aparılır

“Mayomed” klinikasının fizioterapevt-reabelitoloq, loqopedi Gölçöhrə Bağırova “Həkim Tap” ın suallarını cavablandırıb:

  – Doktor, pasiyentləriniz, əsasən, nədən əziyyət çəkirlər?

Mənə adətən, nevroloji problemi olan pasiyentlər müraciət edirlər. Buraya uşaq serebral iflici, habelə, böyüklərdə insult fəsadlarından əziyyət çəkən insanlar gəlirlər.

  – Uşaq serebral iflicinin reabelitasiyası necə aparılır?

Reabelitasiya formaları müxtəlifdir və onlar xəstəliyin ağırlıq dərəcəsinə uyğun seçilir, mərhələli şəkildə həyata keçirilir. Hesab edirəm ki, bu cür pasiyentləri dərman preparatlarındansa fizioterapevtik reabelitasiya metodu ilə müalicə etmək məqsədəuyğundur.

Reabelitasiyada müxtəlif terapiyalardan, o cümlədən manual terapiyadan, dayaq-hərəkət sistemini möhkəmləndirmək üçün müxtəlif qurğulardan, idman alətlərindən istifadə olunur.

  – Serebral iflici nə qədər vaxta bərpa etmək mümkündür?

Əslində, serebral iflici reabelitasiyasına çox uzun müddət tələb olunur. Bayaq qeyd etdiyim kimi, reabelitasiya xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Məsələn, əgər tetraparezdirsə (həm yuxarı, həm də aşağı ətrafların parezi), bu çox çətindir, belə uşaqları 5-10 ilə ancaq yeritmək olur. Əgər ataksiyadırsa (aşağı ətrafların parezi) və əqli gerilik yoxdursa, bunu müalicə etmək daha asandır. Əqli geriləmə çox ifadə olunubsa, işimiz çətinləşir.

  – Bayaq qeyd etdiniz ki, pasiyentlərinizi nisbətən qısa müddətdə müalicə edirsiniz. Buna necə nail olursunuz?

Bəzi mütəxəssislər pasiyenti qısa müddət müalicədən sonra növbəti kursa dəvət edir. Mən ilkin müalicə müddətini 4 ay müəyyən edirəm. Yəni bu müddət ərzində pasiyent gəlib-getməlidir. Bu, müəyyən mənada pasiyentin maddi durumuna da bağlıdır. Əgər bununla bağlı problem yoxdursa, onu hər gün və ya həftədə heç olmasa 4 dəfə buraya dəvət edirəm. Hər dəfə də xəstə ilə 3-4 saat işləyirəm. Ona görə də nəticə özünü çox gözlətmir. Müalicə metodumda bəzi təbii üsullardan, bandajlardan istifadə edirəm ki, onların da vasitəsilə müalicə müddətini qısaltmaq olur.

  – Belə pasiyentlərin tam bərpası mümkündürmü?

Çox mütəxəssislər bunun mümkün olmadığını deyirlər. Mümkündür - əgər pasiyent bir yaşına qədər müraciət edərsə.    

 – Loqoped kimi fəaliyyətinizdən danışardınız.

Serebral iflic keçirmiş uşaqların əksəriyyətində danışıq qabiliyyəti çox aşağı səviyyədə olur və ya ümumiyyətlə, olmur. Şəxsi metodumla onların ağız boşluğunu işləyirəm. Hər seansda yarım saat və ya daha çox. Bu yolla ağız boşluğu əzələləri və dişlərin dibləri bərkidilir, dil ilə işləyirəm. Bunları etdikdən sonra danışıq qabiliyyəti tədricən bərpa olunur.

  – Nə qədər müddətə?

Bu da xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Təxminən 2-4 ay ərzində danışıq bərpa olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.